Milli Məclisdə Ombudsmanın illik məruzəsi müzakirə olunub
02.03.2019 [09:48]
Martın 1-də Milli Məclisin İnsan hüquqları komitəsində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi” müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ölkəmizdə insan hüquqlarının qorunması sahəsində həm qanunverici əsasda, həm də icraatda böyük nailiyyətlərin əldə olunduğunu bildirib. Azərbaycan Prezidentinin ardıcıl olaraq imzaladığı Fərman və sərəncamlar, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması insan haqlarının və azadlıqlarının daha yüksək səviyyədə təmin olunmasına imkan yaradır. Belə münbit şəraitdə Ombudsman təsisatı da öz işini lazımi səviyyədə qura bilir.
Sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı insan hüquqları üzrə müvəkkilin 2018-ci ilə dair illik məruzəsini təqdim edib. Bildirib ki, illik məruzə qanuna uyğun olaraq Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş Prokurorluğa göndərilib. Diqqətə çatdırılıb ki, müvəkkilin fəaliyyəti dövründə onun ünvanına, ümumilikdə, 187 min 350, 2018-ci ildə isə 20 min 400 ərizə və şikayət daxil olub. Müvəkkilin səlahiyyətlərinə aid olmayan şikayətlərə baxılmasından imtina edilib. İcraata götürülən şikayətlərin 63,5 faizi təmin edilib. Müvəkkil tərəfindən aparılan monitorinqlərdə vətəndaşların üzləşdikləri problem və çətinliklər, onların yaranma səbəbləri araşdırılıb, həlli istiqamətində müvafiq təkliflər irəli sürülüb, lazımi tədbirlər görülərək bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olunub. 2018-ci il ərzində cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq edilmədən 343 başçəkmə həyata keçirilib. Seçki hüququ ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Hesabat dövründə dövlət orqanlarının nümayəndələri və yerli icra hakimiyyəti başçıları ilə birlikdə yerlərdə əhali qəbullarının təşkili, silsilə görüşlər, vətəndaşların hüquq mədəniyyətinin yüksəldilməsinə yönəldilmiş maarifləndirmə işləri səmərəli nəticə verib.
Dörd regionda - Quba, Şəki, Cəlilabad və Gəncədə yaradılmış regional mərkəzlər əhalinin müvəkkilə müraciətini asanlaşdırıb. 24 saat fəaliyyət göstərən 916 nömrəli “Uşaq qaynar xətti” və işgəncələrə qarşı qaynar xətt fəaliyyətini müvəffəqiyyətlə davam etdirib.
Aydın Səfixanlı onu da vurğulayıb ki, ölkədə “ASAN xidmət”, “ABAD”, “Şəbəkə”, “DAİM” və s. kimi qurumlar insan hüquqlarının etibarlı müdafiəsi üçün zəruri şəraitin yaradılmasına mühüm töhfə verib.
Komitədə illik məruzə dinlənildikdən sonra deputatlar Fazil Mustafa, Tahir Kərimli, Əflatun Amaşov, Sona Əliyeva, Elman Nəsirov, Flora Qasımova, komitə sədrinin müavini Yevda Abramov məruzə ilə bağlı müsbət fikirlərini bildiriblər, təkliflər irəli sürüblər.
Fikir mübadiləsində insan hüquqları üzrə müvəkkilin 2018-ci ilə dair illik məruzəsi qənaətbəxş hesab olunub və məruzə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40

