/ / Koronavirusun yayılmasının qarşısının alınmasında xaricdə olan vətəndaşlarımız da fərdi məsuliyyət nümayiş etdirməlidirlər
Koronavirusun yayılmasının qarşısının alınmasında xaricdə olan vətəndaşlarımız da fərdi məsuliyyət nümayiş etdirməlidirlər
17.03.2020 [10:06]
Onlar olduqları ölkədə tətbiq olunan karantin qaydalarına ciddi riayət etməli, Azərbaycana qayıtmaqla öz ailə üzvləri, yaxınları və digər insanları riskə atmaqdan çəkinməlidirlər
Çinin Uxan şəhərindən başlayan, daha sonra 160-a qədər ölkəyə yayılmış yeni növ koronavirus - COVİD-19 infeksiyası ilə bağlı müzakirələr dünya mediasının gündəmini zəbt edib. Ortaq yanaşma budur ki, infeksiyadan qorunmaq üçün ilk növbədə ciddi profilaktik tədbirlər həyata keçirilməli, tövsiyə və tələblər tam nəzərə alınmalıdır. Bu arada ÜST yeni növ koronavirusla bağlı martın 16-na olan vəziyyəti açıqlayıb. İnfeksiya artıq 157 ölkəyə yayılıb. Dünya üzrə bəhs olunan virusa 169 min 610 nəfər yoluxub (192 yeni yoluxma), 6518 nəfər ölüb (15 yeni ölüm), 77 min 776 nəfər isə sağalıb (1600 yeni sağalan). Bütün bunların fonunda dünyanın bir çox ölkələri, o cümlədən Azərbaycan lazımi səviyyədə qabaqlayıcı və mübarizə tədbirləri həyata keçirir.
Ümumiyyətlə, ÜST-nin əsas tövsiyələrindən biri insanların olduqları yerdə fərdi karantin rejimində qalması, səyahət etməməsi və mümkün qədər az adamla təmasda olmasıdır. Çünki səyahət edərkən insanın koronavirusa yoluxma riski çox yüksək olur. O da nəzərə alınmalıdır ki, virusun yayıldığı ölkənin hüdudlarını tərk edən insan özü belə bilmədən potensial virus daşıyıcısına çevrilə bilər. Burada vətənə qayıtmadan öncə koronavirus testindən keçərək mənfi nəticə almasının heç bir fərqi yoxdur. Səyahət zamanı yoluxma təhlükəsi olduqca böyükdür. Digər tərəfdən, gənclərin virusdan sağalması ehtimalı yüksək olsa da, gələcək sağlamlıqları üçün fəsadsız ötüşəcəyini qətiyyətlə demək olmaz. Yaşlıların isə, xüsusilə xroniki xəstəlikləri olan böyüklərin ölüm təhlükəsindən asanlıqla can qurtaracaqları real görünmür.
Vurğulamaq yerinə düşər ki, Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır. Virusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və mübarizə xarakterli tədbirlər ardıcıl olaraq davam etdirilir. ÜST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alan, əhalinin sağlamlığının etibarlı qorunmasını daim diqqətdə saxlayan Azərbaycan hökuməti sözügedən təhdidlə mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Ölkəmizdə bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqinin qərara alınması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təbii ki, koronavirusun yayılmasına qarşı mübarizə milli təhlükəsizlik məsələsidir, hər bir fərdin və bütövlükdə cəmiyyətin sağlamlığının qorunmasına xidmət edir. Ona görə də sosial izolyasiya qaydaları və digər tədbirlər bütövlükdə təqdirlə qarşılanır. Yeri gəlmişkən, dünyanın koronavirus bəlası ilə üz-üzə qaldığı bir vaxtda virusun Azərbaycan daxilində yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür. Lakin vətəndaşlarımızın iştirakı və dəstəyi olmadan bu tədbirlərin effektivliyi lazımi nəticə verə bilməz. Buna görə də həm Azərbaycanda, həm xaricdə olan vətəndaşlarımız bu çətin vaxtda fərdi məsuliyyət nümayiş etdirərək olduqları ölkədə tətbiq olunan karantin qaydalarına ciddi riayət etməli, Azərbaycana qayıtmaqla öz ailə üzvləri, yaxınları və digər insanları riskə atmaqdan çəkinməlidirlər.
Yeri gəlmişkən, sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirəyə və bəzən əsassız təşvişə səbəb olan mövzulardan biri koronavirusun geniş yayıldığı yüksək risk ölkələrində yaşayan Azərbaycan vətəndaşlarının, xüsusilə tələbələrin ölkəyə geri qayıtmaq istəyidir. Bu kontekstdə bir sıra məqamlara ayrıca nəzər yetirmək məqsədəmüvafiq olar.
Sirr deyil ki, Çində virusun geniş vüsət aldığı zaman orada yaşayan Azərbaycan vətəndaşlarının əksəriyyəti bu ölkə hökumətinin tətbiq etdiyi qaydalara riayət etmişdilər. Yəni onlar Çində qalmağa üstünlük vermişdilər. Sadəcə olaraq, istisna kimi Çin hökuməti ilə razılaşdırılmış əsasda epidemiyanın episentri olan Uxan şəhərindən 10-12 nəfər Azərbaycan vətəndaşı şəhərdən təxliyə edilərək vətənlərinə qaytarılıblar. Eyni zamanda, bu ölkədə epidemiyanın tüğyan etdiyi bir vaxtda belə Pekində çalışan Azərbaycan diplomatları və onların ailə üzvləri olduqları yerdə qalıb, karantin qaydalarına əməl etməklə öz fəaliyyətlərini davam etdiriblər. Onlar arasında indiyə qədər yoluxma halının olmamasına səbəb elə bu qaydalara riayət edilməsidir. Bu nümunə Cənubi Koreyada və İranda olduğu kimi, Azərbaycanın Avropa ölkələrindəki səfirliklərinin əməkdaşları və onların ailə üzvlərinə də aiddir. Onlar da Azərbaycana qayıtmadılar, olduqları ölkənin karantin rejiminə ciddi riayət etməklə öz fəaliyyətlərini davam etdirirlər. Digər tərəfdən, Cənubi Koreyada olan azərbaycanlı tələbələrin bütün riskləri nəzərə alaraq məsuliyyətli davranmaları, Azərbaycana qayıtmamaları, daxili karantin qaydalarına riayət etmələri də xüsusi vurğulanmalıdır. Bunun nəticəsində də gənc həmvətənlərimiz arasında heç bir yoluxma faktı qeydə alınmayıb.
Məlumdur ki, koronavirus son günlərdə Avropa ölkələrində çox sürətlə yayılıb və yoluxma halları getdikcə artmaqdadır. Bu səbəbdən ali təhsil müəssisələri bağlanıb, ciddi karantin rejimi tətbiq olunur. Tədris prosesinin dayandırılmasını və ölkəmizdə qarşıdan gələn Novruz bayramının yaxınlaşmasını nəzərə alaraq Avropadakı azərbaycanlı tələbələrimizin bir çoxu ölkəmizə həm bayramı yaxınları ilə keçirmək, həm də olduqları ölkələrdə vəziyyətin düzəlməsini öz vətənlərində gözləmək istəyirlər. Lakin kompakt şəkildə geri qayıtmaq əvəzinə olduqları yerdə qalmaları və yerli ölkənin karantin qaydalarına ciddi riayət etmələri daha məqsədəmüvafiqdir. Bununla da həm özlərini, yaxınlarını və digər həmvətənlərini riskə atmamış olarlar, eyni zamanda, Azərbaycanın səhiyyə sisteminə əlavə yük yaranmaz. Tələbələr və valideynlər onu da nəzərə almalıdırlar ki, İtaliya, Fransa, Almaniya, Niderland kimi Avropa ölkələrinin səhiyyə sistemləri dünyada ən qabaqcıl sistemlərdən hesab olunur.
Beləliklə, ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən zəruri tədbirlər davam etdirilir. Amma əsas məsələlərdən biri bu tədbirlərə ictimai dəstəyin göstərilməsidir. Yəni bu tədbirlərin effektivliyini maksimum dərəcədə təmin etmək üçün vətəndaşların iştirakı və dəstəyi lazımdır. O səbəbdən həm respublikamızda, həm xaricdə olan vətəndaşlarımız fərdi məsuliyyət nümayiş etdirməli, olduqları ölkədə tətbiq olunan karantin qaydalarına ciddi riayət etməlidirlər. Onlar Azərbaycana qayıtmaqla öz ailə üzvləri, yaxınları və digər insanları riskə atmaqdan çəkinməlidirlər.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

