/ / Hikmət Babaoğlu: Ermənistan total şəkildə informasiya, diplomatiya və hərb müstəvisində məğlubiyyətin şokunu yaşayır
Hikmət Babaoğlu: Ermənistan total şəkildə informasiya, diplomatiya və hərb müstəvisində məğlubiyyətin şokunu yaşayır
05.08.2020 [09:09]
“Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq hərbi təxribat törədən Ermənistan silahlı qüvvələrinin qarşısı ölkəmizin qüdrətli ordusu tərəfindən layiqincə alındı, təcavüzkar dövlət növbəti dəfə iflasa düçar olaraq öz məkrli niyyətinə çata bilmədi. Bundan sonra informasiya platformasında dezinformasiya və manipulyasiyalar vasitəsilə yeni təxribatçı hərəkətlərə yol verərək kiberterrora əl atan Ermənistan növbəti dəfə fiaskoya uğradı. Özündə terror elementlərini ehtiva edən hərəkətləri ABŞ-da və Avropanın bəzi ölkələrində dinc azərbaycanlı aksiyaçılara və ölkəmizin diplomatik nümayəndəliklərinə hücumla davam etdirən ermənilər öz radikal və aqressiv mahiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdilər. Xüsusilə də, baş vermiş hadisələr son hadisələrin fonunda azərbaycanlıların fəallığı erməni lobbsinin mürtəce simasını növbəti dəfə ifşa etdi. Beləliklə, Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı çətin sınaq qarşısında qoydu, hətta tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz vəziyyətdə qaldı”. Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, bu uğursuzluq hərb və informasiya müstəvisində iflasa düçar olmuş Paşinyanı yeni addım atmağa vadar etdi və beləliklə, o, “çıxış yolu”nu Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparmaqda gördü. Rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfərin işdən kənarlaşdırılması artıq erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını göstərməklə yanaşı, Ermənistan rəhbərliyinin siyasi isterika içində bütün inzibatı resursları səfərbər etdiyini göstərir. İşğalçı ölkə mətbuatı da Paşinyanın psixoloji məğlubiyyət sindromundan əziyyət çəkdiyini, eyni zamanda, Ermənistan cəmiyyətinin narazılığı nisbətən azaltmaq üçün Diaspor Komitəsinin şöbə müdirlərini günahkar kimi təqdim etdiyini yazır. İrəvanda nəşr olunan “Past” qəzetinin yaydığı məlumata görə, erməni lobbisinin Azərbaycan diasporuna uduzması həm Paşinyanı, həm də bu ölkə ictimaiyyətini qəzəbləndirib, narazılıqlar getdikcə artmaqdadır. Hətta hakimiyyət daxilində ziddiyyətlər konfrantasiya səviyyəsinə çatıb. Belə ki, Paşinyan Diaspor İşləri Komitəsinin rəhbəri Zare Sinanyanla ciddi mübahisə edərək onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib.
“Beləliklə, işğalçı ölkədə həm hakimiyyət dairələri erməni lobbisinin Azərbaycan diasporu qarşısında aciz və məğlub duruma düşməsindən ciddi narahatdırlar. Paşinyan isə manevrlərlə həm diqqəti yayındırmağa, həm də məğlubiyyətin “günahkarlar”ını cəzalandırmağa çalışır. Bütövlükdə, Ermənistan total şəkildə informasiya, diplomatiya və hərb müstəvisində məğlubiyyətin şokunu yaşayır. Məğlubluq sindromu isə hakimiyyət böhranını dərinləşdirməklə yanaşı, Paşinyana qarşı ictimai-siyasi narazılıqların artmasını və yeni etiraz dalğasının meydana çıxmasını şərtləndirir” - deyə, H.Babaoğlu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

