“Fitch Ratings”: Azərbaycanın bank sektoru sağlam və dayanıqlıdır
15.08.2026 [10:35]
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankının bankların Bazel III standartlarına uyğunlaşması ilə bağlı tənzimləyici islahatlarını müsbət qiymətləndirib. Yeni qiymətləndirmədə Azərbaycanın dayanıqlı kredit profili və dövlət tərəfindən makroiqtisadi sabitliyin dəstəklənməsi də nəzərə alınıb. Agentliyin ekspert qrupu hesab edir ki, Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun İnkişaf Strategiyası”nda yer almış bankların kapital tələbləri tənzimləmə yanaşmalarını beynəlxalq standartlara daha da yaxınlaşdırır. Tənzimləmə islahatı çərçivəsində birinci dərəcəli əsas kapitalın minimum adekvatlıq normativi risk nəzərə alınmaqla ölçülmüş aktivlərin 4,5 faizi səviyyəsində müəyyən edilib. Birinci dərəcəli kapitalın minimum adekvatlıq normativi 5 faizdən 6 faizə qaldırılıb, məcmu kapitalın adekvatlıq normativi isə 10 faizdən 8 faizə endirilib.Belə ki, islahatlar çərçivəsində müşahidə edilən dəyişikliklər, bankların mümkün itkiləri qarşılamaq potensialını gücləndirən I dərəcəli kapital alətlərinin tətbiqi ilə tənzimləyici çərçivəyə daxil edilməsini ehtiva edir.
Bank sektorunun reytinqi “BB-”dən “BB” səviyyəsinə yüksəldilib
Agentliyin qənaətinə görə, Azərbaycanın bank sektorunda Bazel III standartlarının tətbiqi kredit təşkilatlarının itkiləri udmaq qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirməkdədir. Bu amil bankların kredit reytinqləri üçün müsbət cəhət kimi qiymətləndirilir. Hazırda bu sektorun reytinqinin “BB-”dən “BB” səviyyəsinə yüksəldilməsi isə ortamüddətli perspektivdə likvidlik tələblərinin daha da güclənməsinə imkan verəcək.
Ümumilikdə, Azərbaycanın bank sektorunun dayanıqlılığının möhkəmlənməsini və kapitalın keyfiyyətinə dair tələblərin beynəlxalq standartlara daha da uyğunlaşdığını xatırladan “Fitch” hesab edir ki,Azərbaycan bankları üçün əməliyyat mühiti “stabil” olaraq qalacaq. Əməliyyat mühitinin qiymətləndirilməsinin yüksəldilməsi bank sektorunun tənzimləyici bazasının və nəzarət mexanizmlərinin güclənməsini, habelə davamlı makroiqtisadi sabitliyi əks etdirir.
Beynəlxalq Bank beynəlxalq maliyyə mövqeyini gücləndirir
Yeri gəlmişkən, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) uzunmüddətli emitent defoltu reytinqini “BB” səviyyəsindən “BB+” səviyyəsinə yüksəldib. Bankın maliyyə dayanıqlılığı reytinqi isə “BB”dən “BB+”ə qaldırılıb. Reytinqlər üzrə proqnoz “stabil”dir. Reytinqin yüksəldilməsi ABB-nin güclü maliyyə göstəricilərini qoruması fonunda risk profilinin yaxşılaşmasını və Azərbaycanda bankların fəaliyyət mühitinin daha əlverişli qiymətləndirilməsini əks etdirir. “Stabil” proqnoz agentliyin ortamüddətli dövrdə ABB-nin kredit portfelində mülayim artımın davam edəcəyi, aktivlərin keyfiyyətinin və gəlirliliyin isə yüksək səviyyədə qalacağı barədə gözləntilərinə əsaslanır. Beynəlxalq Bankın 2026-cı ilin birinci yarısına dair göstəriciləri isə bankın daxili bazardakı güclü mövqeyini və qiymət formalaşdırmaq imkanlarını əks etdirir. ABB-nin Özbəkistanda fəaliyyət göstərən “Davr Bank”ı satın alması prosesinin 2026-cı ilin üçüncü rübünün sonunadək yekunlaşacağı gözlənilir ki, bu da Azərbaycanın dövlət bankının kredit profilinə neytral təsir göstərəcək. Sövdələşmə bankın daha yüksək gəlirlilik vəd edən bazarlara çıxmaq və fəaliyyətini şaxələndirmək strategiyasını daha da optimallaşdıracaq.
Azərbaycanın uzunmüddətli reytinqi yüksələcək
Onu da qeyd edək ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqinin də yüksələcəyini gözləyir. Ötən il ölkəmizin reytiqini “BB+” səviyyəsində, müsbət proqnozla təsdiqləyən agentlik bildirir ki, Azərbaycanın çox güclü xarici balansı və fiskal mövqeyi, aşağı dövlət borcuna malik olması və suveren fondun (Dövlət Neft Fondu) böyük aktivlərinin dayanıqlılığı yüksək maliyyə çevikliyini dəstəkləyir ki, bu da sabit reytinq göstəricisinin müəyyən edilməsində əsas faktorlardır.
Mövcud kredit reytinqi ölkəmizin investisiya qabiliyyətinin yüksək göstəricisi kimi səciyyələndirilə, beynəlxalq səviyyəli investisiya reytinqi sayıla bilər. Bu, respublikamızın beynəlxalq statusa malik potensial investor və dünyada sərmayəçi ölkə kimi imicinin möhkəmlənməsinə də dərin əsaslar yaratmış olur. Eləcə də Azərbaycanın tədiyyə balansının cari balansı, iqtisadi artımın əldə olunması, xarici maliyyə öhdəliklərinin çevik idarə olunması və digər amillər isə reytinq şkalasına yeni baxışı labüd edir. Son bir ildə suveren aktivlərin 15 milyard dollara yaxın artması və 90 milyard dollara çatması isə reytinq əmsalının artacağına dərin əminlik yaradır. Həmçinin, ölkəmizin maliyyə sektorunun dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldir.
“Fitch Ratings”in analitiklərinin qənaətinə görə, Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqi 2026-2027-ci illərdə də profisitlə davam edəcək. Bu vəziyyət suveren aktivlərin dayanıqlılığını da təmin edəcək. Növbəti illərdə enerji və qeyri-enerji gəlirlərinin sabitliyi fonunda ölkənin strateji ehtiyatları ÜDM-in 80 faizinə qədər yüksələcək. Azərbaycanın xalis aktivlərinin sabit qalması fiskal və tədiyyə balansının müsbət səviyyəsini dəstəkləyəcək.
Manatın məzənnəsi sabit qalacaq
“Fitch Ratings”in proqnozlarına görə, Azərbaycan manatının məzənnəsi ortamüddətli perspektivdə indiki nisbətdə qalacaq. Bununla yanaşı, manatın sabit məzənnəsinin qorunması üçün ölkənin iqtisadi blokunun, xüsusən də Mərkəzi Bankın güclü təsiredici və tənzimləyici prioritetləri mövcuddur. Azərbaycan Mərkəzi Bankı valyuta məzənnəsinin dayanıqlılığını təşviq edən alətləri optimallaşdırır, xüsusilə də valyuta bazarını və bank faizlərini yaxşılaşdırmaq üçün tənzimləyici alətləri çevik şəkildə saxlayır.
“Fitch Ratings”in reytinqində əsas faktorlardan biri kimi xarici borc amili də mühüm yer tutur. Azərbaycan hazırda regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır. Ölkəmizdə borcun ÜDM-də payı 6 faizdən də aşağıdır. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə bu, təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir. Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi-Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23

