/ / XİN: BMT-nin baş katibinin ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edirik
XİN: BMT-nin baş katibinin ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edirik
18.01.2018 [10:06]
BMT-nin baş katibi Antonio Quterreş tərəfindən BMT Baş Assambleyasının yanvarın 16-da keçirilən qeyri-rəsmi iclasında Avropada mövcud olan münaqişələr sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edir və dəstəkləyirik.
Bu fikri AZƏRTAC-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib: “BMT baş katibi tərəfindən çox düzgün olaraq qeyd olunur ki, Avropada mövcud olan resurslar, imkanlar və təsisatların fonunda münaqişələrin həll edilməmiş formada qalmasına bəraət qazandırıla bilməz.
Avropada təhlükəsizliyin bölünməzliyi vahid prinsip kimi qəbul olunsa da, təəssüf ki, reallıq bundan tamamilə uzaqdır.
1980-ci illərin sonunda Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan aqressiv erməni separatizmi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin ərazilərinin 20 faizinin işğalı və bir milyondan çox azərbaycanlının qanlı etnik təmizlənməsi ilə nəticələnib. BMT Nizamnaməsi, Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərinə zidd şəkildə ATƏT-in üzv ölkəsi olaraq Ermənistanın ATƏT-in digər üzv ölkəsi olan Azərbaycanın ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi halda, Ermənistan buna məhəl qoymur. Ermənistanın bu kimi işğalçılıq siyasəti, güc tətbiq edərək ərazi əldə etməsi cəhdləri XX əsrin 30-40-cı illərində Avropada baş qaldıran mənfur təcrübə ilə müqayisə oluna bilər.
Azərbaycan, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını təşkil edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün həmsədrlər və beynəlxalq ictimaiyyət ilə birgə səylərini davam etdirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23

