Paşinyan Prezident İlham Əliyevə təslim oldu
10.10.2020 [09:11]
Ordumuzun döyüş meydanında qazandığı uğurlar diplomatiya sahəsində də üstünlüyümüzü şərtləndirir
Azərbaycan dövlətinin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasətin təməlində ölkəmizin, xalqımızın milli maraqları dayanır. Son 17 ilin təcrübəsində biz bunu aydın şəkildə müşahidə etmişik. Ölkəmizdə çox güclü və identik bir ənənə formalaşıb - bütün ümummilli məsələlərdə dövlət və xalq həmrəylik göstərir. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev, bir qayda olaraq, öz fəaliyyətində cəmiyyətdən gələn sosial sifarişləri əsas götürür, taleyüklü məsələlərdə heç vaxt güzəştə getmir. Eyni zamanda, cəmiyyətimiz də dövlət başçısının ölkəmizin mənafeyinin yüksək səviyyədə qorunmasına hesablanan əzmkar siyasətinə hərtərəfli dəstək verir. Beləliklə, Azərbaycanın qüdrətli dövlət modeli formalaşıb. Bu gün heç kəs, heç bir güc mərkəzi ölkəmizlə diktat dili ilə danışa bilməz. Müstəqil Azərbaycan dünyada özünün milli maraqlarını qətiyyətlə qoruyan ləyaqətli dövlət kimi tanınır.
Ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipiallıq və qətiyyət göstərməsi deyilənləri bir daha təsdiqləyir.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin tarixi ədalət və beynəlxalq hüquq normaları əsasında həll olunması Azərbaycan üçün bir nömrəli ümummilli məsələdir. Azərbaycan o mövqedən çıxış edir ki, işğal faktına son qoyulmalı və ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam təmin olunmalıdır.
Ermənistanın baş naziri tərəfindən ağ bayraq qaldırılır
Azərbaycan son 30 ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapmasına böyük səy göstərib və ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda daim konstruktivlik nümayiş etdirib. Ölkəmiz ona nail olmaq istəyirdi ki, ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə aparılan danışıqlar substantiv nəticələr versin. Lakin Ermənistan rəhbərliyi, ələlxüsus da hazırkı baş nazir Nikol Paşinyan cəfəng iddialar səsləndirməklə, “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesini faktiki olaraq pozub. İşğalçı dövlətin siyasəti güc tətbiq etməyə, separatizmə əsaslanır ki, bunun da heç bir perspektivi yoxdur. Düşmən tərəfin son vaxtlarda qoşunların təmas xəttində, eləcə də iki ölkə arasındakı dövlət sərhədi boyunca intensiv şəkildə törətdiyi təxribatlar işğal məhsulu olan mövcud status-kvonun sonsuzadək uzadılmasına və Azərbaycana məxsus yeni torpaqların ilhaq edilməsinə hesablanmışdı. Azərbaycan ordusunun komandanlığı sentyabrın 27-də düşmənin törətdiyi növbəti genişmiqyaslı təxribatın qarşısını almaq, ölkənin təhlükəsizliyini təmin etmək və mülki əhalini qorumaq üçün Silahlı Qüvvələrimizin bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlaması ilə bağlı qərar verib. Öz ərazisində vuruşan Ordumuz xilaskarlıq missiyasını inamla yerinə yetirir. Artıq üç onillik ərzində düşmən tapdağı altında qalan bir şəhərimiz, çoxlu sayda kəndlərimiz, strateji yüksəkliklər işğaldan təmizlənib, düşmən canlı qüvvə və texnika sarıdan böyük itkilərə məruz qalıb.
Döyüş meydanında acı məğlubiyyətlə üzləşən Ermənistan indi çətin durumda qalıb. Forpost dövlətin baş naziri Nikol Paşinyan tərəfindən ağ bayraq qaldırılır. Bir vaxtlar Azərbaycana qarşı iddia və hikkələrlə danışan baş nazir artıq kapitulyasiya olmaq astanasındadır. Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edilib. Ermənistan Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün bu gün özü yalvarır. Danışıqlar prosesi baza prinsipləri, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında yenidən davam edəcək.
Prezident İlham Əliyev qətiyyətli siyasətçi və dövlət başçısı olduğunu bir daha sübut etdi
Azərbaycan Ordusu sentyabrın 27-dən qoşunların təmas xəttində bütün cəbhəboyu aktiv əks-hücum əməliyyatlarına Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə başlayıb. Prezident İlham Əliyev əzmli, qətiyyətli siyasətçi və dövlət başçısı olduğunu bir daha sübut etdi. Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha ortaya qoydu. Hazırda dövlətimizin başçısı işğala əsaslanan status-kvonu dəyişdirir. Prezident İlham Əliyev böyük güclər və Ermənistanın havadarları tərəfindən olan təzyiqlərə mərd-mərdanə sinə gərməkdədir. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanın milli maraqları dövlətimizin başçısı üçün ən ali dəyərdir.
Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələri qısa müddətdə Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Bundan sonra Ermənistana onilliklər lazım olacaq ki, özünə ordu qura bilsin. Deyə bilərik ki, Ermənistanın dövlət olaraq iqtisadi əsasları əhəmiyyətli dərəcədə sarsılıb. Döyüş meydanında Azərbaycan Ordusunun qazandığı uğurlar diplomatiya sahəsində də üstünlüyümüzü şərtləndir. Artıq danışıqların şərtlərini Azərbaycan tərəfi diktə edir. Danışıqlar prosesində Prezident İlham Əliyevin tələb etdiyi kimi, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan vaxt qrafiki hazırlanmalıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

