/ / Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub
Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub
31.01.2018 [10:11]
Azərbaycan iqtisadiyyatı hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub.
Bu fikri AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev 2004-2017-ci illərdə ölkəmizin sosial-iqtisadi inkişafının mühüm göstəricilərinə toxunaraq inkişafın sürətlə getdiyini diqqətə çatdırdı.
Hələ 2003-cü ildə dövlətimizin başçısı qeyd etmişdi ki, Azərbaycan təkcə Bakıdan və Abşeron yarımadasından ibarət deyil, Azərbaycanın bütün regionları inkişaf etməlidir. Doğrudan da, iqtisadiyyatın rəqabət qabiliyyətli olması və bütün milli resursların iqtisadi inkişafa cəlb edilməsi baxımından regionların sosial-iqtisadi inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Bu gün milli iqtisadiyyatımızın hazırkı mərhələsində inkişaf göstəricilərinin təmin olunması prosesində regionların sürətlə irəli getdiyini deyən Milli Məclisin deputatı əhalinin sosial rifah halının yüksəlməsində həyata keçirilən xüsusi dövlət proqramlarının mühüm rol oynadığını bildirib.
Millət vəkili qeyd edib ki, regionların inkişafı və sosial-iqtisadi münasibətlərin regional xarakterə uyğun olaraq tənzimlənməsi bütövlükdə iqtisadiyyatımızı rəqabət qabiliyyətli etməklə bərabər, iqtisadi proporsionallığı da qoruyan mühüm amildir. Ötən illər ərzində dövlətimizin başçısının, ilk növbədə, regionlarda həyata keçirilən sosial layihələri önə çəkməklə Azərbaycanın sosial dövlət kimi öz öhdəliklərinə sadiq qaldığını vurğulayan Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var, ancaq dövlətin sosial siyasətinin ən mühüm prioriteti onların iş və mənzillə təmin olunmasıdır. Son 14 ildə görülən işləri mühüm tarixi hadisə kimi qiymətləndirən deputat vurğulayıb ki, Prezident tərəfindən bu günə qədər 265 min köçkün ailəsinə yeni evlər verilib. 2018-ci ildə yenə 20 min köçkün ailəsi yeni evlərlə təmin ediləcək. Bu, Azərbaycanda sosial təminatı zəif olan təbəqəyə qarşı münasibətin göstəricisi olmaqla bərabər, həm də qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin daim diqqətdə olduğunu göstərir.
Hikmət Babaoğlu deyib ki, ötən illər ərzində ölkəmizdə məşğulluğun təmin olunması ilə bağlı çox böyük işlər görülüb və ailə biznesinin inkişafı üçün xüsusi layihələr həyata keçirilib. Bu da regionların iqtisadi inkişafına öz töhfəsini verib. Bu layihələr çərçivəsində “Ailə Biznesinə Asan Dəstək” - “ABAD”ı qeyd etmək olar. Bu cür sosial layihələr çərçivəsində vətəndaşların şəxsi biznesini qurmaq üçün kreditlər verilir, bu da həm məşğulluğun artırılmasına, həm də regionların inkişafına hesablanmış bir işdir.
Eyni zamanda, bütün regionların enerji ilə təchizatının həyata keçirilməsi, qazlaşdırma işlərinin aparılması, yolların çəkilməsi, kəndarası yolların inşa olunması və regionların iqtisadi xüsusiyyətlərinə görə müvafiq iqtisadi rayonlaşmanın aparılması da ötən illər ərzində görülən ən mühüm tədbirlər sırasındadır.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru onu da qeyd edib ki, Azərbaycanda 18 iqtisadi rayon var və hər bir iqtisadi rayonun özünün ixtisaslaşmış sahələri var. Regional iqtisadiyyat qurularkən yerli xüsusiyyətlər nəzərə alınmaqla ixtisaslaşma aparılıb. Bu da iqtisadi rayonların əmək qüvvələri və istehsal münasibətlərinin mütənasibliyini təmin etməklə regionlardakı inkişafı daha da sürətləndirib. Buna paralel olaraq, istehsal olunan malların ixracının təmin edilməsi ilə bağlı xüsusi layihələr həyata keçirilir. Ayrı-ayrı iqtisadi rayonlar və istehsal olunan malların bazara çıxarılması ilə bağlı dövlət tərəfindən tədbirlər görülür.
Milli Məclisin deputatı qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması yeni kommunikasiya və nəqliyyat körpüsü yaratmaqla, Azərbaycana yeni bazarlar qazandırır. Ona görə də bu proses çərçivəsində həyata keçirilən tədbirlər də ölkəmizə əlavə yatırımlar cəlb edir, eyni zamanda, ölkə istehsalçılarının mallarını bazara çıxarmaları üçün onun daşınma xərclərini azaltmaqla rəqabət qabiliyyətliyini artırır. Prezident İlham Əliyev konfransda qeyd etdi ki, ötən 14 il ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar həcmində sərmayə qoyulub. Bu rəqəm özlüyündə Azərbaycanda necə mühüm və sabit sərmayə mühitinin olduğunu göstərir.
Hikmət Babaoğlu qeyd edib ki, bu proses xarici və daxili investorları Azərbaycanın regionlarına cəlb edən əsas məsələlərdən biridir. Dövlətimizin başçısı bildirdi ki, son 14 ildə Azərbaycanda 12 min 300 kilometr yol, 443 körpü tikilib. Bu, əlbəttə ki, Azərbaycanın inkişafını daha da sürətləndirməklə onu dayanıqlı və uzunmüddətli edəcək. Bunların hamısının arxasında Azərbaycan Prezidentinin regionların inkişafı ilə bağlı həyata keçirdiyi xüsusi proqram dayanır.
Azərbaycanın yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu deyən Milli Məclisin deputatı 2018-ci il ildə də ölkə iqtisadiyyatının davamlı tərəqqisinin təmin ediləcəyini, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılacağını vurğulayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10

