/ / Cavanşir Feyziyev: Azərbaycan ilə Böyük Britaniya arasında tərəfdaşlıq əlaqələri yüksək səviyyədədir
Cavanşir Feyziyev: Azərbaycan ilə Böyük Britaniya arasında tərəfdaşlıq əlaqələri yüksək səviyyədədir
28.04.2018 [10:12]
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədən sonra Böyük Britaniyaya səfəri bu ölkə ilə əlaqələrimizin yüksək səviyyədə olduğunun göstəricisidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin iqtisadiyyatına ən çox sərmayə yatıran Avropa ölkələrindən biri məhz Böyük Britaniya olub. Azərbaycan Böyük Britaniya ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev deyib.
Cavanşir Feyziyev bildirib ki, Böyük Britaniya Azərbaycanın müstəqilliyinin ilk illərindən onu dəstəkləyən, ona müxtəlif sahələrdə kömək göstərən ölkələrdən biridir. İki ölkə arasında diplomatik əlaqələr inkişaf edir. Yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri əməkdaşlığın daha da inkişafına təkan verib. Bundan başqa, Böyük Britaniya BP-nin Azərbaycanın neft-qaz sektorunun inkişafı və modernləşdirilməsinə verdiyi mühüm töhfələr vasitəsilə enerji sənayesində ölkəmizin əsas tərəfdaşıdır. BP şirkəti ilə sıx əməkdaşlıq Azərbaycanın əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının həyata keçirilməsində başlıca rol oynayıb. BP və digər şirkətlərlə birgə həyata keçirilən enerji layihələri ölkəmizin iqtisadi müstəqilliyinin təməlində dayanan əsas amildir. Bütün bunlar Böyük Britaniyanın Azərbaycanın inkişafında oynadığı aparıcı roldan xəbər verir.
Milli Məclisin deputatı ötən gün Londonda Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə imzalanmış Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında sazişin əhəmiyyətini qeyd edərək, bunu Azərbaycanın BP ilə uzunmüddətli əməkdaşlıq ənənəsinin formalaşmasının bariz nümunəsi adlandırıb. “Biz SOCAR ilə BP arasında ildən-ilə genişlənən əməkdaşlığın bundan sonra hələ uzun onilliklər ərzində davam edəcəyinə inanırıq”, - deyə o vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55

