Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP Sədrinin müavini Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşüb

YAP Sədrinin müavini Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşüb

21.07.2018 [09:47]

Əli Əhmədov: Müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil
İyulun 20-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
Görüşdə Əli Əhmədov jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycanda hər il milli mətbuat gününün yüksək səviyyədə qeyd olunduğunu deyən Əli Əhmədov bu faktı cəmiyyətin mətbuata verdiyi önəmin ifadəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası ənənəvi olaraq milli mətbuat gününü qeyd edir: “Bu, həm cəmiyyətin mətbuata verdiyi önəmin, həm də partiyamızın mətbuatın roluna böyük əhəmiyyət verməsinin göstəricisidir. Bütövlükdə, müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil. Bu da dövlətimizin əldə etdiyi mühüm nailiyyətlərdən biridir ki, Azərbaycanda dövlət səviyyəsində mətbuata xüsusi önəm verilir, mətbuatın inkişafına dəstək göstərilir. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncamla mətbuat orqanlarına maliyyə dəstəyi verildi, eləcə də jurnalistlər üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi də dövlətimizin bu sahəyə qayğısının göstəricisidir. Bu fakt həmçinin cənab Prezidentin kütləvi informasiya vasitələrinə olan inam və etimadının ifadəsidir. Beləliklə, ölkəmizdə güclü mətbuat mövcuddur və jurnalistlər ordusu formalaşıb. Mətbuat orqanlarının mütləq əksəriyyəti milli maraqların keşiyində dayanırlar”.
Mətbuatın maraqlı fəaliyyət sahəsi olduğunu deyən YAP Sədrinin müavini qeyd edib ki, bu həm də risklərlə bağlı olan sahədir. “Zaman dəyişir, yeni çağırışlar meydana gəlir. Bu gün çap mətbuatı ilə yanaşı internet mediası, sosial media inkişaf edir. Artıq sosial media yazılı mətbuatı geridə qoyur. Sosial şəbəkələr və sosial medianın önəmi artmaqdadır. İndi hər kəs mətbuatın bir parçasına çevrilir. Yazılı mətbuatdan fərqli olaraq sosial mediada fikirlər, düşüncələr, məlumatlar daha tez yayılır. Bu rəqabətdə sosial media daha önə çıxır”, - deyə Əli Əhmədov vurğulayıb.
“Biz YAP olaraq öz fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk. Bizim fəaliyyətimiz mətbuatsız mümkün deyil və mətbuatla əməkdaşlıqdan məmnunuq”, - deyən YAP Sədrinin müavini bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkəmiz böyük layihələr həyata keçirir və bu layihələrin uğurla yekunlaşması üçün bütün imkanlar səfərbər olunub: “Azərbaycan bir sıra qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır, eləcə də regionda tranzit mərkəzi kimi rolunu artırır. Həmçinin ölkəmizin beynəlxalq proseslərdə iştirakçılığı artır. Beləliklə, böyük inkişaf mərhələsi yaşayırıq. Azərbaycanın gələcəyi daha parlaqdır, insanların həyatı daha da yaxşılaşacaq, iqtisadiyyatımız daha da güclənəcək, beynəlxalq müstəvidə nüfuzumuz daha da yüksələcək. Bütün bunların nəticəsi olaraq dövlətin gücünün və qüdrətinin artması müəyyən xarici dairələrdə qısqanclıq yaradır. Bu səbəbdən də ölkəmizə qarşı təxribatlar törətməyə çalışırlar. Amma bu cür təxribatların Azərbaycanda geniş yayılması üçün mühit və zəmin mövcud deyil. Təxribatçılar qarşısına qoyduğu məqsədlərə nail ola bilmir. Çünki cəmiyyətimiz təxribata uymur, onun qarşısının alınmasında dövlətlə eyni mövqedən çıxış edir. Prezident İlham Əliyevin siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Çünki bu siyasət xalqımızın rifahının yüksəlməsinə, dövlətimizin daha da möhkəmlənməsinə xidmət edir. Xalqla iqtidarın birliyi güclü amil rolunda çıxış edir. Mətbuat da bu reallıqları aydın dərk edir”.
Əli Əhmədov qeyd edib ki, ölkə mətbuatı bu prosesləri düzgün təhlil edir və milli maraqlarımızın müdafiəsi mövqeyindən çıxış edir. Bu da çox mühüm amildir.
Sonda tədbirdə iştirak edən jurnalistlərə 22 iyul - Milli Mətbuat Günü münasibətilə mükafatlar təqdim olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 558 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30