/ / Ermənistan manipulyasiyalar və təxribatlar vasitəsilə sülh danışıqlarını pozmağa, status-kvonu saxlamağa çalışır
Ermənistan manipulyasiyalar və təxribatlar vasitəsilə sülh danışıqlarını pozmağa, status-kvonu saxlamağa çalışır
09.09.2020 [08:48]
İşğalçı ölkənin qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə əngəl yaradır
Müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu aktor kimi tanınan Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioritetlərindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə nail olmaqdır. Yəni ölkəmizin mövqeyi ondan ibarətdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır.
Azərbaycanın ədalətli və haqlı mövqeyi beynəlxalq səviyyədə dəstəklənir
Azərbaycanın dərin strateji diplomatiya siyasətinin qanunauyğun nəticəsi kimi, ölkəmizin ədalətli və haqlı mövqeyi beynəlxalq səviyyədə dəstəklənir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər də Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin əyani ifadəsidir. Müxtəlif qətnamə, qərar və sənədlərdə ölkəmizə qarşı gücdən istifadə edilməsi pislənilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur, Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir.
Ermənistanın təxribatçı hərəkətləri sülh danışıqlarının pozulmasına xidmət edir
Bütün bunlara baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa hesablanmış addımlar atması heç kəsə sirr deyil. İşğalçı ölkənin yeni rəhbərliyi indiyə qədər müxtəlif formalarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirib, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar edib. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatında dövlətlərin ərazi bütövlüyü prinsipinin xüsusi olaraq vurğulanmasına rəğmən, Ermənistan özünün işğalçı və qeyri-konstruktiv mövqeyi ilə beynəlxalq hüquq normalarına əsaslanan bütün konvensiyalarda öz əksini tapmış bu prinsipi heçə saymaqdadır. Eyni zamanda, işğalçı ölkə “Madrid prinsipləri”nin üzərindən xətt çəkməyə çalışır.
İşğalçı siyasət regional və beynəlxalq təhlükəsizliyə real təhdid kimi...
Ermənistanın qeyri-konstruktiv mövqeyi, eyni zamanda, regional və qlobal təhlükəsizlik kontekstində ciddi təhdidlər yaradır. Sirr deyil ki, Cənubi Qafqaz müasir dünya siyasətində geosiyasi və geoiqtisadi parametrlər baxımından ən önəmli regionlardan biri hesab edilir. Təsadüfi deyil ki, dünyanın geostrateji təhlükəsizlik sistemini formalaşdıran güc mərkəzləri bu bölgəni hətta Avrasiyanın “heartland” nöqtələrindən biri olaraq əhəmiyyətli geosiyasi məkan kimi özlərinin uzunmüddətli strateji planlarına və konsepsiyalarına daxil ediblər. Çünki, hər şeydən əvvəl, Cənubi Qafqazda stabil təhlükəsizlik sisteminin təmin edilməsi nəticə etibarilə regionətrafı bölgələrdə, yəni Xəzər-Qara-Baltik-Aralıq dənizlərini əhatə edən hövzələrdə də dağıdıcı faktorların neytrallaşdırılmasına real zəmin yaradan strateji amildir. Məhz buna görə hesab olunur ki, daha stabil təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün atılmalı olan ilk addım bölgədəki destruktiv faktorların aradan qaldırılmasıdır. Bu cür dağıdıcı faktorların əsasını isə separatizm və ərazi iddiaları nəticəsində yaranmış regional münaqişələr təşkil edir. Şübhəsiz, bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan işğalçı siyasəti nəticəsində meydana gələn və bu ölkənin təcavüzkar mövqeyi səbəbindən hələ də davam edən münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir. Bununla yanaşı, münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər strateji baxımdan ciddi fəsadlara səbəb ola bilər. Birincisi, bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, bölgədə qanunsuz miqrasiya və illeqal məskunlaşdırma məkanı proseslərin artmasına səbəb olur ki, bu da ciddi fəsadlar vəd edir. Ona görə də Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda mütləq mənada təhlükəsizlik, sabitlik və sülhdən bəhs etmək olmaz. Təcavüz faktı, ərazi iddiaları və separatizmin mövcudluğu sülh və sabitliyi təhdid etməklə yanaşı, qeyd etdiyimiz kimi, regional əməkdaşlığı da əngəlləyən neqativ faktorlardır.
Beynəlxalq ictimaiyyət Ermənistana qarşı təzyiqi gücləndirməlidir
Belə olan halda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana ciddi təzyiq göstərilməlidir. Beynəlxalq hüquq normaları - BMT-nin nizamnaməsi, bu təşkilatın qəbul etdiyi qərar və qətnamələr, ATƏT-in Helsinki Yekun Aktı da imkan verir ki, işğalçı dövlətə qarşı xüsusi tədbirlər görülsün, hətta sanksiyalar tətbiq olunsun. Şübhəsiz ki, Ermənistanın qeyri-konstruktiv fəaliyyəti və son addımları ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, hərbi təxribatlar törətməsi bu ölkəyə qarşı ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir.
Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir
Nəticə etibarilə, Ermənistanın iyul ayında Tovuz istiqamətində hərbi təxribat cəhdi və digər təxribatçı hərəkətləri işğalçı ölkənin danışıqlar prosesini pozmağa hesablanmış addımlar atdığını, münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Amma işğalçı Ermənistan nəzərə almalıdır ki, onun hərbi təxribat cəhdinin qarşısını qətiyyətlə alan Azərbaycan öz iqtisadi və hərbi qüdrətinə, yüksək beynəlxalq nüfuzuna güvənir. Ölkəmiz öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

