/ / Elşən Musayev: 50 siyasi partiyanın birgə bəyanatı Azərbaycanda mövcud olan siyasi birliyin göstəricisidir
Elşən Musayev: 50 siyasi partiyanın birgə bəyanatı Azərbaycanda mövcud olan siyasi birliyin göstəricisidir
03.10.2020 [09:10]
“Ermənistan 30 ilə yaxındır ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o, buna görə cəzalandırılmır. Bu, qəbuledilməzdir”. Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib.
E.Musayev bildirib ki, Ermənistanın işğalçı siyasətinə etiraz, eləcə də xalqın haqq tələbi ölkədəki siyasi qüvvələri birləşdirir. Siyasi partiyaların rəhbərlərinin birgə bəyanatı Azərbaycan xalqının və ölkənin siyasi partiyalarının yekdilliklə cənab Prezidentin yanında olduğunu nümayiş etdirir: “Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin əyani göstəricisidir. Bu bəyanat, həmçinin ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur”.
Partiya sədrinin sözlərinə görə, bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin təcəssümüdür. Başqa sözlə, bu bəyanat təkcə xalqla hökumətin vahid mövqeyindən xəbər vermir, bu, eyni zamanda, Azərbaycanda mövcud olan həmrəyliyin göstəricisidir.
E.Musayev deyib ki, düşmənin total hücumlarının qarşısını almaq, əhalimizin təhlükəsizliyini təmin etmək məqsədilə qəhrəman ordumuz əks-hücum əməliyyatlarına başlayıb və təcavüzkara ağır zərbələr endirməkdədir: “Demokratik Maarifçilik Partiyası olaraq Ali Baş Komandan İlham Əliyevlə və Silahlı Qüvvələrimizlə bərabər olduğumuzu bəyan edirik, ordumuzun əks-hücum əməliyyatlarını alqışlayırıq. İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz uzun illərdən bəri işğala məruz qalan müqəddəs torpaqlarımızı azad edəcək, dövlətçilik və hərb tariximizə şanlı səhifələr yazacaq”.
AXCP və “Müsavat”ın həmrəylik bəyanatına qoşulmamasına gəlincə, E.Musayev qeyd edib ki, bu partiyalar antimilli fəaliyyətlə məşğuldur: “Antimilli qüvvələrin ümummilli məsələlərdə həmrəylik göstərməsi mümkün deyil. Bu səbəbdən də onlar siyasi partiyaların birgə bəyanatına imza atmayıblar. Radikal müxalifət partiyaları, eləcə də xaricdəki “mühacirlər” erməni dəyirmanına su tökməklə məşğuldurlar. Onlar belə çirkin fəaliyyətləri ilə ölkəmizin nüfuzuna zərbə vurmağa cəhd göstərir, Qarabağ uğrunda mübarizədə ermənilərin maraqları naminə çalışırlar”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

