Qırğız politoloq: Azərbaycan ilə əməkdaşlıq Qırğızıstana yeni bazarlara çıxmaq üçün faydalıdır
04.08.2026 [12:24]
Ümumi sərhədləri olmasa da Azərbaycan Qırğızıstan üçün çox əhəmiyyətli ölkədir. Azərbaycan Cənubi Qafqaz və Xəzəryanı regionda mühüm coğrafi mövqeyə malikdir və Qırğızıstan üçün Türkiyə və Avropa bazarlarına çıxışı təmin edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri qırğızıstanlı politoloq, siyasət elmləri namizədi Ulanbek Asanaliyev yerli mətbuata açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan ilə əməkdaşlıq Qırğızıstan üçün nəqliyyat əlaqələrini genişləndirmək, yeni bazarlara çıxmaq və sərmayə cəlb etmək üçün faydalıdır.
“Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri zamanı yükdaşımalar, gəmiçilik, neft, enerji və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq haqqında sənədlərin imzalanması təqdirəlayiqdir. Bunlarla yanaşı “AzerGold” ilə “Qırğızaltın” şirkətləri arasında əməkdaşlığı əks etdirən sənəd, eləcə də, Şuşa ilə Çolpon-Ata, Qəbələ ilə Qaqaqol, Gəncə il Oş şəhərlərinin qardaşlaşması onu deməyə əsas verir ki, səfər zamanı səslənən bəyanatlar yalnız kağız üzərində qalmayacaq real işlərin təməlini təşkil edəcək”, - deyə Ulanbek Asanaliyev qeyd edib.
Politoloq bildirib ki, Çolpon-Ata şəhərində Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-formal görüşünün keçirilməsi Qırğızıstanın regionda daha fəal siyasət yürütmək istəyini, region dövlətləri ilə yanaşı Azərbaycan vasitəsilə dünyaya iqtisadiyyatına inteqrasiya olunmaq niyyətini ortaya qoyur: “Qırğızıstan çoxvektorlu və ikitərəfli əlaqələrin inkişafı istiqamətində siyasət yürütməyə başlayıb. Qırğızıstan ilə Azərbaycan artıq mədəni əlaqələrin inkişafı ilə kifayətlənmir və əlaqələri iqtisadi müstəviyə keçirib nəqliyyat, tranzit, enerji, sərmayə və digər sahələrdə yaxın əməkdaşlıq üçün addımlar atırlar. Bu iki dövlətin yaxınlaşması Türk Dövlətlər Təşkilatının da güclənməsinə təsir edəcək. Azərbaycan Qırğızıstanın Yaxın Şərqə çıxışını da təmin etmək imkanına malikdir. Dənizə çıxışı olmayan Qırğızıstan üçün bu istiqamət olduqca əhəmiyyətlidir. Bu Qırğızıstana iqtisadiyyatını şəxaləndirmək, yeni texnologiyalara çıxış imkanı verəcək”.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

