/ / Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib
17.09.2019 [09:43]
Sentyabrın 16-da Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasa Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Novruz Məmmədov və Türkiyə Respublikasının Vitse-prezidenti, Türkiyə tərəfdən Komissiyanın həmsədri Fuat Oktay rəhbərlik ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın təkbətək görüşü olub.
Sonra iclas işini nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirib.
İclasda hər iki tərəfdən Komissiyanın üzvü olan nazirlik, qurum və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Baş Nazir Novruz Məmmədov iclasda çıxış edərək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının xalqımızın tarixində mühüm bir hadisəyə - Bakının erməni daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 101-ci ildönümünə təsadüf etdiyini vurğulayıb. Baş Nazir 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Azərbaycan milli ordu birləşmələri ilə birgə Bakının erməni daşnak və bolşevik birləşmələrinin işğalından azad etməsinin Türkiyə-Azərbaycan əbədi qardaşlığının təzahürü olduğunu ifadə edib.
Novruz Məmmədov Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrindən danışaraq bildirib ki, dövlətlərimizin başçılarının bir-birinə göstərdiyi səmimi dəstək və qardaşlıq münasibətləri hər birimiz üçün örnəkdir. Bunun nəticəsidir ki, hər iki dövlətin imza atdığı iri beynəlxalq layihələr uğurla həyata keçirilir. Birgə həyata keçirdiyimiz layihələr bizi daha da gücləndirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və eləcə də digər layihələr təkcə ölkələrimiz üçün deyil, bütün regionumuz üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə də töhfə verir.
Baş Nazir qeyd edib ki, indiyədək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın keçirilən 7 iclasında həllini gözləyən bir sıra məsələlər üzrə qərarlar qəbul edilib, onların icrası təmin olunub. Həmçinin ali və yüksək səviyyəli görüşlərdə bir çox mühüm məsələlər müzakirə edilib və imzalanan sənədlərdə nəzərdə tutulmuş müddəalar bizə daha fəal çalışmaq üçün geniş imkanlar yaradıb. Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə ildən-ilə daha da genişlənməsi və möhkəmlənməsi bunun bariz nümunəsidir.
Novruz Məmmədov deyib: “Bildiyiniz kimi, ticarət-iqtisadi, nəqliyyat, rabitə, kənd təsərrüfatı, humanitar, turizm, maliyyə, vergilər, bank işi, sənaye və energetika, ekologiya, su təsərrüfatı, təhsil və digər sahələrdə daha da dərinləşən münasibətlərimiz iki qardaş ölkənin mənafeyinə və xalqlarının gələcəyinin firavan olmasına xidmət edir”.
Baş Nazir diqqətə çatdırıb ki, qarşılıqlı sərmayə qoyuluşunun səviyyəsi bizi məmnun edir. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Bu mənada Petkim neft-kimya kompleksini və Star neft emalı zavodunu xüsusi qeyd etmək istərdim. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın və etibarlı tərəfdaş olsun.
“Azərbaycanın müstəqilliyinin bərpasının ilk günlərindən Türkiyə daim bizim yanımızdadır”, - deyən Novruz Məmmədov bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qardaş Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. İndiyədək bütün sahələrdə göstərilən yardımlara, xüsusən də Azərbaycan üçün çox böyük önəm daşıyan müdafiə, müdafiə sənayesi, tibb və təhsil sahələrində köməyi yüksək qiymətləndiririk. Ermənistanın hərbi təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasına göstərilən daimi dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.
Dost, qardaş Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyətinin dəyərləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından uğurlu olacağına əminliyini bildirib.
“Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir. Biz iki dövlət, bir millətik. Biz Azərbaycan və Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətlərini iqtisadi-ticari sahədə daha da genişləndirmək niyyətindəyik”, - deyə Vitse-prezident diqqətə çatdırıb.
İclasda hər iki ölkənin iqtisadi-ticari əlaqələrinin mövcud vəziyyəti, genişləndirilməsi və iqtisadi əməkdaşlığın davamlılığının təmin olunması ilə bağlı məsələlər müzakirə olunub.
Sonra Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb. Protokolu Azərbaycanın Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay imzalayıblar.
Protokolda Komissiyanın səkkizinci iclasının Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub. İclasda, həmçinin Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müzakirələrin nəticəsi olaraq, iclasın Protokoluna əlavə kimi tərtib edilmiş 2019-2021-ci illər üzrə Fəaliyyət Planı da qəbul edilib.
Daha sonra Azərbaycanın Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay mətbuata bəyanatlarla çıxış ediblər.
Baş Nazir Novruz Məmmədov Komissiyanın səkkizinci iclası ilə bağlı məlumat verərək bildirib ki, komissiya tərəfindən gündəlikdə olan məsələlər ilə bağlı səmərəli iş aparılıb. Ümumilikdə 147 məsələ ətrafında fikir mübadiləsi aparılıb və bütün məsələlərlə bağlı razılıq əldə olunub.
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında dövlətlərimizin başçılarının həmsədrliyi ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının vacib rolunu vurğulayan Baş Nazir Novruz Məmmədov deyib: “Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Hökumətlərarası Komissiyanın və ümumilikdə hər iki ölkənin dövlət qurumları qarşısında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı konkret vəzifələr müəyyənləşdiriblər. Biz də bu istiqamətdə fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Hesab edirəm ki, bizim bugünkü iclasımız ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək”.
Novruz Məmmədov iki ölkə arasında viza rejiminin aradan qaldırılmasının əhəmiyyətini və bu mühüm hadisənin iqtisadi, ticarət, sosial, humanitar və digər sahələrdəki əlaqələrin inkişafına daha da müsbət təsir edəcəyini vurğulayıb.
Vitse-prezident Fuat Oktay iclasda ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələrinə dair ətraflı müzakirələrin aparıldığını diqqətə çatdıraraq deyib: “İclasda Türkiyə ilə Azərbaycan arasında yeni əməkdaşlıq imkanları nəzərdən keçirildi. Əminəm ki, Komissiyanın səkkizinci iclası ikitərəfli münasibətlərimizin genişlənməsinə təkan verəcək və əməkdaşlığımız üçün yeni üfüqlər açacaq”.
Fuat Oktay bildirib ki, Türkiyə və Azərbaycan regionda güclü iqtisadiyyata malik ölkələrdir. Türkiyə-Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsi xalqlarımızın rifah halının yüksəlməsinə, regionun inkişafına xidmət edir.
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53

