/ / Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası fəaliyyətə başladığı dövrdən sonra qarşıya qoyulan mühüm vəzifələr yerinə yetirilib
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası fəaliyyətə başladığı dövrdən sonra qarşıya qoyulan mühüm vəzifələr yerinə yetirilib
24.01.2018 [10:00]
Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının beşinci iclası keçirilib
Yanvarın 23-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının beşinci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Milli Əlaqələndirmə Şurasının fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlərin görüldüyünü və qarşıya qoyulan mühüm vəzifələrin yerinə yetirildiyini bildirib.
Baş nazirin müavini qeyd edib ki, ötən il Azərbaycan Respublikasının Könüllü Milli Hesabatı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunub. Bu hesabatın hazırlanmasında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılan işçi qrupların fəaliyyəti təqdirəlayiqdir. Həmin hesabat “Azərbaycan-2030: Minilliyin İnkişaf Məqsədlərindən Dayanıqlı İnkişaf Məqsədlərinə doğru” adı ilə Azərbaycan dilinə tərcümə olunub. Bundan başqa, AZƏRTAC-ın materialları əsasında üç dildə “Dayanıqlı İnkişaf Məqsədləri: iclaslar, görüşlər, tədbirlər...” adlı kitab çap edilib.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri bildirib ki, ötən dövr ərzində bu sahədə maarifləndirmə işləri də görülüb. Milli Məclis ilə şura arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün müxtəlif işlər görülüb. Azərbaycan dilində “Parlamentlər və Dayanıqlı İnkişaf Məqsədləri” adlı məcmuə çap edilib. Bu nəşr Milli Məclisin üzvləri üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.
Əli Əhmədov deyib ki, ötən dövrdə şuranın katibliyi və işçi qrupları öz fəaliyyətini davam etdirib. Həmçinin BMT tərəfindən bu sahədə müxtəlif monitorinqlər aparılıb. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının ildə dörd iclasının keçirilməsi məqsədəuyğundur. Bu iclaslarda monitorinq və işçi qruplarının hesabatları dinləniləcək.
İclasda Azərbaycan Respublikasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə 2017-ci ildə görülmüş işlər və qarşıda duran məsələlər müzakirə edilib. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində 2016-2017-ci illərdə görülmüş işlər barədə xüsusi hesabatın xülasəsi nəzərdən keçirilib və Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.
Bundan başqa, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə göstəricilərin milliləşdirilməsi və prioritetlərin seçilməsi il bağlı cari vəziyyət və qarşıda duran məsələlər müzakirə edilib. Həmçinin 2019-cu ildə Yüksək Səviyyəli Siyasi Foruma Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının təqdim edilməsinə dair müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

