Azərbaycanda 2017-ci ildə 177 min daimi iş yeri açılıb
27.01.2018 [10:12]
Prezident İlham Əliyev: İlin yekunlarına görə, Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir
Azərbaycanda bir-biri ilə bağlı olan iki mühüm sahə - iqtisadi və sosial sfera paralel şəkildə inkişaf etdirilir. Bu baxımdan, artıq tarixə dönən 2017-ci il də istisna təşkil etməyib. Ölkə iqtisadiyyatında ötən il kifayət qədər yaxşı göstəricilər əldə olunub. Milli iqtisadiyyat müəyyən qədər genişlənib. Məqsədyönlü şaxələndirmə siyasəti nəticəsində qeyri-neft sektorunda artım 2,5 faiz təşkil edib. O cümlədən qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı 4,1 faiz artıb. Xarici ticarət dövriyyəsində müsbət saldo yaranıb. Ölkənin valyuta ehtiyatları daha 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ötən ilin iqtisadi göstəricilərini müsbət dəyərləndirərək bildirib: “İqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir. Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Biz də fəxr edirik ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq”.
Ötən il Azərbaycan yeni sosial təşəbbüslərlə çıxış edib
Ötən il şaxələndirmə siyasətinin yaxşı nəticələr verməsi, ölkənin iqtisadi gücünün artması, maliyyə imkanlarının genişlənməsi öz növbəsində sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılmasını təmin edib. Məlumdur ki, son illərdə beynəlxalq miqyasda ayrı-ayrı ölkələr qlobal iqtisadi böhranın mənfi şoklarının nəticəsində özlərinin sosial siyasətinin ardıcıllığını təmin edə bilmirlər və sosial layihələri ixtisara salınır. Bir sıra dövlətlər isə getdikcə azalan gəlirləri fonunda xərclərini qarşılaya bilmədiklərinə görə hətta pensiyaları, əmək haqlarını belə azaltmaq məcburiyyətində qalıblar. Deyilənlər fonunda Azərbaycanın mənzərəsi tamam fərqli rakursdan diqqəti cəlb edir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşının mənafeyi dayanır. Ölkəmiz artıq tarixə dönən 2017-ci ildə də öz ənənəsinə sadiq qalıb. Belə ki, ötən il qlobal miqyasda ciddi çətinliklər müşahidə edilməsinə baxmayaraq, respublikamızda dövlət siyasətində sosial sahənin prioritetliyi təmin edilib və ölkəmiz insanların həyat şəraitinin yaxşılaşmasına yönələn bir sıra yeni təşəbbüslərlə çıxış edib. Azərbaycanın sosial sferada dövlət siyasətinin mahiyyətinə diqqət çəkən Prezident İlham Əliyev “Hətta iqtisadi cəhətdən çətin olan illərdə biz sosial məsələlərin həlli üçün əlimizdən gələni edirik və böyük işlər görürük”, - deyə vurğulayıb.
Azərbaycanın 2017-ci ildə dövlət siyasətində sosial sferanın prioritetliyinin təmin edildiyini aşağıdakı statistik göstəricilər də əyani şəkildə təsdiqləyir. Maliyyə naziri Samir Şərifovun məlumatına əsasən, 2017-ci ildə sosial sahənin prioritet qaydada maliyyələşdirilməsi məqsədilə 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait yönəldilib. İl ərzində ölkədə bir sıra istiqamətlərdə sosial xərclər məqsədyönlü şəkildə artırılıb. O cümlədən ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması təmin edilir. Bu istiqamətdə 2014-cü ildən başlanılmış işlər ötən il uğurla davam etdirilib və dövlət büdcəsindən 164 milyon manat vəsaitin yönəldilməsi ilə dəstəklənib. 2018-ci il yanvarın 1-i vəziyyətinə 140 min müəllimin bilik və bacarıqlarının qiymətləndirilməsi başa çatdırılıb ki, bunun da 41 min nəfərdən çoxu 2017-ci ilin payına düşür.
Ötən il ölkəmizdə səhiyyə sahəsində ciddi islahatlara start verilməsi ilə əlamətdar olub. Respublikamızda səhiyyə sisteminin idarə olunmasının təkmilləşdirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində 1800-dən çox müayinə, müalicə, diaqnostika, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətləri özündə birləşdirən icbari tibbi sığortanın tətbiqinə başlanılıb və 2017-ci il dövlət büdcəsindən bu məqsədlə 36,0 milyon manat vəsait yönəldilib.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2017-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 326,0 milyon manat, o cümlədən dövlət büdcəsindən 221,0 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 105,0 milyon manat vəsait ayrılıb.
Ötən il sosial təminat sistemində əhəmiyyətli dəyişikliklər baş verib. Belə ki, respublikamızda 2017-ci ildə əmək pensiyaları haqqında qanunvericiliyə edilən dəyişikliklər qüvvəyə minib və yeni pensiya sisteminə keçilib. Bu və digər tədbirlər əhalinin, ələlxüsus da aztəminatlı insanların gəlir imkanlarının artmasına, sosial təminatının möhkəmlənməsinə xidmət edir. Ötən il aparılan islahatlar çərçivəsində pensiyaçıların fərdi uçot sistemində “açıq hesab” prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib. Altı ay ərzində 17 min 430 nəfər işləyən pensiyaçı bu hüquqdan istifadə edib və onların aylıq pensiyasının artımı orta hesabla 146 manat olub ki, bu da hər ay onlara 2,5 milyon manat əlavə vəsaitin ödənilməsi deməkdir.
İşsizliyin və yoxsulluğun təxminən 5 faizədək azaldılması böyük nailiyyətdir
Reallaşdırılan dərinməzmunlu sosial siyasətin mühüm əlaməti kimi ölkəmizdə yeni iş yerlərinin yaradılması diqqət mərkəzində saxlanılır. Məlumdur ki, son illərdə dünyada müşahidə edilən mənfi proseslərin fonunda meydana çıxan əsas çağırışlardan biri işsizlik və yoxsulluqla bağlıdır. Mal və xidmətlərə qlobal istehlakın azalmasının nəticəsi olaraq iqtisadi aktivliyin aşağı düşməsi, eləcə də müxtəlif regionlarda yaşanan münaqişələr və müharibələr səbəbindən ayrı-ayrı ölkələrdə iş yerləri kəskin şəkildə azalıb, yeniləri isə yaradılmır. Belə vəziyyətdə, təbii ki, insanların həyat səviyyəsi aşağı düşür, yoxsulluq artır, digər sosial problemlər meydana çıxır.
Sosial dövlət olan Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Bütün respublika boyu iqtisadi aktivliyin davamlı şəkildə artması fonunda insanlar layiqli iş yerləri ilə təmin olunurlar və buna paralel şəkildə də onların həyat səviyyəsi yüksəlir. Hökumət əmək bazarının təkmilləşdirilməsini, əmək qabiliyyətli əhalinin sürətlə artdığı bir şəraitdə məşğulluğun çevik idarə edilməsi üzrə qabaqlayıcı tədbirlərin görülməsini diqqət mərkəzində saxlayır və davamlı olaraq mühüm tədbirlər həyata keçirir. Ölkə boyu ictimai işlərin təşkili, işaxtaranlara kömək göstərilməsi, peşə təlimlərinin keçirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi bu qəbildəndir. Ötən il dövlət başçısının tapşırığına uyğun olaraq ictimai işlərə cəlb edilən 15 min işçi ilə əmək müqaviləsinin müddəti uzadılıb, 7 min işaxtaranla yeni əmək müqaviləsi bağlanıb, ictimai işlərin təşkili proqramı üzrə 19 min nəfər yerli icra hakimiyyətləri tərəfindən təmir və abadlıq işlərinə cəlb edilib. Bundan əlavə, regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı 200 min nəfərdən çox əmək resursunu istehsal prosesinə cəlb etməyə imkan verib. İl ərzində məşğulluq orqanları tərəfindən ümumilikdə 47 min 900 nəfər işlə təmin edilib, 1160 nəfər haqqı ödənilən ictimai işlərə, 3560 nəfər peşə hazırlığı kurslarına, 3120 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunub, 14 min 820 nəfərə isə işsizlik müavinəti təyin edilərək ödənilib. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublika üzrə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur. Prezident İlham Əliyev ötən il respublikamızda rekord sayda iş yerlərinin yaradılmasından məmnunluq ifadə edərək deyib: “2017-ci ildə 221 min yeni iş yeri açılmışdır ki, onların 177 mini daimi iş yeridir. Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir”.
Ölkədə iqtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsi, o cümlədən də son 15 ildə təxminən 2 milyon yeni iş yerinin yaradılması öz növbəsində yoxsulluğun 50 faizdən 5 faizədək aşağı düşməsi ilə nəticələnib. Azərbaycanın yoxsulluğun azaldılması istiqamətində əldə etdiyi nailiyyətləri statistik rəqəmlərdən də görmək mümkündür. Belə ki, respublikamızda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb. Prezident İlham Əliyev ölkəmizdə işsizlik və yoxsulluq sahəsində real vəziyyəti dünya miqyasında ən yaxşılardan biri kimi səciyyələndirib: “Qeyd etməliyəm ki, ilin yekunlarına görə, Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir”.
Yeri gəlmişkən, Azərbaycanın sosial sferada əldə etdiyi uğurlar Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da yüksək dəyərləndirilib. Hesabatda respublikamız sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi təqdim edilib. Hesabata əsasən, Azərbaycanın mövqeyi həmçinin əmək bazarının təkmilləşdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində də əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin artması ilə nəticələnib. Belə ki, Azərbaycan əmək bazarının səmərəliliyi indikatoru üzrə 9 pillə irəliləyərək 17-ci yerə yüksəlib. Bununla da Azərbaycan əmək bazarının səmərəliliyi indikatoru üzrə sıralamada digər bütün MDB ölkələrindən, eyni zamanda İsrail, Fransa, İsveç, Belçika, Avstriya, Qətər, Yaponiya, İspaniya, İtaliya, Finlandiya, Latviya, Çin, Malayziya və digər ölkələrdən öndə qərarlaşıb.
Ölkə boyunca yeni iş yerlərinin yaradılmasının başqa bir önəmini də xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, ələlxüsus da gənclər paytaxt Bakıya, digər iri şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi ölkə üzrə bu mənfi tendensiya, demək olar ki, tam dayanıb. Bir tərəfdən, regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəlməsi, mədəni mühitin təmin olunması, digər tərəfdən isə, yaradılan yeni iş yerləri insanları, ələlxüsus da gəncləri öz doğma yurd-yuvalarına möhkəm tellərlə bağlayır.
Ölkəmizdə iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Bu gün Azərbaycan əhalisi 10 milyona yaxınlaşır. Bizim əhalimiz sovet dövrünün son mərhələsində 7 milyon, bəlkə də, ondan bir qədər çox idi. Görün, müstəqillik illərində əhalimiz nə qədər artıb. Bu, bizim böyük gücümüzdür, gücümüzü artırır, eyni zamanda, qarşımızda vəzifələr qoyur. Ona görə bu il də yeni iş yerlərinin yaradılması ilə bağlı addımlar atılacaq. İqtisadi sahəyə, sənaye potensialımızın, kənd təsərrüfatının inkişafına göstərilən dəstək və əldə edilən nəticələr deməyə əsas verir ki, yeni iş yerlərinin yaradılması prosesi bu il də sürətlə gedəcək”.
Özünüməşğulluq proqramının reallaşdırılması sayəsində ünvanlı sosial yardım alanların sayı azalır
Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qayğıya ehtiyacı olan bütün insanlar dövlət tərəfindən dəstəklənirlər. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məlumatına əsasən, 2017-ci ildə 483 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 60 min nəfərə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Bu məqsədlərə sərf edilmiş 371 milyon manat vəsait 2016-cı ilin müvafiq göstəricisindən 9,3 faiz çoxdur.
İl ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir. Eyni zamanda, əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə bərpa xidməti göstərilib.
Ötən il sosial xidmət sferasında da bir sıra uğurlar əldə edilib. Ehtiyacı olan insanlar üçün müasir tələblərə uyğun sosial sığınacaqlar fəaliyyətə başlayıb, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün sosial reabilitasiya mərkəzi yaradılıb, 1080 nəfərə tam dövlət təminatında olmaqla sosial müəssisələrdə, 11 min nəfərə isə evlərində sosial xidmət göstərilib, 7 min 700 nəfər əlilliyi olan şəxs sanatoriya-kurort müalicəsinə və istirahət mərkəzlərinə göndərilib, 29 qeyri-hökumət təşkilatı ilə birlikdə icra edilən 61 layihə üzrə 4100 nəfər çətin həyat şəraitində olan uşaq sosial müdafiə tədbirlərinə cəlb olunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” sosial müəssisəsinə bu kateqoriyadan olan 209 nəfər yerləşdirilib və onlar üçün həmin müəssisədə xalça və tikiş sexləri yaradılaraq iş yerləri açılıb.
Aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi baxımından respublikamızda uğurla reallaşdırılan özünüməşğulluq proqramının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu proqram sayəsində aztəminatlı insanlar müvafiq dövlət dəstəyi göstərilməklə layiqli əmək fəaliyyətinə cəlb edilirlər. Beləliklə də, onlar öz həyatlarını özləri təmin edirlər. Prezident İlham Əliyev özünüməşğulluq proqramının önəminə diqqət çəkərək vurğulayıb: “Ünvanlı sosial yardım alan ailələrin sayı 116 minə bərabərdir. Bu, 400 mindən çox insanı əhatə edir. Orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir. Bu da bizim sosial siyasətimizin təzahürüdür. Eyni zamanda, - mən bunu əvvəlki müşavirələrdə də bildirmişəm, - biz çalışmalıyıq ki, ağır vəziyyətdə yaşayan vətəndaşları işlə təmin edək, onlar üçün şərait yaradaq, o cümlədən onları özünüməşğulluq proqramı çərçivəsində işə cəlb edək ki, ünvanlı sosial yardıma ehtiyacı olanların sayı azalsın”.
Qeyd edək ki, özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilib. Onlar dövlət dəstəyindən bəhrələnərək müxtəlif fəaliyyət istiqamətləri üzrə kiçik ailə təsərrüfatları yaradıblar. Ailə təsərrüfatlarında hazırlanan məhsulların satış problemi də həllini tapır. Belə ki, bəhs olunan təsərrüfatlar barədə məlumatların “ABAD” mərkəzlərinə ötürülməsi barədə razılığa gəlinib. “ABAD” mərkəzləri kiçik ailə təsərrüfatlarının məhsullarının müxtəlif sərgilərə çıxarılmasına və satışına öz dəstəyini göstərir.
Ölkədə sosial infrastruktur layihələrinin icrasına böyük həcmdə maliyyə vəsaiti yönəldilir
Azərbaycanın dərinməzmunlu sosial siyasət həyata keçirdiyini həmçinin bütün ölkə boyu müasir sosial infrastruktur obyektlərinin istifadəyə verilməsində də aydın şəkildə görmək mümkündür. “Sosial infrastruktur layihələri, əlbəttə ki, çox böyük əhəmiyyət daşıyır və bizim siyasətimizin istiqamətini əks etdirir”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycanda reallaşdırılan dərinməzmunlu sosial siyasətin əlaməti olaraq son 15 ildə 600-dən çox tibb oçağı tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Ən yüksək standartlar səviyyəsində qurulan və müasir avadanlıqla təchiz edilən bu tibb ocaqlarında müxtəlif xəstəlikləri müayinə və müalicə etmək mümkündür.
Yeni məktəblərin tikintisinin və yaxud əsaslı şəkildə yenidən qurulmasının intensiv hal alması da ölkəmizdə sosial infrastruktur quruculuğuna yaxşı nümunədir. Son 15 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.
Sosial təyinatlı infrastruktur obyektlərinin inşası 2017-ci ildə də intensiv şəkildə davam etdirilib. Ötən il ölkəmizdə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Bundan başqa, respublikanın müxtəlif şəhər və rayonlarında otuz tibb müəssisəsi tikilib və yaxud əsaslı təmir edilib, həmçinin iki Olimpiya İdman Kompleksi istifadəyə verilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32

