İnsan hüquqlarının "müdafiəçisi" ABŞ-ın pərdəarxası fəaliyyətinə baxış
18.03.2010 [10:17]
Yüksək iqtisadi inkişafa malik ölkəmiz bu gün demokratik prinsiplərin inkişafına, o cümlədən, bu prinsiplərə sədaqətinə görə də postsovet məkanında öncül sırada dayanır. Demokratik təsisatların inkişafına xüsusi diqqət yetirən Azərbaycan hakimiyyəti ölkəmizdə gedən siyasi proseslərdə, o cümlədən, insan haqlarının qorunması məsələsində hər zaman şəffaflığı, qanunun tələblərinin qorunması prinsipini əsas tutub. Elə bu səbəbdən də ölkəmizdə keçirilən seçkilərin nəticələri hər zaman xalqın iradəsi əsasında müəyyənləşdirilib.
Qeyri-obyektiv yanaşmalar...
Təəssüf ki, bu cür yüksəliş, demokratik prinsiplərə sədaqət, o cümlədən, insan hüquq və azadlıqlarının qorunması, Azərbaycan hakimiyyətinin bu yöndə apardığı islahatlar bəzi xarici qüvvələri “razı” salmır. Məhz ölkədəki siyasi sabitlik faktı ilə “razılaşa” bilməyən, dövlətin daxili işlərinə qarışmaq üçün bəhanə tapmayan bu qüvvələr artıq son çıxış yolunu əsassız, yalan bəyanatlar verməkdə, qərəzli hesabatlar tərtib etməkdə görür. ölkəmizə qarşı əksər hallarda ikili standartlarla çıxış edən belə qurumlar özləri də yalan danışdıqlarını bilirlər və özlərini “demokratiya carçısı” qismində təqdim etmək üçün əsassız, heç bir mənbəyi olmayan informasiyalar yayırlar.
ABŞ Dövlət Departamentinin 2009-cu ildə dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı hesabatında da yuxarıda qeyd etdiyimiz analoji xətt hiss olunur, qərəzə və qeyri-obyektivliyə yol verilir. Guya ölkəmizdə insan hüquqlarının pozulması “faktları” var və Dövlət Departamenti bundan “narahatdır”...
çox qəribə, gülünc iddiadır. Birincisi, bu “hesabatın” hazırlanmasında Sem dayının hansı “bacıoğlulardan” istifadə etdiyi məlumdur. Məhz Qərbin bu cür çirkin oyunlarında yer almaq üçün ianələr alan, özünü ictimaiyyətə millətçi kimi təqdim etməyə çalışan, amma hər addımda millətini və dövlətini satmağa hazır olan belələri Azərbaycana pislik etmək üçün sanki əmrə müntəzir dayanıb...
Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə qorunur
Dövlət Departamenti ölkəmizə qarşı hər hansı iddianı irəli sürməzdən öncə qəbul olunan qanunvericiliklərlə tanış olmalı, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlərə, ölkəmizdəki söz azadlığının qorunması prinsipinə diqqət yetirməli idi. Heç bir araşdırma aparmayan, sadəcə, özünün maraqları çərçivəsində ləkə atan, böhtan deyən Dövlət Departamenti Azərbaycanın son illərdə apardığı seçki qanunvericiliyinin təkmilləşdirilməsi, o cümlədən, insan hüquq və azadlıqlarının daha da artırılmasını təmin etmək üçün ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təkmilləşdirmələri niyə göz önünə gətirmir? Bununla yanaşı, Dövlət Departamenti Avropa Şurasının, BMT-nin, o cümlədən, digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkilərin nəticələri ilə bağlı hesabatlarına nə üçün diqqət göstərmir? Əgər ABŞ Dövlət Departamenti obyektiv bir hesabat hazırlamaq istəsəydi yəqin ki, qeyd etdiyimiz mənbələrə diqqət yetirərdi və onda quruma bəlli olardı ki, həmin beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərin necə yüksək standartlarla baş tutduğunu vurğulayıblar...
ümumiyyətlə, Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunmasında çox böyük addımlar atıb. ölkə Konstitusiyasının müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Bundan başqa, Milli Məclisdə İnsan hüquqları komitəsi, Ombudsman aparatının fəaliyyəti ölkəmizdə demokratik prinsiplərə hörmətin göstəricisi sayılmalıdır. ölkəmiz insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən müqavilələri və konvensiyaları dəstəkləyib. BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” ümumi Bəyannaməni dəstəkləyən Azərbaycan bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. O cümlədən, Azərbaycan bu gün 50-yə yaxın beynəlxalq konvensiyanı dəstəkləyərək nəinki öz sərhədləri daxilində, bütün dünyada insan hüquqlarının qorunmasının keşiyində dayanır. ölkəmiz antiterror əməliyyatlarında iştirak etməklə insan hüquqlarının qorunması istiqamətində hansı cəbhədə dayandığını əyani şəkildə göstərib. Hətta qeyd etmək yerinə düşər ki, Azərbaycan tolerantlıq nümunəsi olaraq dünyanın aparıcı ölkələrini heyran qoyub. ölkəmizdə dini, irqi, etnik baxımdan heç bir ayrı-seçkilik qoyulmur və Konstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında eyni məsuliyyəti daşıyır. Digər tərəfdən, ölkəmizdə söz və mətbuat azadlığının mövcud olması Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Bundan başqa, bu sahə ilə əlaqədar digər qanunlarımız da var. Söhbət ondan gedir ki, Azərbaycanı kim necə görmək istəyir. Azərbaycana şər atanlara cavab bugünkü reallıq və gerçəklikdir, Azərbaycanda olan söz və mətbuat azadlığıdır, mətbu orqanların fəaliyyətidir. Bu gün Azərbaycanda istər müstəqil, istərsə də sırf müxalifətə məxsus qəzetlər fəaliyyət göstərir və onların fəaliyyətinə heç bir maneə yoxdur.
ABŞ-ın gözündəki “tir”
Maraqlıdır, hər il əsassız bəyanatlarla, hesabatlarla ölkələrə təzyiq etmək istəyən ABŞ-ın özündə insan haqları məsələsi hansı dərəcədə qorunur? Və ya ABŞ bu gün insan hüquq və azadlıqlarının qorunması istiqamətində nələr edib? Yaxşı olardı ki, Dövlət Departamenti İraqdakı Əbu Qreyb həbsxanasında cinayətləri və işgəncə faktlarını yaxşı araşdırsın, orada “demokratiya” adı altında edilən cinayətlərin üstü açılsın və bütün cinayətkarları cəzalandırsın. Bundan başqa, Əfqanıstandakı Baqram və ABŞ Administrasiyasının vədlərinə baxmayaraq, hələ də qapadılmayan Quantanamo həbsxanasında işgəncələrə niyə münasibət bildirilmir? Burada insanlarla adicə davranış qaydalarına riayət olunmur. Onlara cinsi təcavüzlər edilir. Niyə ABŞ Departamenti bu faktın qarşısında susur...
Bu ölkənin keçmiş prezidenti Corc Buşun baş siyasi strateqi sayılan Karl Roufun bu günlərdə təqdimatı keçirilən “Cəsarət və nəticələr” adlı kitabında ABŞ istintaq orqanlarının müttəhimlərə verdiyi amansız işgəncə faktları açıqlanıb, terrorçuluqda şübhəli bilinən şəxslərə işgəncə verildiyi etiraf edilib. Hətta müəllif bu faktlarla qürur duymaqdan belə çəkinməyib. Dünyaya demokratiya dərsi keçməyə çalışan ABŞ-ın bu addımı necə başa düşülməlidir? Bu gün bütün dünya ABŞ-ın bəzi ştatlarında hələ də həyata keçirilən ölüm hökmlərinin dəhşətlərini əks etdirən kadrlara baxır...
ABŞ ümumiyyətlə, demokratiyanın inkişafına bu qədər can yandırırsa cəmisi iki il öncə Ermənistanda keçirilən seçkilərdəki kütləvi qanun pozuntusunu, hakimiyyətin zəbt edilməsini, günahsız insanların qətlə yetirilməsini, həbsə alınmasını niyə hesabatlarına daxil etmirdi? Bu qədər faktlara göz yuman, susan ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı bu iddiaları isə obyektivlikdən uzaq, müəyyən maraqlara xidmət edən, yanlış fikirlərdir.
Azərbaycanın yaxşı bir atalar məsəli var ki, öz gözündə tiri görməyən özgə gözündə çöp axtarır. ABŞ-ın gözündəki tirləri isə Vaşinqton rəsmilərindən başqa hər bir adam aşkar şəkildə görür... ABŞ bunu unutmasın gərək...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxElanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39

