/ / Elçin Mirzəbəyli: Çap mediasının inkişafının əleyhinə olan “Media klubu”nda cəmləşənlərin məqsədi öz korporativ maraqlarının təmin olunmasıdır
Elçin Mirzəbəyli: Çap mediasının inkişafının əleyhinə olan “Media klubu”nda cəmləşənlərin məqsədi öz korporativ maraqlarının təmin olunmasıdır
21.07.2018 [09:42]
“Azərbaycanda mətbuata dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. KİV təmsilçilərinə dövlət dəstəyi və qayğısı barədə nümunələr kifayət qədər çoxdur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan KİVDF-yə 1 milyon manatın ayrılması da bu nümunələr sırasında yer alır”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, dövlət qayğısı siyasi oriyentasiyasından asılı olmayaraq bütün KİV-lərə şamil edilir, hər hansı bir fərq qoyulmur: “Bu, jurnalistlərin vətənpərvərlik və özlərinə inam hissini daha da artırır ki, bu da müstəqil medianın inkişafı üçün çox vacib amildir. Dövlətin mətbuatın və jurnalistlərin qayğısına qalmasında hansısa bir mənfi məqam axtarmaq sağlam məntiqə sığmır. Təəssüflər olsun ki, fəaliyyəti elə klub səviyyəsindən üstün olmayan “Media klubu”nda cəmləşmiş şəxslər dövlətin mətbuata qayğısından narahatlıq keçirərək bu dəstəyə fərqli don geyindirməyə çalışırlar. Əslində, burada təəccüblü olan heç bir məqam yoxdur. Çünki bu klubda toplaşanların bütün fəaliyyəti Azərbaycan mətbuatını, medianın inkişafı istiqamətində görülmüş işləri - həyata keçirilən tədbirləri qaralamaqdan ibarət olub”.
“Maraqlıdır, görəsən, uzun illər ərzində dünyanın müxtəlif ölkələrində qanlı terror aktlarının törədilməsinə zəmin yaradan, Yaxın Şərqi xaos meydanına çevirən dairələrin ayırdıqları qrantlar - maliyyə vəsaitləri hesabına fəaliyyət göstərən şəxslər nə üçün Azərbaycan dövlətinin öz mediasına verdiyi dəstəkdən narahatlıq keçirirlər? Bu şəxslər nə istəyirlər, hansı məqsədlərə xidmət edirlər? Media sektorunu ləkələməyə çalışmaq onlara nə verir? Əslində, onlar Azərbaycanda ictimai rəyə təsir göstərmək iqtidarında olmadıqlarını yaxşı başa düşürlər”, - deyə Elçin Mirzəbəyli əlavə edib.
Baş redaktor vurğulayıb ki, dünyada çap mediasının inkişafına dövlət tərəfindən dəstək göstərilməsinə dair çoxsaylı nümunələr mövcuddur: “Bu, müsbət və mütərəqqi təcrübədir. Azərbaycan da medianın inkişafı istiqamətində ciddi və əhəmiyyətli addımlar atan dövlətlər sırasında yer alır. Çap mediası mətbuatın təməlini - özülünü təşkil edir. Bu təməl olmadan media sahəsində sonrakı inkişafa nail olmaq olmaz. Bütün bunları nəzərə alan Azərbaycan dövləti çap mediasının dəstəklənməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirir”.
Elçin Mirzəbəyli qeyd edib ki, çap mediasının inkişafının əleyhinə olan “Media klubu”nda cəmləşənlərin məqsədi öz korporativ maraqlarının təmin olunmasıdır.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17

