Əli Əhmədov: Özəl sektorda çalışanların da əməkhaqqının artırılması nəzərdə tutulur
21.06.2019 [09:54]
Dövlət sektorunda çalışanlarla yanaşı, özəl müəssisələrin işçiləri üçün də minimum əməkhaqqına uyğun olaraq, əməkhaqqının artırılması nəzərdə tutulur.
“Trend”in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədovun sözlərinə görə, bir neçə gün öncə Prezident İlham Əliyev ölkədə minimum əməkhaqqının, dövlət qurumlarında çalışan işçilərin, müəllimlərin əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalayıb.
Bu yaxınlarda isə ölkədə minimum pensiya həddinin müəyyən olunması haqqında Sərəncam imzalanacaq.
Ə.Əhmədov deyib ki, bu sərəncamlar aztəminatlı ailələrin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına kömək edəcək.
Onun sözlərinə görə, 2019-cu ilin yarım ili ərzində minimum əməkhaqqı təxminən iki dəfə artırılıb: “Ayrı-ayrı dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının təxminən 40 faiz artırılması barədə də sərəncamlar imzalanıb. Beləliklə, 100 minlərlə insanın əməkhaqqının bu sənədlərlə artırılması nəzərdə tutulub. Minimum əməkhaqqının artırılması vahid əməkhaqqı cədvəlinə uyğun olaraq, digər işçilərin də əməkhaqlarında artımların olmasını avtomatik təmin edəcək və bu, yüzminlərlə Azərbaycan vətəndaşının həyatını yaxşılaşdıra biləcək”.
Əli Əhmədov bildirib ki, Azərbaycanda həyata keçirilən islahatlar dövlət büdcəsinə vəsaitlərin artımını təmin edib. Bunun nəticəsində vətəndaşlar üçün çox ciddi sosial paketlər qəbul edilib.
Yaxın zamanlarda insanların bu paketlərin faydasını görəcəyini deyən Baş Nazirin müavini qeyd edib ki, ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılması üçün tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək: “Ölkənin iqtisadi imkanları, dövlət büdcəsinə daxil olan vəsaitlər artdıqca insanların rifahının yüksəldilməsi üçün addımlar atılacaq.
Azərbaycanda həyata keçirilən islahatlar iqtisadiyyatımızı gücləndirir. Bu ilin ilk aylarında Azərbaycanın ümumi daxili məhsulu xeyli artıb, ölkənin maliyyə imkanları çoxalıb. Azərbaycan vətəndaşları bu artımdan faydalanacaqlar. Azərbaycan hökuməti üçün vətəndaşlarının rifahının yüksəlməsindən ali məqsəd yoxdur”.
Xəbər lenti
Hamısına baxSiyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03

