/ / FETÖ-yə qarşı həyata keçirilən tədbirlər nəticəsində 180 min nəfər dövlət işlərindən uzaqlaşdırılıb
FETÖ-yə qarşı həyata keçirilən tədbirlər nəticəsində 180 min nəfər dövlət işlərindən uzaqlaşdırılıb
14.07.2018 [10:07]
Erkan Özoral: Azərbaycan dövləti FETÖ terror təşkilatına qarşı mübarizədə hər zaman Türkiyəni dəstəkləyib
Bir neçə gündən sonra Fəthullahçı terror təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişi cəhdinin iki ili tamam olur. Ötən iki il ərzində FETÖ-nün dövlət çevrilişi cəhdləri ilə bağlı xeyli faktlar, terror təşkilatının dövlətin hansı strateji nöqtələrində yer aldığı aşkarlandı. FETÖ Türkiyədə hakimiyyəti ələ keçirmək üçün qırx il ərzində gizli fəaliyyətlə məşğul olub. Öz adamlarını mühüm vəzifələrə təyin etdirməyə nail olan təşkilat 2016-cı il iyulun 15-də bütövlükdə hakimiyyəti ələ keçirməyə cəhd etdi. Ancaq terrorçular qarşılarında heç vaxt duruş gətirə bilməyəcək qüvvə ilə - türk xalqı ilə qarşılaşdılar. Öz liderinin - Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra küçə və meydanlara axışan türk xalqı terror təşkilatının dövlət çevrilişi cəhdinin qarşısını mətanətlə aldı və demokratiyaya sadiqliyini nümayiş etdirdi. Həmin gecə Türkiyə terrorla mübarizədə 251 şəhid verdi. 2016-cı il 15 iyul gecəsində türk xalqı növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu, Türkiyə və dünya tarixində mühüm yeri olan hadisədir.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. İyulun 13-də bunula bağlı keçirilən mətbuat konfransında səfir bildirib ki, Türkiyədə 2016-cı il iyulun 15-də hərbi çevrilişə cəhd edən FETÖ terror təşkilatının rəhbərlərindən olan 661 nəfər barəsində müvafiq qərar qəbul edilib, 101 iş üzrə istintaq aparılır. Bundan başqa, FETÖ-yə qarşı həyata keçirilən tədbirlər nəticəsində 180 min nəfər dövlət işlərindən uzaqlaşdırılıb. Səfir deyib ki, FETÖ terror təşkilatına ağır zərbələr vurulub və ona qarşı mübarizə davam etdiriləcək.
Diplomat onu da qeyd edib ki, Azərbaycan dövləti FETÖ terror təşkilatına qarşı mübarizədə hər zaman Türkiyəni dəstəkləyib. O, buna görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
Səfir əlavə edib ki, Türkiyədə terrora qarşı çox ciddi mübarizə aparılır. E.Özoral bildirib ki, FETÖ ilə mübarizə xarici ölkələrdə də aparılır. Bu məqsədlə bir çox ölkələrdə onların tədris mərkəzləri bağlanılıb.
Diplomat Gəncədə baş verən hadisələrə də münasibət bildirib. O qeyd edib ki, Türkiyə Azərbaycana düşmən olan qüvvələrə qarşıdır. Azərbaycana uzanan əllər qırılmalıdır. Biz Azərbaycanın bu istiqamətdə atacağı bütün addımları dəstəkləyirik. Terrora qarşı aparılan mübarizədə Türkiyə sonadək Azərbaycanın yanında olacaq.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

