/ / Rusiyalı müşahidəçilər: Biz xeyli sayda müşahidəçilərin olduğunu və onlar üçün bütün şəraitin yaradıldığını gördük
Rusiyalı müşahidəçilər: Biz xeyli sayda müşahidəçilərin olduğunu və onlar üçün bütün şəraitin yaradıldığını gördük
11.02.2020 [09:59]
Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkilərinə beynəlxalq səviyyədə böyük maraq göstərilib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər. Eyni zamanda, parlament seçkilərinin gedişini 47 ölkəni təmsil edən 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandırıb.
Əlamətdar haldır ki, müxtəlif ünvanlarda səsvermənin gedişini izləyən beynəlxalq müşahidəçilər seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçdiyini bildiriblər: “Biz Bakıda 3 gün fəaliyyət göstərdik. Bu müddətdə beynəlxalq təşkilatlar, xüsusən MDB Parlamentlərarası Assambleyası çərçivəsində monitorinqdə iştirak etdik. Fevralın 9-da təkcə Bakıda deyil, paytaxt hüdudlarından kənarda yerləşən 11 seçki məntəqəsində olduq. Saat 18:45-də biz Mərdəkan qəsəbəsindəki seçki məntəqəsini ziyarət etdik. Bizim gördüklərimiz deməyə əsas verir ki, Bakıdan kənarda keçirilən seçkilər heç də paytaxtdan geri qalmırdı”.
Bu sözləri fevralın 10-da Milli Məclisə keçirilən seçkilərin yekunlarına həsr olunan mətbuat konfransında RF Federasiya Şurasının müşahidə missiyasının rəhbəri, Federasiya Şurasının elm, təhsil və mədəniyyət komitəsinin sədri Liliya Qumerova ifadə edib.
Mətbuat konfransında Liliya Qumerova məntəqə seçki komissiyalarının üzvlərinin peşəkarlığının yüksək səviyyədə olduğuna xüsusi diqqət çəkib. Onun sözlərinə görə, bütün seçki məntəqələrində çox mükəmməl iş gedirdi. “Bizim ziyarət etdiyimiz bütün məntəqələrdə kamera vasitəsilə müşahidə aparılırdı. Bununla yanaşı, biz xeyli sayda müşahidəçilərin olduğunu və onlar üçün bütün şəraitin yaradıldığını gördük”, - deyə Liliya Qumerova vurğulayıb.
RF Federasiya Şurasının digər üzvü Arkadi Çernetski də Azərbaycanda parlament seçkilərinin respublikanın qanunvericiliyinə və beynəlxalq normalara ciddi əməl etməklə keçirildiyini qeyd edib. O deyib ki, seçkilər nümunəvi keçib. “Seçkilərdə ciddi və hətta xırda pozuntular barədə belə heç bir şikayət daxil olmayıb”, - deyə Arkadi Çernetski fikirlərinə yekun vurub.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

