Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanın son 15 ildə çox uğurla və dinamik inkişaf etdiyini bir daha bəyan etdi

Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanın son 15 ildə çox uğurla və dinamik inkişaf etdiyini bir daha bəyan etdi

31.01.2019 [08:58]

2003-cü ildən keçən on beş il ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayıb, problemlər öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm amillərdən biri də enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, bütün sahələrdə davamlı inkişaf strategiyasının uğurla həyata keçirilməsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransdakı proqram xarakterli nitqini şərh edərkən deyib.
O bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair beş il bundan əvvəl qəbul edilmiş üçüncü Dövlət Proqramının artıqlaması ilə yerinə yetirildiyini və icrasının təmin edildiyini diqqətə çatdıraraq vurğuladı ki, son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunub. Dövlət başçısı üçüncü proqramın çox böyük əhəmiyyət daşıdığını qeyd edərək bildirdi ki, bu proqram regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verdi.
Prezident İlham Əliyev son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salaraq dedi ki, bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir. Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf etdiyini, ümumi daxili məhsulun 3,3 dəfə artdığını diqqətə çatdıran dövlət başçısı sənaye istehsalının 2,6 dəfə, ixracın 4,7 dəfə, valyuta ehtiyatlarının isə 24 dəfə artaraq bu gün 45 milyard dollar təşkil etdiyini bildirərək qeyd etdi ki, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik”.
Azərbaycana 15 il ərzində təxminən 250 milyard dollar sərmayə qoyulduğunu və bu sərmayənin yarısının xarici investisiya olduğunu vurğulayan Prezident qeyd etdi ki, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir və mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir. İlk dəfə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeyd olundu və o vaxt Azərbaycan 98-ci yerdə qərarlaşdı. Aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, deməyə əsas verir ki, bundan sonra da həm daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə qoyacaqlar. Bu sərmayə bundan sonra da iş yerlərinin, yeni müəssisələrin yaradılmasına və ölkəmizin inamla inkişaf etməsinə imkan verəcək. Azərbaycanın çox uğurla, inamla inkişaf etdiyini bildirən dövlət başçısı qeyd etdi ki, son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb, 3200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, eləcə də 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb.
Şübhəsiz ki, bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasının da böyük önəm daşıdığını qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, bu istiqamətdə də böyük işlər görülür.
Beləliklə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu son 15 ildə Prezident İlham Əliyevin dinamik şəkildə və novatorcasına inkişaf etdirməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Bütün bu uğurlar bu gün dövlətimiz və xalqımız üçün çox vacib olan problemin həllinə - işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə və ərazi bütövlüyünün bərpa olunacağına olan ümidləri daha da artıraraq perspektivdə Azərbaycanın ən qüdrətli dövlətlər sırasında duracağını şərtləndirir.

Paylaş:
Baxılıb: 404 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30