KİV-lərə dövlət qayğısının növbəti təzahürü
18.07.2018 [09:40]
Media kapitanlarının qənaətinə görə, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalaması milli mətbuatımızın problemlərinin və qayğılarının daim dövlət başçısının diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 16 iyul 2018-ci il tarixində “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılıb.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalaması ölkəmizdə mətbuata dövlət qayğısının növbəti təzahürüdür. Respublikamız dövlət müstəqilliyi qazandıqdan, daha dəqiq desək 1993-cü ilin iyunundan sonrakı dövr milli mətbuatımızın həm ideya cəhətdən zənginləşməsi, dünya çağırışlarına daha adekvat cavab verməsi, həm də maddi-texniki bazasının möhkəmlənməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi baxımından, xüsusilə əlamətdar olub. Tam qətiyyətlə deyə bilərik ki, bu gün 143 yaşlı Azərbaycan mətbuatı davamlı dövlət qayğısı sayəsində keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Yeri gəlmişkən, media kapitanlarının qənaətinə görə, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalaması milli mətbuatımızın problemlərinin və qayğılarının daim dövlət başçısının diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Məsələn, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, hər zaman müasir dövrün qlobal çağırışlarını əsas tutan Azərbaycan bu gün demokratik inkişaf yolunda əmin addımlarla irəliləyir: “Ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən söz, fikir və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilir. Bütün vətəndaşlar rahat şəkildə öz fikirlərini ifadə edə bilir, kütləvi informasiya vasitələri isə müstəqil şəkildə fəaliyyət göstərirlər. Təbii ki, bütün bunların əsasında dövlətin bu sahəyə olan diqqət və qayğısı, azad medianın inkişafı üçün yaratdığı münbit şərait durur”.
V.Rəhimzadə qeyd edib ki, Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev həyatın bütün sahələri kimi, mətbuatın inkişafını da xüsusi diqqət mərkəzində saxlayır: “Dövlətimizin başçısı İlham Əliyev KİV-in inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə hər zaman həssas yanaşır. Elə iyulun 16-da möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə ölkəmizdə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manatın ayrılması dediklərimizin əyani sübutudur. Bu fakt bir daha onu göstərir ki, dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması artıq sistemli xarakter alıb. Öz növbəmizdə bizə göstərilən maddi və mənəvi dəstəyə, diqqət və qayğıya görə möhtərəm Prezidentimizə dərin təşəkkürümüzü bildiririk”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, dövlətin KİV-ə dəstəyi təkcə birdəfəlik yardımlarla yekunlaşmır: “Bu gün Azərbaycanda jurnalistlərə təmənnasız olaraq mənzillərin verilməsi dünyada bir ilkdir. Dövlətimizin başçısının təşəbbüsü ilə Bakının Bibiheybət qəsəbəsində 2013-cü ildə 156 mənzilli, 2017-ci ildə isə 255 mənzilli yaşayış binalarının açılış mərasimlərinin keçirilməsi və 400-dən çox jurnalist ailəsinə böyük sevincin bəxş edilməsi hər birimizin yaddaşındadır. “Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür”. Jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxış edən dövlətimizin başçısının səsləndirdiyi bu fikirlər Onun həqiqətən jurnalistlərin dostu olduğunu və bu sahəyə isti, xoş münasibətini, diqqət və qayğısını göstərdi”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də deyib ki, Prezident İlham Əliyevin 16 iyul tarixli məlum Sərəncamı Azərbaycan mətbuatının daim dövlət başçısının diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Ölkəmizdə mətbuata qayğı siyasətinin əsasının xalqımızın Ümummilli lideri tərəfindən qoyulduğunu xatırladan B.Quliyev bildirib ki, müdrik dövlət xadimi olan Ulu öndər Heydər Əliyev, eyni zamanda, jurnalistlərin yaxın dostu idi və KİV təmsilçiləri ilə daim sıx təmaslar qururdu: “1998-ci ildə Prezident Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması KİV-lər üçün yeni dövr açdı və Azərbaycan mətbuatı tam şəkildə azad fəaliyyət göstərməyə başladı. Ulu öndər Heydər Əliyev KİV-lərin sərbəst şəkildə fəaliyyət göstərmələri üçün onların maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi həssaslıqla yanaşırdı”.
Bəhruz Quliyev deyib ki, Ulu öndərin əsasını qoyduğu mətbuatın inkişafına qayğı siyasəti son 15 ildə Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilib: “Prezident İlham Əliyevin siyasi iradəsi əsasında yaradılan infrastruktur sayəsində respublikanın ən ucqar kəndlərində belə insanların internetə sərbəst çıxışı təmin olunub. Qeyd edim ki, bu gün ölkə əhalisinin 80 faizdən çoxu internetdən istifadə edir. Respublikamızda çap və elektron media nümunələrinin sayı durmadan artır. Bütün bunlar onun təzahürüdür ki, Azərbaycanda həm demokratik mühit var, söz azadlığı yüksək səviyyədə təmin edilir, həm də KİV, jurnalistlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində mətbuat kifayət qədər prestijli bir sahəyə çevrilib. Məhz davamlı dövlət qayğısının nəticəsidir ki, bu gün gənclər arasında jurnalistikaya böyük axın var”.
Yuxarıda bəhs olunan Sərəncamı dəyərləndirən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycanda mətbuata və jurnalistlərə dövlət qayğısı gözəl bir ənənəyə çevrilib: “Son illərdə Azərbaycanda müşahidə edilən bir tendensiya çox qürurvericidir: Getdikcə güclənən dövlətimiz hər bir vətəndaşının, o cümlədən də jurnalistlərin yanındadır. Ölkədə hər bir sahənin güclü inkişafını təmin etmək üçün ədalətli resurs bölgüsü aparılır. Digər peşə sahibləri kimi, jurnalistlər də milli dövlətin dəstəyini görürlər. Azərbaycan dünyanın yeganə ölkəsidir ki, KİV təmsilçilərini dövlət vəsaiti ilə tikilən mənzillərlə təmin edir. Azərbaycan Prezidenti İlham Əliyev haqqı və ehtiyacı olan jurnalistlərə özəl mənzilə sahib olmağın sevincini ilk dəfə 2013-cü ildə bəxş edib. Həmin ildə milli media təmsilçilərinə hədiyyə edilən mənzillərin sayı 156 idi. Ötən il dövlət başçısının iştirakı ilə istifadəyə verilən ikinci binada isə 255 jurnalist tam təmirli mənzilə sahibləndi. Jurnalistlər üçün tikilən sayca üçüncü binanın inşası da sürətlə davam edir. KİV təmsilçilərinə dövlət dəstəyi və qayğısı barədə başqa nümunələr də kifayət qədər çoxdur. Düzdür, qərəzli mövqedən çıxış edənlər də var. Lakin belə cəfəng fikirləri əsla bölüşmək mümkün deyil. Əvvəla, dövlət qayğısı siyasi oriyentasiyasından asılı olmayaraq bütün KİV-lərə şamil edilir, burada heç kimə fərq qoyulmur. Digər tərəfdən, jurnalist vətəndaşdır və dövlətin öz vətəndaşının qayğısına qalmasında hansısa bir mənfi məqam axtarmaq sağlam məntiqə sığmır. Əksinə, dövlət qayğısı jurnalistlərin vətənpərvərlik və özlərinə inam hissini daha da artırır ki, bu da müstəqil medianın inkişafı üçün çox vacib amildir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

