Azərbaycanın və Litvanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
08.09.2018 [10:32]
Sentyabrın 6-7-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Litva Respublikasında səfərdə olub.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Litvanın xarici işlər naziri Linas Linkəviçyus, hökumət kansleri Algirdas Stançonitis, Litva Seyminin Xarici əlaqələr komitəsinin rəhbəri Yuozas Bernatonis, Litva Prezidentinin Siyasi məsələlər üzrə baş müşaviri Neriyus Aleksiejunas, Seymdə Azərbaycan ilə dostluq qrupunun rəhbəri Baltik Assambleyasının Prezidenti Valeriyus Simulik ilə görüşlər keçirib.
Səfər zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Litva Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr aparılıb. Məsləhətləşmələrdə Litva nümayəndə heyətinə Litva xarici işlər nazirinin müavini Darius Skusəviçyus rəhbərlik edib.
Görüşlərdə iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə, əməkdaşlıq ənənələrinə əsaslandığı, bu münasibətlərin bu gün də uğurla genişləndirilməsi və dərinləşdirilməsi barədə müzakirələr aparılıb, ölkələrimizin ikitərəfli olduğu kimi, çoxtərəfli müstəvidə də fəal və səmərəli şəkildə əməkdaşlıq etdiyi bildirilib.
Həmçinin iki ölkə arasında iqtisadi əlaqələr müzakirə edilib, qeyri-neft sektoru, kənd təsərrüfatı, infrastruktur, informasiya texnologiyaları, mədəniyyət, təhsil, turizm, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün perspektivlər müzakirə edilib. Hər iki ölkənin iqtisadi əməkdaşlıq üçün geniş imkanları əsasında hazırkı ticarət dövriyyəsinin artırılmasının zəruri olduğu vurğulanıb. Hökumətlərarası İqtisadi-Əməkdaşlıq Komissiyasının növbəti iclasında bu məsələ ilə bağlı müvafiq təkliflərin müzakirə edilməsi, zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd edilib.
Görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb, Avropa İttifaqının regional münaqişələrə münasibətdə vahid mövqedən çıxış etməsinin zəruriliyi vurğulanıb, mövcud münaqişələrin beynəlxalq hüququn normalarına uyğun olaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət və riayət edilməsi əsasında həll olunmasının labüdlüyü bildirilib.
Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəyə verdiyi töhfə və NATO çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsi yüksək qiymətləndirilib. Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq müqaviləsinin hazırlanmasının tezliklə başa çatdırılmasının əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyində Cənub Qaz Dəhlizi vasitəsilə töhfəsinin əhəmiyyəti qeyd edilib.
Siyasi məsləhətləşmələr zamanı iqtisadi əməkdaşlığın vacibliyi bildirilib, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri və Azərbaycanın iştirak etdiyi digər beynəlxalq nəqliyyat qovşaqları haqqında məlumat verilib, bu yolların Litvanın və bölgə ölkələrinin Mərkəzi Asiya və digər Cənub ölkələrinə logistik çıxışları üçün əlverişliliyindən danışılıb. “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla həyata keçirilməsi, Baltik, Qara dəniz və Xəzəri birləşdirən “Vikinq” nəqliyyat dəhlizi barədə fikir mübadiləsi aparılıb. Ölkə şirkətlərinin bu imkanlardan geniş istifadə etməsi müzakirə olunub.
Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ölkələrimizin müvafiq qurumları arasında uğurla davam etdirilən layihələrin icrası barədə məlumat verilib. Oxşar layihələrin daha çox sahələri əhatə etməsinin arzu olunduğu qeyd edilib.
Görüşlərdə, həmçinin regionda və dünyada baş verən siyasi hadisələrlə bağlı müzakirələr, hazırkı geosiyasi vəziyyətdə ölkələrimizin milli maraqlarına dair fikir mübadilələri də aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

