Xocalı faciəsi bir soyqırımıdır
28.02.2018 [09:58]
Azərbaycanın İstanbuldakı baş konsulu, səfir Məsim Hacıyevin Türkiyənin “Yeniçağ” qəzetində “Xocalı soyqırımı: beynəlxalq məhkəməyə doğru” sərlövhəli məqaləsi dərc olunub
“Xaricdən dəstək alan erməni terrorçuların 26 fevral 1992-ci il tarixində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində uşaqlar və qocalar da daxil olmaqla minlərlə türkün qətlinə təşəbbüs etməsi və bunun nəticəsində 613 vətəndaşımızın həyatını itirməsi “Soyuq müharibə”dən sonra baş vermiş ilk soyqırımı hadisəsi kimi tarixin səhifələrində yer alıb”. Bu fikirlər Azərbaycanın İstanbuldakı baş konsulu, səfir Məsim Hacıyevin Türkiyənin “Yeniçağ” qəzetində dərc olunan “Xocalı soyqırımı: beynəlxalq məhkəməyə doğru” sərlövhəli məqaləsində öz əksini tapıb.
Məqalədə qeyd edilib ki, Xocalı soyqırımı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin bir şəhərindəki türk əhalisini məhv etmək məqsədilə heç də bir anda ortaya çıxan və bir gecədə həyata keçirilən qətliam deyil. XIX əsrin sonlarından etibarən türklərə qarşı Qarabağ bölgəsində başlayan saysız-hesabsız erməni terror aktlarının sonrakı dövrlərdə Qafqaza və Anadoluya yayıldığını qeyd edən müəllif vurğulayıb ki, erməni terrorçularının Azərbaycanın Qarabağ bölgəsində 1905-ci ildə türklərə qarşı başladıqları terror aktlarının soyqırımı şəklini almış ən qanlı nümunələri 1908-1915-ci illərdə Anadolu torpaqlarında, 31 mart-4 aprel 1918-ci tarixində Bakıda və 26 fevral 1992-ci ildə Xocalıda müşahidə olunub: “100 illik terror zəncirinin halqalarını Azərbaycan türklərinin 1948-1953-cü illərdə və 1988-ci ildə türk torpaqları olan indiki Ermənistandan qovulmaları, ASALA erməni terror təşkilatının 1970-1980-ci illərdə türk diplomatlarını qətlə yetirdiyi hadisələr tamamlayıb”.
Yazıda vurğulanıb ki, Xocalıya erməni terrorçuların hücum edəcəyini təxmin etməyən müdafiəsiz uşaqlar, yaşlılar və qadınlar kütləvi qırğın planlarının qurbanı olublar. Müəllif bildirib ki, əgər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində 26 fevral 1992-ci il tarixində ermənilərin türklərə qarşı həyata keçirdikləri kütləvi qırğınının diaqnozu vaxtında və düzgün qoyulsaydı, BMT Təhlükəsizlik Şurası, həmçinin beynəlxalq məhkəmə orqanları Xocalı faciəsini soyqırımı kimi qiymətləndirsəydilər, bu faciədən 3,5 il sonra Avropanın mərkəzində Serbiya millətçiləri tərəfindən bosniyalılara qarşı soyqırımı törədilməzdi. Bütün bunları xatırlatmaqla M.Hacıyev qeyd edib ki, BMT-nin də qəti şəkildə soyqırımı kimi qəbul etdiyi və cinayətkarlarının böyük qisminin Beynəlxalq Haaqa Məhkəməsində cəzalandırıldıqları Bosniyadakı müsəlman soyqırımı hadisəsinə dair qərarlar Xocalı soyqırımının günahkarları üçün presedent təşkil etməlidir.
Müəllifin qənaətinə görə, qardaş Türkiyəyə qarşı irəli sürülən qondarma “erməni soyqırımı” iddialarının arxasında duran əsas səbəblərdən biri də Xocalıda soyqırımı törədən cinayətkarlardan diqqəti yayındırmaqdır: “Belə ki, 26 il əvvəl televiziya kameralarının lentə aldığı və canlı şahid ifadələrinin təsdiqlədiyi Xocalı soyqırımının dünyanın gündəmində yer almasını əngəlləmək və yaşadığımız o dəhşətli faciəni dünya ictimaiyyətinə unutdurmaq məqsədilə Qərbin və torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistanın “yalan maşınları” fəaliyyətini davam etdirir. Lakin bu səylərin heç bir nəticə verməyəcəyi hər ötən gün daha yaxşı anlaşılır. ABŞ-ın 20 ştatının, dünyanın təxminən on beş ölkəsi və parlamentinin Xocalı faciəsini soyqırımı kimi tanıması və bu barədə müvafiq qərarlar verməsi hadisənin beynəlxalq ədalət mühakiməsi orqanlarına aparılması üçün yol açır. Bu istiqamətdə işlərin sürətlənməsinə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir neçə il əvvəl dünya miqyasında başlatdığı “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətli dərəcədə təsir etdiyini görürük. Hər il Xocalı soyqırımının ildönümündə qardaş Türkiyə Respublikasının müxtəlif qurumlarının keçirdikləri tədbirlərin dünya ictimaiyyətinin nəzərində daha təsirli izlər buraxdığının şahidi oluruq”.
Məqaləsində erməni terrorundan əziyyət çəkmiş qardaş Türkiyə ilə bütün sahələrdə olduğu kimi, Xocalı soyqırımının beynəlxalq məhkəmə orqanlarına daşınması məsələsində sıx işbirliyinin qurulduğunu yazan M.Hacıyev “iki qardaş ölkənin beynəlxalq cinayət hüququ sahəsində ekspertlərinin birgə işi nəticəsində Bosniya soyqırımının səbəbkarları kimi Xocalı soyqırımını törədənlərin və qatillərə birbaşa dəstək verənlərin də cəzalandırılacaqlarına inamımız sonsuzdur” - sözlərini də əlavə edib.
“Xocalı faciəsi bir soyqırımıdır, beynəlxalq qurum və təşkilatlar, cəza məhkəmələri də buna əsaslanaraq müvafiq qərar qəbul etməlidirlər. Faciəmizin 26-cı ildönümündə soyqırımına məruz qalmış vətəndaşlarımızın əziz xatirəsi qarşısında hörmətlə baş əyir, dərdimizi hər zaman bölüşən qardaş Türkiyə Reespublikasına bir daha minnətdarlığımı bildirirəm”, - deyə Azərbaycanın İstanbuldakı baş konsulu, səfir Məsim Hacıyev qeyd edib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Avqust 12:25
İqtisadiyyat
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18

