İtaliya Senatında Ermənistanın son təxribatlarına dair dinləmələr keçirilib
31.07.2020 [10:55]
İtaliya Senatının Xarici işlər daimi komissiyasında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə bağlı Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin iştirakı ilə dinləmələr keçirilib. Dinləmələri Senatın Xarici işlər daimi komissiyasının sədri senator Vito Petroçelli açaraq baş verən hadisələrin İtaliya Senatını ciddi narahat etdiyini deyib və bu mövzuda müzakirələrin aparılmasının vacibliyini bildirib.
AZƏRTAC xəbər verir ki, səfir Məmməd Əhmədzadə mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. Çıxışında diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən danışaraq, bu xüsusda ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, tarixi torpaqlarımızda Ermənistan dövlətinin yaradılması və ərazilərimiz hesabına genişləndirilməsi barədə məlumat verib. Səfir, həmçinin azərbaycanlıların indiki Ermənistan ərazisindəki öz tarixi torpaqlarından sistematik olaraq deportasiyası, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə də danışıb.
Diplomat 1988-ci ildən başlayaraq Ermənistanın ölkəmizə qarşı irəli sürdüyü yeni ərazi iddiaları, Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və onun nəticələri barədə məlumat verib. Çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərin, o cümlədən BMT Təhlükəsizik Şurasının dörd qətnaməsinin tələblərini səsləndirib, bütün bunlara Ermənistanın məhəl qoymadığı, erməni tərəfinin danışıqlar prosesini uzatmağa yönəlik destruktiv hərəkətləri, eləcə də münaqişə ilə bağlı status-kvonu möhkəmləndirmək, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət və davamlı olaraq atəşkəs rejimini pozmaq cəhdlərini vurğulayıb.
Diplomat Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycana qarşı Tovuz rayonu istiqamətində həyata keçirdiyi yeni hərbi avantürası və Ermənistan rəhbərliyini buna təhrik edən səbəblər, eləcə də məqsədlər barədə də ətraflı danışıb. O, Tovuz rayonu ərazisindən Azərbaycanın enerji ehtiyatlarını Qərb ölkələrinə və dünya bazarlarına daşıyan strateji nəqliyyat infrastrukturunun, o cümlədən İtaliyaya da xam nefti nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəməri və bir neçə aydan sonra təbii qaz nəql edəcək Cənub Qaz Dəhlizinin keçdiyini bildirib, bu ərazidə Ermənistanın hərbi təxribatlarının Cənub Qaz Dəhlizinin tam gücü ilə istismara verilməsindən bir neçə ay əvvəl baş verməsinin də təsadüf olmadığını deyib.
Eyni zamanda, diplomat Ermənistanın mövcud hadisələrlə bağlı çoxsaylı dezinformasiyalar da yaydığını, erməni radikal qrupları tərəfindən Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə, diplomatik heyətinə və xaricdə yaşayan azərbaycanlılara qarşı fiziki hücumlar və vandalizm aktları həyata keçirdiyini, proseslərə obyektiv yanaşan xarici kütləvi informasiya vasitələrinə, nüfuzlu ictimai xadimlərə, siyasətçilərə təzyiqlər etdiyini də qeyd edib. Diplomat Azərbaycanın haqlı mövqeyinə dəstək göstərən və müvafiq bəyanatlar verən italyan parlamentarlarına da təşəkkürünü bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya tarixi dövlət səfəri vaxtı iki ölkə arasında imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”yə istinad edərək bu sənədlə İtaliyanın Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyini ifadə etdiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında nizamlanmasını dəstəklədiyini bildirib. Bundan irəli gələrək, eləcə də ATƏT-in Minsk Konfransının ilk sədri kimi İtaliyanın institusional yaddaşa malik olduğunu, Azərbaycandakı böyük iqtisadi və strateji maraqlarını, iki ölkə arasında iqtisadi əməkdaşlığın neft və qazın tədarükü ilə məhdudlaşmadığını, son illər Azərbaycanda italyan şirkətlərinin böyük layihələrə cəlb olunduğunu, habelə İtaliyada uğurlu yerli muxtariyyət modelləri təcrübəsinin də olduğunu nəzərə alaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İtaliyanın öz səylərini daha da artırmasının vacib və faydalı olacağını vurğulayıb.
Tədbir İtaliya senatorları tərəfindən baş vermiş hadisələrə münasibətdə şərhlərin bildirilməsi və sual-cavab sessiyası ilə davam edib. Senatorların əksəriyyəti münaqişənin dialoq və danışıqlar yolu ilə nizamlanmasının vacibliyini, münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas olduğunu və İtaliyanın maraqları nöqteyi-nəzərdən hökumətin münaqişənin nizamlanması üçün səylərinin artırmasının əhəmiyyətini qeyd ediblər.
Səfir M.Əhmədzadə senatorların sualları əsasında münaqişənin həllinə münasibətdə ölkəmizin mövqeyi, münaqişənin sırf ərazi maraq kəsb etməsi və ermənilərin iddia etdiyi kimi heç bir dini amilə əsaslanmadığı, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli üçün səylərini artırmasının vacibliyi barədə danışıb.
Tədbir İtaliya Senatının rəsmi televiziya kanalı olan Senato TV və Senatın sosial şəbəkə profilləri üzərindən canlı olaraq yayımlanıb.
Xəbər lenti
Hamısına baxGündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

