/ / Hikmət Babaoğlu: Heç bir qüvvə Azərbaycanda ciddi sınaqlardan çıxmış xalq-iqtidar birliyini sarsıda bilməz
Hikmət Babaoğlu: Heç bir qüvvə Azərbaycanda ciddi sınaqlardan çıxmış xalq-iqtidar birliyini sarsıda bilməz
12.07.2018 [10:00]
İyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibatı binası qarşısında bir qrup radikal tərəfindən asayişin pozulmasına cəhd edilməsi bir daha göstərdi ki, bir neçə gün əvvəl törədilən terror hadisəsi təsadüfi deyil və bəzilərinin təqdim etməyə çalışdığı kimi, məişət zəminində baş verməyib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat deyib ki, bu hadisə antiazərbaycançı güc mərkəzləri tərəfindən təşkil edilmiş məqsədyönlü terror hadisəsidir və Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönəlib. Baş vermiş terror hadisəsindən dərhal sonra sosial şəbəkələrdə və bəzi internet resurslarında terrorçudan zərərçəkən obrazının yaradılmasına cəhdlərin olması, uzun illərdir Azərbaycana qarşı ermənilərlə birlikdə fəaliyyət göstərən xaricdəki passiv terrorçuların birdən-birə fəallaşması, separatçı Əlikram Hümbətovun terrorçunun hüquqlarını müdafiə komitəsi yaratması və sair kimi hadisələr belə qənaətə gəlməyə əsas verir ki, bütün bunlar bir mərkəzdən əlaqələndirilən və ölkəmizdə xaos və qarşıdurma yaratmağı qarşılarına məqsəd qoyan ermənipərəst mərkəzlərin əvvəlcədən planlaşdırdıqları hadisələrdir. Son məqsəd Yaxın Şərqin müsəlman ölkələrinə tətbiq edilən idarəolunan xaos siyasətini Azərbaycana transfer etməklə ölkəmizi terror poliqonuna çevirmək və beləliklə, Dağlıq Qarabağ problemini birdəfəlik unutdurmaqdır. Ancaq hadisələrin inkişafı göstərdi ki, bu məkrli planı Azərbaycanda həyata keçirmək heç də o qədər asan məsələ deyil. Çünki hər şeydən öncə Azərbaycanda funksional dövlət institutları, kifayət qədər səmərəli fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanları və nəhayət, əmin-amanlığı təmin etməyə qadir olan hüquq mühafizə orqanları var. Ən əsası isə Azərbaycanda artıq ciddi sınaqlardan çıxmış xalq-iqtidar birliyi mövcuddur. Elə ölkəmizdə sabitliyin əsasında da Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqının iradəsi dayanır. Kim bu iradəyə qarşı çıxacaqsa mütləq layiqli cəzasını alacaq. Çünki xalqımız bir daha ötən əsrin 90-cı illərinə, vətəndaş müharibəsinə, torpaqlarımızın itkisi ilə müşahidə olunan xaosa qayıtmaq istəmir və buna heç vaxt yol verməyəcək.
Bu gün güclənən Azərbaycan heç vaxt indiki qədər öz ərazi bütövlüyünü bərpa etməyə yaxın olmayıb. Azərbaycan Ordusu heç vaxt indiki qədər nizamlı, döyüş qabiliyyətli və indiki qədər həm texniki təchizat, həm də döyüş hazırlığı baxımından düşmən ordusundan bu qədər üstün olmayıb. Xalqımızın düşmənlərini də narahat edən elə budur. Ona görə də ölkəmizdə yeni vətəndaş müharibəsi, yeni terror poliqonu yaratmağa çalışırlar. Ancaq Azərbaycan polisi bir daha sübut etdi ki, o, öz canı bahasına olsa belə, dövlət və millət qarşısında şərəfli vəzifəsini yerinə yetirməyə hazırdır. İyulun 10-da radikal dini qruplara qarşı polisimizin qətiyyətli davranış nümayiş etdirməsi, cəmiyyətimizi xaosa sürükləməyə çalışan qaragüruhu qısa müddətdə zərərsizləşdirməyi bacarması antiazərbaycançı mərkəzlərə verilən layiqli dərs olmaqla, hər bir Azərbaycan vətəndaşının da ürəyində fəxarət hissi yaratdı. Hər bir vətəndaş bilir ki, onun təhlükəsizliyinin və asayişinin qorunmasını təmin edən hüquq mühafizə orqanları var. Terrorçuların istənilən cəhdi uğursuzluğa məhkumdur. Bu gün hər bir vətəndaşın tələbi və istəyi ondan ibarətdir ki, Azərbaycanı suriyalaşdırmaq istəyən radikallara qarşı qətiyyətlə mübarizə aparılsın və onlar ən ciddi şəkildə ədalət mühakiməsi qarşısında cavab versinlər. Ona görə də hüquq mühafizə orqanlarımız tərəddüd etmədən cinayətkar ünsürləri dərhal cəzalandırmalıdırlar. Bu, Azərbaycan cəmiyyətinin sosial sifarişi və tələbidir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

