Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın Fövqəladə Hallar Nazirliyi BMT ilə əməkdaşlığa böyük əhəmiyyət verir

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi BMT ilə əməkdaşlığa böyük əhəmiyyət verir

25.10.2017 [10:05]

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 24-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, eyni zamanda, BMT-nin İnkişaf Proqramının və Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, K.Heydərov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb və bu münasibətlərin gələcəkdə də inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Q.İshaqzai FHN-in BMT-nin müxtəlif təşkilatları ilə birgə uğurlu layihələr həyata keçirməsindən məmnunluğunu bildirib və səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 464 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30