/ / Sərdar Cəlaloğlu: Ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində dövlətin və ictimaiyyətin fikri yekdildir
Sərdar Cəlaloğlu: Ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində dövlətin və ictimaiyyətin fikri yekdildir
16.10.2020 [08:54]
“Hazırkı durumda ölkəmizdə yaşından, siyasi mənsubiyyətindən və sosial statusundan asılı olmayaraq hər bir kəsin vahid mövqedən çıxış etməsi, dövlətin apardığı siyasəti dəstəkləməsi olduqca əhəmiyyətlidir. Hətta deyərdim ki, qələbənin əldə edilməsi ölkəmizdəki milli birliyin qorunub saxlanılmasından çox asılıdır. Çalışmalıyıq ki, vahid milli mövqeyimizi qoruyaq. Bu gün kiminsə fərqli mövqe nümayiş etdirməsi istər ATƏT-in Minsk qrupunun, istərsə də başqa maraqlı güclərin bundan istifadə etməyə cəhd göstərməsi ilə nəticələnə bilər. Bu isə yolverilməzldir. Bütün siyasi qüvvələr çalışmalıdır ki, ərazilərimizin işğaldan azad edilməsi, Vətən müharibəsi məsələsində qətiyyən heç bir fərqliliyə yol verilməsin”.
Bunu qəzetimizə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. ADP sədri bildirib ki, Azərbaycan dövlətinin və ictimaiyyətinin fikri, rəyi yekdildir: “Bizim mövqeyimiz bəllidir. İşğal altında olan ərazilərimiz tamamilə işğaldan azad olunmalıdır, danışıqlar, yalnız Ermənistanla aparılmalıdır və müzakirə ediləcək mövzu da, yalnız bu ölkə ilə gələcək münasibətlərin yoluna qoyulması ilə əlaqədar olmalıdır. Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin olunmalıdır. Əgər hansısa sülh danışıqları aparılacaqsa belə, burada Türkiyənin iştirakı mütləq şəkildə təmin edilməlidir. Bu gün ölkəmizdə fəaliyyət göstərən bütün siyasi qüvvələr də öz xətti, öz bacarığı ilə bu məsələdə aktivlik nümayiş etdirməlidir”.
Ötən 30 ildə Azərbaycanın sülh danışıqlarına sadiqlik nümayiş etdirdiyini bildirən S.Cəlaloğlu Ermənistanın isə əksinə, yenidən Azərbaycan torpaqlarının işğal edəcəyi ilə bağlı sərsəm hədələr səsldəndirməklə özünün qeyri-konstruktiv mövqeyini ortaya qoyduğunu deyib. “İstər beynəlxalq aləm, istərsə də münaqişənin dinc yolla həllinə vasitəçilik edən dövlətlər günahkarın kim olduğunu yaxşı bilir. Ermənistan heç bir zaman beynəlxalq hüquqa hörmət göstərməyib, əksinə yeni müharibə və işğal üçün konsepsiyalar hazırlayıb, bunu bəyan edib. Ermənistanın öz davranışlarını dəyişmədiyi bir halda Moskvada keçirilən görüşdə əldə edilmiş humanitar atəşkəsə də riayət etməyəcəyi əvvəldən bəlli idi”.
“Mənə elə gəlir ki, bu məsələ Rusiya və Türkiyənin iştirakı ilə öz həllini tapa bilər. Əks halda, müharibə yolunu seçəcəyi halda Ermənistan daha çox itkilərə yol verəcək”, - deyə ADP sədri sonda əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

