Müasir insan baxışları, həyatı ədəbiyyata gəlməlidir
22.12.2009 [11:07]
- Akademik Ramiz Mehdiyevin məqaləsi ictimai mühiti həqiqətən silkələdi. çünki Azərbaycan ədəbi-ictimai mühitində belə rəy yaradan bir material olmamışdı. Onun ciddi təsirləri özünü bundan sonra daha çox hiss etdirəcək. Əslində, məqaləni yazıçılarımızın göstərdiyi “Azərbaycanda ədəbiyyat yoxdur” reaksiyası kimi qəbul etmək lazım deyildi. Məqalədə söhbət ondan gedirdi ki, ədəbi hadisəyə çevrilən, dünyanın diqqətini cəlb edən əsərlər, demək olar ki, yox dərəcəsindədir. Gəlin ədəbi-ictimai mühitdə müzakirə olunmuş bir hadisəni xatırlayaq. Xatırlanası təkcə bir azərbaycanlı yazıçının xaricdə xalqımız haqqında təhqiramiz ifadələr işlətməsi və bu hadisənin yaratdığı ajiotaj var. Və bu hadisə zamanı yazıçıların reaksiyası da ictimaiyyətin diqqətini çəkdi.
Ramiz Mehdiyevin məqaləsini də tənqid kimi qarşıladılar. Əslində, məqalənin məğzində ədəbi konsepsiya dururdu: Azərbaycanın həyatında baş verən önəmli hadisələr, son 20 ildə yaşadığımız acılar və Qarabağ müharibəsi, bütün bu hadisələrin pikində dayanan ölkəmizin müstəqillik qazanması faktı. Gəlin nə qədər acı da olsa etiraf edək ki, bütün bunlar ədəbiyyatımızda öz əksini lazımınca tapmayıb. Bir roman, povest və ya bir neçə kiçik həcmli nəsr əsərini isə ədəbiyyatda hadisə adlandırmaq, sadəcə, mümkün deyil. öz zəngin tarixi və keçdiyi yolla ədəbiyyatımız çox möhtəşəm bir tarixə malikdir. Hər dövrün öz ədəbi-bədii hadisəsini yaşamış belə zəngin bir ədəbiyyatın bugünkü sükutu başadüşülən deyil. özü də sadaladığım hadisələrin fonunda. Azərbaycan dünyanın aparıcı ölkələri ilə bir sırada dayanır, çiçəklənir, böyük uğurlara imza atır və bütün bunların ədəbiyyatımızın “əzələlərində” hiss olunması, inikası baş vermir. Bəhanə gətirmək də asandır-maddi vəziyyət. SSRİ vaxtında ədəbiyyatımızın fəaliyyəti aydındır, ona göstərilən qayğı da. SSRİ dağılandan sonra köhnə məkanda birləşən respublikaların hamısında yazıçıların birlikləri dağıldı, ədəbi orqanlar qapadıldı. Bizdə də müəyyən qədər ədəbiyyat maddi çətinliklər yaşadı. Amma Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra bu halları aradan qaldırdı, ədəbi orqanların çapına büdcədən vəsait ayrıldı, fəxri təqaüdlər təsis edildi. Yazıçıların sovet dövründəki nüfuzu geri qaytarıldı. Amma ədəbiyyatdan gözləntilər özünü doğrultmadı. Bununla belə dövlət ədəbiyyatdan inciyib üzünü çevirə bilməz. Ədəbiyyata dövlət qayğısı, mən hesab edirəm ki, lazımdır. Köhnə sovet dövründə əsərlərini yazıb qonorar almağa öyrəşmiş yazıçılar isə hələ də qəbul edə bilmirlər ki, indiki bazar iqtisadiyyatı dövründə heç olmasa nəşriyyat işi özləri tərəfindən tənzimlənməlidir. Yəni, hansı dövr olur-olsun əsər cəmiyyətin diqqətini çəkibsə pul gətirəcək. Məqaləsində dövlətçilik düşüncəmizin daşıyıcısı akademik Ramiz Mehdiyev yazıçılardan inciklik bildirmir və heç buna ehtiyac da yoxdur. Əsas məsələ odur ki, ədəbi nümunələr yaradılsın, cəmiyyətin bədii marağı yüksəlsin. Bu olmasa, cəmiyyətin həmin maraq dairəsi tamamilə yad məsələlərə köklənəcək. Ədəbiyyat yaradıcılıq işidir və subyektiv işdir. Burada söhbət ondan getmir ki, AYB-nin yüzlərlə üzvü var. Onların heç də hamısından ədəbi nümunələr gözlənilmir. Amma onlarla imza sahibi var ki, cəmiyyətdə tanınıb, potensialı var və həqiqi yazıçı adı daşıyırlar.
AYB bizim mənəviyyatımızda bir ekoloji aparat missiyasını yerinə yetirir. Vaxtilə bu sözləri rəhmətlik Yaşar Qarayev deyib. Onlar öz yaratdıqları ilə bizim mənəviyyatımızı formalaşdırırlar.
Məqaləyə yazıçıların münasibətini isə qəbul etmirəm. Gərək yazıçılar məqalənin pozitiv əhval-ruhiyyəsini duymuş olaydılar. Doğrudur, orada sərt məqamlar da var və bu sərtliyin qəbul edilməməsini mən bir az da yaşla əlaqələndirirəm. Etməsinlər, bir söz deyən yox, amma əsər meydana çıxsın, müasir dövrün- bu günün ədəbiyyatı yaransın. Altmışıncı illərin ədəbiyyatı yetmişinci, səksəninci, hətta doxsanıncı illərə nə qədər böyük ədəbi enerji gətirib çıxardı. İndinin də ədəbiyyatı yaranmalıdır və Ramiz Mehdiyev də bunu deyir. İndi duraq etiraz edək ki, hörmətli akademik, siz həddindən artıq sərt və kəskin demisiniz? Amma mahiyyət bu deyil axı. Kəskin və ya yumşaq deyilməsindən asılı olmayaraq həqiqət deyilib: zamanın tələbi budur ki, müasir insanın baxışları, həyatı ədəbiyyata gəlməlidir. Bu proses isə hələ ki, baş vermir.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxGündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08

