/ / Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində görülən işlər sırasında qardaş Türkiyədə keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır
Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində görülən işlər sırasında qardaş Türkiyədə keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır
01.03.2018 [10:14]
Milli Məclisin deputatı Hikmət Babaoğlu www.yap.org.az saytına müsahibə verib:
- Hikmət müəllim, bu günlərdə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyənin İstanbul şəhərində səfərdə olmusunuz. Səfər barədə məlumat verməyinizi xahiş edirik...
- Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində daim tədbirlər həyata keçirilir və bu tədbirlər sırasında qardaş Türkiyədə keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyev qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biridir. Və əgər biz Türkiyə-Azərbaycan münasibətlərini Ümummilli lider Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” kontekstində nəzərdən keçiririksə, o zaman, əlbəttə ki, qardaş ölkədə bu faciənin bir daha geniş auditoriyaya çatdırılması və iki qardaş ölkənin bir-birinin acılarına, faciələrinə sahib çıxması şərti yaranır. Ona görə də bu faciənin unudulmaması üçün, sonda bu soyqırımını törədənlərin cəzalandırılması üçün belə tədbirlərin keçirilməsi, Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi bu gün Azərbaycan dövlətinin, diplomatiyamızın əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Cənab Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq və bu faciənin heç vaxt təkrarlanmaması üçün daha güclü olacaqdır. Biz bilirik ki, Türkiyə bu yöndə Azərbaycana dəstək verən qardaş ölkələrdən biridir. Xocalı soyqırımı ilə bağlı hər il bu ölkədə tədbirlər təşkil olunur, yeni yetişən gənc nəslin məlumatlandırılması üçün geniş auditoriyalarda, universitetlərdə, konfrans salonlarında mütəmadi olaraq tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də İstanbul şəhərinin Bağcılar bələdiyyəsinin təşəbbüsü ilə keçirildi. Fevralın 25-də İstanbul şəhərinin Bağcılar rayonunda böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı oldu. Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal, Bağcılar rayon bələdiyyəsinin sədri Lokman Çağrıcı, diplomatlar, deputatlar, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm və mədəniyyət xadimləri iştirak edirdilər. Bu ərazidə Xocalı soyqırımı qurbanlarına xatirə abidəsinin ucaldılması iki dövlətin dostluq və qardaşlığının daha bir nümunəsidir.
Tədbirə həddindən artıq marağın olması, insanların buna münasibəti göstərir ki, Türkiyə xalqı Azərbaycan xalqını ürəkdən hiss edir. Təsadüfi deyil ki, bu tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışı çox böyük maraqla qarşılandı. Çünki hər iki xalq bu faciələri yaşayıb. 1915-ci, 1918-ci illərdə və sonrakı dövrlərdə də türk xalqı soyqırımı törədən deyil, soyqırıma məruz qalan bir xalq olub. Bu həqiqətlərin dünyaya çatdırılması Azərbaycan dövlətinin qarşısında duran əsas məsələlərdən biridir.
Fevralın 26-da isə İstanbulda gün ərzində 200 mindən çox insanın keçib getdiyi metro stansiyasında Xocalı soyqırımı ilə bağlı sərgi açıldı. Biz də bu sərgidə iştirak etdik. Sərgiyə münasibət çox səmimi idi, insanlar diqqətlə izləyirdilər. Bu sərgi bir daha ictimaiyyəti məlumatlandırmış oldu.
Ümumiyyətlə, həmin günlərdə İstanbulda Xocalı soyqırımı ilə bağlı çox sayda tədbirlər keçirildi. Tədbirlərin gerçəkləşməsində Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin böyük əməyi var.
- Xocalı soyqırımının hüquqi qiymətləndirilməsi baxımından hansı tədbirlər həyata keçirilir?
- Əlbəttə ki, Azərbaycanın məqsədi ilk növbədə Xocalı soyqırımı barədə dünya ictimaiyyətini məlumatlandırmaqdan ibarətdir. Eləcə də məqsəd Xocalı soyqırımını törədən qatillərin cəzalandırılmasına nail olmaqdır. Məsələnin hüquqi müstəvidə həlli ictimai rəydən, dünyanın, Avropanın müxtəlif institutlarında Xocalı soyqırımı haqqında obyektiv rəyin formalaşmasından keçir. Bu faciənin ildönümündə dünyanın əksər ölkələrində belə tədbirlər keçirilir. Xüsusilə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası dünyada böyük əks-səda doğurub.
Balkanlarda Srebrenitsa qətliamından sonra hərbi tribunal yaradıldı və bu soyqırımını törədənlər cəzalandırıldılar. Amma təəssüf ki, dünyada Azərbaycana, Xocalı qətliamına münasibətdə məsələnin hüquqi həllinin tərəfdarları azdır. Amma Azərbaycan buna nail olmağa çalışır ki, Xocalı soyqırımını törədən qatillər də hüquq qarşısında cavab versinlər və layiqli cəzalarını alsınlar.
- Hikmət müəllim, bəs hazırda bu məsələ hansı mərhələdədir və ölkəmiz növbəti mərhələdə hansı işləri görməlidir?
- Bu istiqamətdə hazırda həm hüquqi, həm ictimai təbliğat müstəvisində, həm də informasiya müstəvisində çox böyük işlər görülür. Amma əlbəttə ki, Xocalı faciəsini törədənlərin cəzası o zaman tam veriləcək ki, Azərbaycan öz torpaqlarını erməni işğalından azad etsin və Xocalı qurbanlarının qanı yerdə qalmasın. Bunun üçün Azərbaycan öz iqtisadiyyatını güclənləndirir, hərbi-siyasi gücünü və beynəlxalq nüfuzunu artırır. Təbii ki, bu prosesdə yenə də dost və strateji müttəfiq olan ölkələrlə birlikdə bu addımları atırıq. Ona görə də Türkiyədə bu cür tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Türkiyədə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, Xocalı qətliamı Azərbaycanda baş verdi, amma onun odu bizim də ürəyimizi yandırdı. Mən düşünürəm ki, Türkiyənin birinci şəxsinin dilindən bu fikrin səslənməsi həm böyük dəstəkdir, həm də uca səslə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır.
Bütövlükdə isə, Xocalı soyqırımının dünyada tanıdılması və onu törədən cinayətkarların cəzalandırılması dövlətimizin diqqət mərkəzindədir. Biz əminik ki, sonda ədalət zəfər çalacaq.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

