/ / Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri əks etdirir
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri əks etdirir
18.10.2018 [08:20]
Tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilmiş hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb
Xəbər verildiyi kimi, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, hesabatın İnstitutlar, İnfrastruktur, İKT-nin istifadə səviyyəsi, Səhiyyə, Əmək bazarı, Biznes dinamikliyi və İnnovasiya potensialı sütun indikatorları üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən qeydə alınıb. Bununla yanaşı, Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb, əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib, respublikamız dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Ekspertlərin qənaətinə görə, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri əks etdirir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov qeyd edib ki, regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb: “Bu gün ölkəmizdə uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir və bu, Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətlər öz əksini tapır. Ayrı-ayrı beynəlxalq qurumların hesabatları Azərbaycanın dinamik inkişafa malik olduğunu, sosial-iqtisadi sahədə çox mühüm uğurlar əldə etdiyini bariz şəkildə nümayiş etdirir. Tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilmiş Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqelərinin əhəmiyyətli dərəcədə yaxşılaşması bu baxımdan mühüm əhəmiyyətə malikdir”.
“Qlobal Rəqabətlilik Hesabatı tərəfindən hesabatın İnstitutlar, İnfrastruktur, İKT-nin istifadə səviyyəsi, Səhiyyə, Əmək bazarı, Biznes dinamikliyi və İnnovasiya potensialı sütun indikatorları üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması qeydə alınıb. Xüsusilə də, Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanması, eləcə də əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlməsi qeyd edilməlidir”, - deyən A.Hüseynov əlavə edib ki, Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın yüksək nəticələr əldə etməsi ölkəmizdə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatların real nəticəsidir.
Milli Məclisin deputatı Rauf Əliyev isə deyib ki, inkişafın milli modelini formalaşdıran Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib: “Təsadüfi deyil ki, respublikamızın iqtisadi inkişafı beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əks olunur və ekspertlər tərəfindən olduqca yüksək qiymətləndirilir”.
Millət vəkili bildirib ki, beynəlxalq reytinq agentliklərinin və ayrı-ayrı təşkilatların hesabatlarında əks olunan məqamlar da Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını nümayiş etdirir. “Tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilmiş Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında da ölkəmiz bir neçə indikator üzrə yüksək nəticələr əldə edib. Məlumdur ki, “Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” adlı hesabata yeni indikatorlar daxil edilib. Bu hesabatda Azərbaycanla bağlı məqamlar ölkəmizdə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir. Hesabatın 12 əsas sütun indikatorundan 7-si, yəni İnstitutlar, İnfrastruktur, İKT-nin istifadə səviyyəsi, Səhiyyə, Əmək bazarı, Biznes dinamikliyi və İnnovasiya potensialı sütun indikatorları üzrə ölkəmizin mövqelərinin əhəmiyyətli dərəcədə yaxşılaşması bu baxımdan xüsusilə qeyd edilməlidir”, - deyə R.Əliyev vurğulayıb.
“Azərbaycanın Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşması ölkəmizdə həyata keçirilən iqtisadi islahatların məntiqi nəticəsidir”, - deyən millət vəkili diqqətə çatdırıb ki, mövcud reallıqlar Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafının bundan sonra da davam edəcəyini deməyə əsas verir.
“Azərbaycanda bütün sahələri əhatə edən məqsədyönlü, səmərəli sosial-iqtisadi islahatlar mütəmadi olaraq həyata keçirilir və sistemli xarakter daşıyır. Məhz bunun nəticəsidir ki, müxtəlif təşkilatların hesabatlarında Azərbaycanın inkişaf göstəriciləri ilə əlaqədar müsbət məqamlar əks olunur. Beynəlxalq reytinq agentliklərinin ölkəmizin inkişafı ilə bağlı proqnozları Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını ifadə edir”. Bu fikirləri isə Milli Məclisin deputatı Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, tamamilə yeni metodologiya əsasında hazırlanmış Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın bir sıra istiqamətlər üzrə aparıcı mövqeyini qoruyub saxlaması təqdirəlayiq hal olmaqla yanaşı, mühüm əhəmiyyətə malikdir: “Azərbaycan ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda lider mövqelərini qoruyub. Bundan başqa, respublikamızın hesabatda dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanması Azərbaycanda həyata keçirilən sosial siyasətin məntiqi nəticəsidir. Bütövlükdə, sözügedən hesabatda əksini tapan məqamlar Azərbaycanın uğurlu sosial-iqtisadi siyasətinin nəticəsində meydana çıxmış pozitiv reallıqlara əsaslanır”.
Nurlan
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

