/ / Prezident İlham Əliyev: Bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək
Prezident İlham Əliyev: Bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək
09.02.2019 [10:50]
Zəlzələnin fəsadlarını tezliklə aradan qaldırmaq üçün bütün lazımi tədbirlər görülür
Xəbər verildiyi kimi, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Əsasən dağıntılar Şamaxı rayonunda qeydə alınıb. Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanlara təcili tibbi yardım göstərilib və onlar evə buraxılıb, insan tələfatı qeydə alınmayıb.
Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır
Son 15 ildə ölkəmizin keçdiyi inkişaf yoluna nəzər saldıqda biz Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyət nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev təkcə 2018-ci ildə respublikanın 24 şəhər və rayonuna 26 səfər edib, 100-ə yaxın yeni sosial-iqtisadi infrastruktur obyektinin açılışına qatılıb.
Dövlət başçısının apardığı belə xəlqi siyasətin nəticəsində bu gün sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanın daxili mənzərəsini səciyyələndirən çox əlamətdar bir amilə çevrilib. Son 15 ildə Azərbaycan iqtidarı apardığı siyasətdə bir qayda olaraq milli maraqları əsas götürüb, daim xalqın mənafeyindən çıxış edib. Eyni zamanda, cəmiyyət də iqtidarın siyasətinə yüksək səviyyədə dəstək verir.
Bu dəfə də respublikanın məlum bölgələrində baş verən zəlzələlərdən ziyan çəkən insanların köməyinə müvafiq dövlət qurumlarının rəhbərləri və şəxsən Prezident İlham Əliyev gəlib. Hadisədən dərhal sonra - fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub. Dövlətimizin başçısı zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib. Sakinlərlə söhbətlərində dövlət başçısı səmimiyyətlə bildirib: “Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə Öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb”.
Prezident İlham Əliyev bildirib ki, tezliklə bu evlərin bərpası, yenidən tikilməsi nəzərdə tutulur: “Müvafiq Sərəncam imzalanacaq, Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq. İndi yüzlərlə müraciət var. Mənə verilən məlumata görə, hələ ki, 70-dən çox müraciətə baxılıb və müvafiq aktlar tərtib edilib. Bu aktlar əsasında bütün təmir-bərpa işləri aparılacaq. Vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır”.
Zəlzələ baş verən müvafiq bölgələrdə vətəndaşların müraciətləri operativ qaydada araşdırılır
Fevralın 5-6-da baş verən zəlzələ bir sıra fəsadlar törədib. Təbii fəlakət nəticəsində evlərə xeyli ziyan dəyib. Prezident İlham Əliyev Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus 33 nömrəli evə baş çəkib. Dövlət başçısına məlumat verilib ki, ikimərtəbəli, beş otaqlı evin iki otağı tamamilə dağılıb, ev qəzalı vəziyyətə düşüb.
Sonra Prezident İlham Əliyev Vidadi Məmmədov küçəsində Mailə Quliyevaya məxsus 7 nömrəli evdə olub. Bu evin bir otağının divarı zəlzələ nəticəsində tam dağılıb və ev qəzalı vəziyyətə düşüb. Qəzalı evlərdən biri də Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurova məxsus 10 nömrəli evdir. Birmərtəbəli kürsülü evin otaqlarından biri tamamilə dağılıb.
Qeyd edək ki, hazırda Prezident İlham Əliyevin tapşırığı əsasında müvafiq dövlət qurumları yerli icra hakimiyyətləri ilə birlikdə zəlzələnin vurduğu ziyanın miqyasını dəqiqləşdirməklə məşğuldurlar. Zəlzələ baş vermiş ərazinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün dərhal bölgəyə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin 118 nəfər şəxsi heyəti, 15 texnikası və xüsusi təlim keçmiş itlər cəlb olunub. Ümumiyyətlə, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülür. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər. Həmçinin qeyd olunub ki, artıq 73 evə baxış keçirilib. Bunlardan hələlik 26-sının qəzalı olduğu müəyyənləşdirilib, amma müraciətlərin sayı çoxdur. Bütövlükdə, vətəndaşlardan 750 müraciət daxil olub. Qeyd edildiyi kimi, dağıntıların miqyası Şamaxı rayonunda daha genişdir. Hazırda bu rayonda 10 komissiya vətəndaşlardan daxil olan müraciətləri araşdırmaqla məşğuldur. Daha iki komissiya Ağsu rayonunda, iki komissiya isə İsmayıllı rayonunda işləyir. K.Heydərov bildirib ki, dövlət başçısının müvafiq tapşırıqlarını daha tez icra etməkdən ötrü yeni komissiyalar yaradılacaq.
Zəlzələnin fəsadları ilə yerində tanış olan Prezident İlham Əliyev müvafiq qurumların operativ fəaliyyətindən razılığını bildirib və Özünün dəyərli tövsiyələrini verib. Dövlət başçısı əminliklə bildirib ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. “Bir neçə il bundan əvvəl Zaqatala, Qax rayonlarında zəlzələ oldu, orada minlərlə ev dağılmışdı. Biz o zəlzələnin fəsadlarını aradan qaldırdıq. Bir neçə il bundan əvvəl daşqın olmuşdu, minlərlə evi su basmışdı. Orada da lazımi tədbirlər görülmüşdü. Bütün evlər dövlət vəsaiti hesabına yenidən tikildi, bərpa edildi. Ona görə biz bu zəlzələnin fəsadlarını da tezliklə aradan qaldıracağıq. Mən gəlmişəm bunu sizə şəxsən deyim ki, vətəndaşlar tam əmin olsunlar, bütün lazımi işlər görüləcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Tezliklə bərpa işlərinə başlanılacaq
Qeyd edək ki, təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib. Zəlzələ baş verən bölgələrdə ilk günlərdə əsas diqqət isə evlərinə ziyan dəyən vətəndaşların məskunlaşdırılmasına yönəldilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına məlumat verərək bildirib ki, kimin imkanı, həyətində başqa bir yeri var orada məskunlaşıb, qalanları isə rayon icra hakimiyyəti ilə birgə müvəqqəti yerləşdirilir.
Qarşıda isə zəlzələ baş verən bölgələrdə genişmiqyaslı bərpa işlərinin aparılacağı gözlənilir. Tezliklə bərpa işlərinə başlanılacağını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Mən də sizinlə qürur duyuram ki, hətta belə ağır günlərdə nikbinliklə yaşayırsınız və inanırsınız ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır. Bütün dövrlərdə belə olub, bundan sonra da belə olacaq. Həm könüllülərin, həm yerli icra orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının - bunların bir amalı var: vətəndaşlara kömək etmək. Mən hesab edirəm ki, bərpa işləri tezliklə başlamalıdır”.
Qeyd edək ki, artıq zəlzələ baş verən bölgələrdə bərpa işlərinin aparılmasına vəsait ayrılıb. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 7 fevral 2019-cu il tarixində “Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

