Bəhruz Quliyev: Medianın fəaliyyətində məhdudiyyətdən danışmaq qeyri-mümkündür
26.01.2018 [10:14]
“Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində irəli sürdüyü əhəmiyyətli fikirlərdən biri də media və söz azadlığının mövcudluğu, eləcə də Azərbaycanın maraqlarına qarşı çıxış edən müəyyən xarici dairələrin cəhdləri ətrafında oldu ki, bu da özündə bir sıra mühüm məqamları ehtiva etməkdədir”. Bu fikirləri SİA-ya ekspert Bəhruz Quliyev ölkə başçısının Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirəsindəki çıxışını şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən fikirləri məhz bu faktor üzərinə yönəldərək, ölkəmizdə bütün hüquqların tam şəkildə qorunduğunu vurğulayıb: “Təəssüf ki, bir sıra qərbyönümlü təşkilatlar və media ilə bağlı olan beynəlxalq qurumlar ölkəmizdəki real vəziyyəti sağlam baxışla görmürlər, ya da görmək istəmirlər. Məhz dövlət başçımız onların qarşısına dolğun, arqumentli sübutlar qoydu ki, bu sübutlar tam mənada özünü əks etdirməkdədir. “Azərbaycanda media tamamilə azaddır” - deyə vurğulayan dövlət başçısı panel müzakirəsində onu da xatırladıb ki, ölkə əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Beləliklə, bir halda ki, Azərbaycanda internet heç bir senzura, müdaxilə olmadan azad şəkildə fəaliyyət göstərirsə, ölkə əhalisinin böyük hissəsi internet istifadəçisidirsə, demək, medianın fəaliyyətində, ümumiyyətlə, məhdudiyyətdən danışmaq qeyri-mümkündür”.
Bəhruz Quliyev əlavə edib ki, istənilən ciddi sorğu mərkəzlərinin hesabatlarında biz Azərbaycanın, demək olar ki, bütün sahələrdə irəliləməsinin şahidi oluruq: “Diqqət edin, Azərbaycan digər müstəqil ölkələrdən fərqli olaraq, daha dinamik fəaliyyəti ilə yanaşı, həm də milli maraqlar kontekstindən çıxış edir və bu, söz yox ki, bəzi dairələri ciddi şəkildə narahat edir. Ölkə başçımız bu nöqteyi-nəzərdən Qərb qurumlarının münbit reallığı həzm edə bilmədiklərini vurğulayıb. O qeyd edib ki, ölkəmizlə bağlı bəzi qərəzli reytinqləri də məhz həmin qurumlar müxtəlif vasitələrlə ictimailəşdirməyə cəhdlər göstərirlər. Əlbəttə ki, burada həmin dairələrlə əlbir olan və özlərini müxalifətçi, QHT rəhbəri, hüquqşünas adlandıran toplum da mövcuddur ki, bu və ya digər şəkildə həmin qərəzlərin yayılmasında canfəşanlıq göstərirlər. Ancaq söz yox ki, belə cəhdlərin heç biri nə onların, nə də onlarla əlbir olanların istədikləri nəticəni vermir, verə də bilməz. Belə ki, ortada reallıq mövcuddur: Azərbaycan milli maraqlarına uyğun müstəqil siyasət həyata keçirir, siyasi inkişaf iqtisadi inkişafla yanaşı tərəqqi edir. Əbəs deyil ki, Dünya İqtisadi Forumunun növbəti açıqlamasında Azərbaycanın iqtisadi rəqabətə davamlılığına görə 35-ci yerdə qərarlaşdığı xüsusilə vurğulanıb. Cənab İlham Əliyev də bununla bağlı bildirib ki, bu, yaxşı göstəricidir və bir daha nümayiş etdirir ki, Azərbaycan azad ölkədir”.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

