/ / Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ölkəmizdəki dövlət-din münasibətləri barədə məlumatlandırılıb
Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ölkəmizdəki dövlət-din münasibətləri barədə məlumatlandırılıb
04.10.2018 [08:39]
Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Amerika Bibliya Cəmiyyətinin Beynəlxalq missiyası departamentinin direktor müavini Çarlz Lambert ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə DQİDK-nın sədri qonağı ölkəmizdəki dövlət-din münasibətləri və multikultural mühit barədə məlumatlandırıb. Bildirib ki, demokratik, dünyəvi və hüquqi dövlət olan Azərbaycanda din dövlətdən ayrı olsa da, bu sahəyə daim diqqət və xüsusi qayğı göstərilir. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət fundamental azadlıqlardan olan dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə yönəlib.
Azərbaycanda müxtəlif dini konfessiya nümayəndələrinin etnik-mədəni özünəməxsusluğunun qorunub-saxlanması üçün hərtərəfli hüquqi-demokratik şərait yaradıldığını deyən Mübariz Qurbanlı ölkəmizdə 20-si xristian olmaqla 31 qeyri-İslam təmayüllü dini icmanın dövlət qeydiyyatına alındığını, 14 kilsənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi Çarlz Lambert hər gəlişində Bakının daha da inkişaf etməsinin şahidi olduğunu bildirib. Ölkəmizdəki dinlərarası harmoniya və etnik-dini tolerantlıqdan bəhs edən qonaq “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının fəaliyyəti üçün yaradılan yüksək şəraitdən məmnunluğunu ifadə edib.
Sonda qonağa Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

