Avropa standartlarına çatmaq üçün Statistika Komitəsinə Aİ-nin dəstəyi üzrə layihə yekunlaşıb
23.01.2020 [12:11]
Dövlət Statistika Komitəsi Niderlandın Mərkəzi Statistika Bürosu ilə anlaşma memorandumu imzalayıb
Yanvarın 22-də Bakıda Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq çərçivəsində icrası başa çatan “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Konfransı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov açıq elan etdikdən sonra Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış ediblər.
Sonra tədbirdə Layihənin Qrup rəhbəri Rimantas Yuozas Vaicenaviçiusun “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi layihəsi: qarşıya qoyulmuş məqsədlər və əldə olunmuş nailiyyətlər”, ICON İnstitutunun Statistika şöbəsinin rəhbəri Roland Delemontun “Layihənin konsorsiumu: nəticələrə hesablanmış əməkdaşlıq”, Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyevin “Layihənin komponentləri: hədəflər və nəticələr” mövzularında təqdimatları nümayiş olunub.
Niderland Mərkəzi Statistika Bürosunun baş direktoru Tjark-Tsin-A-Tsoinin “Rəsmi statistikada istifadəçi tələblərinə cavab verən müasir strategiyalar”, Litva Statistika Departamentinin baş direktoru xanım Jurate Petrauskienenin “Avropa Statistika Sisteminin inkişafında statistik proseslərin standartlaşdırılmasının rolu”, Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarskinin “Rəsmi statistikanın inkişafında davamlı beynəlxalq əməkdaşlığın rolu” və BMT-nin Avropa İqtisadi Komissiyasının Statistika şöbəsinin regional məsləhətçisi Steven Valenin “Avropa statistikasının beynəlxalq statistika sisteminə töhfəsi” mövzularında məruzələri dinlənilib.
Qeyd olunub ki, “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsi Dövlət Statistika Komitəsinin Avropa İttifaqı ilə birgə həyata keçirdiyi iki Tvinniq layihəsindən sonra 3-cü layihədir. Ölkəmizin statistika sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malik olmuş bu layihə çərçivəsində tərəfdaş ölkə mütəxəssislərinin Dövlət Statistika Komitəsinə ekspert missiyaları təşkil edilib, Dövlət Statistika Komitəsinin əməkdaşları Niderland, Litva, Bolqarıstan, Portuqaliya və Rumıniyaya ezam olunaraq statistik təsnifatların tətbiqi, istehsalçı qiymət indeksləri, statistik keyfiyyətin idarə edilməsi sistemi və sair sahələrdə beynəlxalq təcrübəni öyrəniblər.
Konfransda, eyni zamanda, “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”nun imzalanması mərasimi də təşkil olunub. Anlaşma memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Niderland Mərkəzi Statistika Bürosunun Baş direktoru Tjark-Tsin-A-Tsoi imzalayıblar.
Konfransda iştirakçıları və KİV nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb.
Qeyd edək ki, ölkəmizdə səfərdə olan Niderland, Litva və Bolqarstan milli statistika qurumlarının rəhbərlərinin Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim heyəti və tələbələri qarşısında Avropa və milli statistika sistemində baş vermiş son yeniliklərlə bağlı çıxışları da nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25

