Naxçıvan Muxtar Respublikasında bütün sahələr inkişaf etdirilir
24.02.2018 [10:01]
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Fevralın 23-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının orden və medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları ölkəmizin fəxri adlarına, yüksək orden və medallarına layiq görülmələri münasibətilə təbrik edərək deyib: “Ölkəmizin sosial-iqtisadi inkişafının təməlində Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu dayanır. O ölkə inkişaf edir ki, orada bütün sahələrin inkişafı təmin olunsun. Bu gün Ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda bütün sahələr inkişaf edir. Müxtəlif sahələrdə çalışan insanlar isə ölkəmizin inkişafına öz töhfələrini verirlər”.
Ali Məclisin Sədri deyib: “Hər bir müstəqil ölkənin ən qiymətli sərvəti onun vətənpərvər insanlarıdır. Çünki vətənpərvər insanları olan ölkənin müstəqilliyi və gələcəyi də etibarlı olur. Əgər bu gün ölkəmiz inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutubsa, onda müxtəlif sahələrdə çalışan, bu inkişafda payı olan insanların əməyi də qiymətləndirilməlidir. Əməyi qiymətləndirilən, dövlət mükafatlarına layiq görülən insanların fəaliyyəti isə çalışdıqları kollektivlər üçün nümunədir”.
Ali Məclisin Sədri təltif olunanlara təşəkkür edib, onlara işlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının orden və medallarını, Naxçıvan Muxtar Respublikasının fəxri adının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.
Təltif olunanlardan Arif Qasımov, Aydın Quliyev, Şahid İbrahimov, Faiq Ağayev, Sənan Novruzov, Asəf Məmmədov, Səhət Həbibbəyli, Sucaxan Novruzov, Teymur Rzayev və Səxavət Salmanov əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq edərək deyiblər ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələr inkişaf etdirilir. Yeni sosial obyektlərin, inzibati binaların, müasir yolların istifadəyə verilməsi insanların rahat yaşayışını təmin edib. Eyni zamanda, hər bir sahədə çalışanlar üçün hərtərəfli iş şəraiti yaradılıb. Təltif olunanlar bundan sonra da səylə çalışacaqlarına və Ulu öndər Heydər Əliyevin siyasi xəttinə daim sadiq qalacaqlarına söz veriblər.
Naxçıvan Muxtar Respublikasının “Əməkdar mühəndisi” fəxri adı ilə təltif olunan Mübariz Məmmədov minnətdarlıq edərək deyib: “Dövlət mükafatı ilə təltif olunmağım çalışdığım kollektivin əməyinə verilən yüksək qiymət və böyük etimaddır. Mən bu gün çox xoşbəxtəm. Çünki bütün ailə üzvlərim yüksək dövlət etimadına layiq görülüb. Hər iki övladım muxtar respublikada yaradılan təhsil şəraitindən bəhrələnərək ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Onların Ali Məclis Sədri ilə görüşü bir valideyn kimi məni çox qürurlandırdı. Bundan başqa, həyat yoldaşım “İlin ən yaxşı müəllimi” adına layiq görülüb. Həm çalışdığım kollektiv, həm də ailəm adından söz verirəm ki, göstərilən yüksək etimadı işimizlə doğruldacaq, bundan sonra da ölkəmizin inkişafına töhfə verəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

