/ / Leonid Slutski: Azərbaycanlı həmkarlarım əmin ola bilərlər ki, onların Dövlət Dumasında etibarlı tərəfdaşları var
Leonid Slutski: Azərbaycanlı həmkarlarım əmin ola bilərlər ki, onların Dövlət Dumasında etibarlı tərəfdaşları var
08.02.2018 [10:06]
“1990-cı illərdən sonra Azərbaycanda ciddi problemlər uğurla aradan qaldırılıb. Azərbaycan enerji cəhətdən müstəqil dövlət olub, yoxsulluqla mübarizədə uğurlu proqram həyata keçirib. Azərbaycan İlham Əliyevin rəhbərliyi altında Onun dahi atası, müasir Azərbaycan dövlətinin banisi tərəfindən əsası qoyulmuş yolla müvəffəqiyyətlə irəliləyir. Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirərək, Azərbaycan iqtisadiyyatı postsovet məkanının hüdudlarından daha uzaqlarda ən çox çiçəklənən iqtisadiyyatlardan biri oldu”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə Rusiya Dövlət Dumasında sərginin açılışında iştirak edən Dumanın beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski söyləyib.
L.Slutski qeyd edib ki, Azərbaycan aprelin 11-də keçiriləcək prezident seçkilərinə çox yüksək dərəcədə inkişaf etmiş parlament sistemi ilə gedir. “Bu gün Milli Məclis Azərbaycan cəmiyyətində çox məsələləri müəyyən edən bir institutdur. Təkcə siyasətçilər və ekspertlər deyil, bugünkü Azərbaycanın iqtisadiyyatında və sosial sahədə fəaliyyət göstərən insanlar da bir çox məsələləri bu institutla müəyyənləşdirirlər”, - deyə Leonid Slutski bildirib.
Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri deyib: “Azərbaycan bir çox uğurlu qlobal təşəbbüsün müəllifi kimi çıxış edir və onların əksəriyyəti Heydər Əliyev Fondunun xətti ilə, bir çoxu ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsi koordinasiyası ilə uğurla həyata keçirilir. Ümidvarıq ki, o, yaxın gələcəkdə Dövlət Dumasının qonağı olacaq”.
L.Slutski bildirib ki, rusiyalı deputatlar Milli Məclisdəki həmkarları ilə fəal əməkdaşlıq edirlər. “Biz profil komitələrinin beynəlxalq parlamentarilər arenasında birgə iclasları formatında və bir çox digər formatlarda gündəlikdə duran aktual ikitərəfli və beynəlxalq məsələləri müzakirə edirik. Azərbaycanlı həmkarlarımı əmin etmək istəyirəm ki, onların Dövlət Dumasında etibarlı tərəfdaşları var”, - deyə Dövlət Dumasının komitə sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05

