Rusiyanın səfiri: Mən həmişə Azərbaycan mətbuatına açıq olmuşam
12.07.2019 [09:43]
İyulun 11-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu yaxınlarda Moskvada səfərdə olmuş Azərbaycanın bir sıra aparıcı KİV-lərinin (AZƏRTAC və “Trend” informasiya agentlikləri, “Səs”, “İki sahil”, “Bakinski raboçiy”, “Kaspi”, “Xalq qəzeti” və “Bakı xəbər” qəzetlərinin) rəhbərləri ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Trend”in baş direktoru İlqar Hüseynov, Azərbaycanın “Novoe Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, “Bakinski raboçiy” qəzetinin baş redaktoru Rəhman Hacıyev və başqaları Rusiya paytaxtında keçirilən görüşlərlə bağlı təəssüratlarını bölüşüblər. Qeyd olunub ki, səfərin məqsədi rusiyalı həmkarlarla təcrübə mübadiləsi, həmçinin hər iki ölkənin jurnalistlərini narahat edən aktual və mühüm mövzuların müzakirəsi olub.
Vüqar Səfərli vurğulayıb ki, Azərbaycan və Rusiyanın media strukturlarının qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin möhkəmlənməsinə və eyni zamanda, jurnalistlərə öz fəaliyyətini və imkanlarını yenidən nəzərdən keçirməyə imkan verir. O xatırladıb ki, rusiyalı jurnalistləri bu ilin sonunadək Azərbaycana səfər etməyə dəvət edib.
Mətbuatın hökumətlə vətəndaş cəmiyyəti arasında körpü rolu oynadığını qeyd edən nümayəndə heyətinin üzvləri əmin olduqlarını bildiriblər ki, Moskva səfəri iki ölkənin xalqlarının bir-birini daha yaxşı tanıması və başa düşməsi, eyni zamanda, jurnalist təşkilatları arasında əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.
KİV rəhbərləri rusiyalı həmkarları ilə təcrübə mübadiləsində maraqlı olduqlarını bildiriblər. Burada bir sıra amillər - ortaq dəyərlər, coğrafi yaxınlıq, tarixi əlaqələr mühüm rola malikdir. Vurğulanıb ki, Moskvada keçirilən bütün görüşlərdə Rusiyanın aparıcı informasiya və xəbər agentliklərinin rəhbərləri Azərbaycan haqqında xoş fikirlər səsləndirib və bizim media strukturları ilə əlaqələri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.
Çıxış edənlər bildiriblər ki, hazırda Azərbaycanla Rusiya arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Vurğulanıb ki, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin təmin edilməsində dövlətlərimizin başçılarının böyük rolu var.
Mixail Boçarnikov azərbaycanlı jurnalistlərin Rusiya paytaxtına səfərinin təşkilində göstərdikləri köməyə görə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna, Azərbaycan Prezidentinin Administrasiyasına, Azərbaycanın Moskvadakı səfirliyinə, xüsusən səfir Polad Bülbüloğluna təşəkkürünü bildirib. Səfir Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq səviyyəsində əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma zəminində münasibətlərin bütün sahələr üzrə möhkəmləndiyini qeyd edib. O xatırladıb ki, ölkəmizdə səfir kimi fəaliyyət göstərdiyi cəmi bir il ərzində həmişə Azərbaycan mətbuatına açıq olub.
Səmimi və dostluq şəraitində keçən görüşdə Azərbaycan və Rusiyanın media strukturları arasında əməkdaşlığın möhkəmlənməsi və dərinləşməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda xatirə fotosu çəkilib.
Xəbər lenti
Hamısına baxElm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51

