28 May: Azərbaycan dövlətçilik tarixinin qürur səhifəsi
26.05.2026 [15:47]
28 May - Müstəqillik Günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla xalqımızın müstəqilliyini dünyaya bəyan etdi. Bu hadisə təkcə Azərbaycanın deyil, bütövlükdə müsəlman Şərqinin siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Çünki məhz Azərbaycan torpağında Şərqin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, həmin qısa müddətdə böyük dövlətçilik işləri gördü. İlk parlament və hökumət formalaşdırıldı, dövlət atributları təsis olundu, sərhədlərin müəyyənləşdirilməsi, qanunvericilik bazasının yaradılması, diplomatik əlaqələrin qurulması istiqamətində mühüm addımlar atıldı. Cümhuriyyət qurucuları xalqın milli azadlıq arzusunu siyasi reallığa çevirdilər.
Bu tarixi irs sonrakı dövrlərdə də xalqımız üçün mənəvi güc mənbəyi oldu. 1991-ci il oktyabrın 18-də qəbul edilən Konstitusiya Aktı ilə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Beləliklə, 1918-ci ildə başlanmış dövlətçilik xətti müasir Azərbaycan Respublikasında davamını tapdı.
Müstəqilliyin qorunması isə onu əldə etmək qədər, hətta ondan daha ağır məsuliyyət tələb edirdi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan dövlətçiliyi təhlükələrdən xilas oldu, sabitlik və inkişaf yolu seçildi. Bu gün müstəqil Azərbaycan öz gücü, birliyi və qalib xalq ruhu ilə Cümhuriyyət ideallarını yaşadır.
2021-ci ildə qəbul edilmiş “Müstəqillik Günü haqqında” Qanunla mayın 28-i Müstəqillik Günü elan edildi. Bu qərar tarixi hadisələrin mahiyyətini daha dəqiq ifadə etdi: 28 May dövlət müstəqilliyimizin elan olunduğu gün, 18 Oktyabr isə müstəqilliyimizin bərpa edildiyi gün kimi rəsmiləşdirildi.
Bu gün üçrəngli bayrağımızın işğaldan azad olunmuş ərazilərdə dalğalanması müstəqilliyimizin ən böyük təntənələrindəndir. 28 May bizə xatırladır ki, dövlətçilik müqəddəs əmanətdir. Bu əmanəti qorumaq, gücləndirmək və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.
Azərbaycan Xalq Cümhuriyyəti: Şərqdə demokratiya ənənəsinin başlanğıcı
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın siyasi yetkinliyinin, azadlıq idealının və dövlətçilik düşüncəsinin parlaq ifadəsi idi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan öz müstəqilliyini elan etdi və müsəlman Şərqində ilk demokratik parlament respublikasını yaratdı. Bu hadisə Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi oldu.
Cümhuriyyətin əsas dəyərləri hüquq, demokratiya, dünyəvilik və milli iradə prinsiplərinə söykənirdi. Yeni yaradılmış parlament müxtəlif siyasi və ictimai qüvvələrin təmsil olunduğu mühüm dövlət institutu kimi fəaliyyət göstərdi. Qəbul edilən qanunlar milli müstəqilliyin möhkəmləndirilməsinə, siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasına xidmət etdi.
Diplomatik əlaqələrin yaradılması da Cümhuriyyətin əsas istiqamətlərindən biri idi. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınmaq, milli maraqları diplomatik müstəvidə qorumaq üçün ardıcıl addımlar atdı. Bu fəaliyyət Azərbaycanın müstəqil dövlət kimi dünyada tanıdılması baxımından böyük əhəmiyyət daşıyırdı.
Cümhuriyyət qurucularının ideyaları xalqımızın milli oyanışından, azadlıq duyğularından və maarifçi düşüncəsindən güc alırdı. Ulu Öndər Heydər Əliyev bu tarixi hadisəni xalqımızın XIX əsrin sonu və XX əsrin əvvəllərində güclənən milli müstəqillik arzularının məntiqi nəticəsi kimi dəyərləndirmişdir. Həqiqətən də Azərbaycan Xalq Cümhuriyyəti yalnız siyasi qurum deyil, milli dirçəlişin dövlət formasında təzahürü idi.
Cümhuriyyətin ömrü qısa oldu, lakin onun idealları tarixdən silinmədi. Əksinə, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edərkən məhz bu irsə söykəndi. Azərbaycan Respublikasının AXC-nin varisi kimi təsbit edilməsi dövlətçilik ənənələrimizin davamlılığını göstərdi.
Bu gün 28 May - Müstəqillik Günü həmin böyük irsin ehtiramla yad edildiyi, dövlətçiliyimizə bağlılığın ifadə olunduğu müqəddəs bayramdır. Cümhuriyyət qurucularının başladığı yol müasir, güclü və qalib Azərbaycanın inkişafında yaşayır.
Azər SÜLEYMANOV,
Tarix üzrə fəlsəfə doktoru
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 22:40
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02

