Kristofer Smit erməni diasporunun diktəsi ilə fəaliyyət göstərir
19.10.2017 [10:21]
ABŞ-ın Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmə təşəbbüsləri ermənilərə yardım məqsədi daşıyır
Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üstün mövqeyi, beynəlxalq aləmdə nüfuzu xarici anti-azərbaycançı mərkəzlərin, erməni lobbisinin və onların havadarlarının narahatlığına səbəb olur. Erməni lobbisinin maliyyəsi ilə ölkəmizə qarşı şər-böhtan kampaniyası aparan belə mərkəzlər Azərbaycan dövlətinin müstəqil xarici və daxili siyasi kurs yürütməsi, dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri öyrənməsi və ölkəmizin artıq açıq-aşkar üstün tərəf kimi dəyərləndirilməsi faktı ilə barışa bilmirlər. Bu səbəbdəndir ki, Qərbdəki sözügedən mərkəzlər ara-sıra ölkəmizə qarşı yönəlmiş fərqli “layihələr”lə, “təşəbbüslər”lə gündəmə gəlməyə çalışırlar.
Bu mənada ABŞ Helsinki Komissiyasının Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirmək təşəbbüsü də birmənalı qarşılana bilməz. Belə ki, komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Vurğulamaq lazımdır ki, Helsinki Komissiyası ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradıldığını bəyan etsə də, 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktının 10 əsas prinsipinin səkkizi - suveren bərabərlik, zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipləri Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib. Bunun ən əsas səbəblərindən biri isə vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olan, hazırda isə ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biri sayılan konqresmen Kristofer Smitin ABŞ-ın Helsinki Komissiyasına sədrlik etməsidir. Qeyd edək ki, K.Smitin kimliyi Azərbaycan cəmiyyətinə yaxından tanışdır. O, Azərbaycana qarşı “907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən şəxsdir. Eləcə də, K.Smit ABŞ-ın qondarma “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarından sayılır. İndi isə görünür, K.Smit və təmsil etdiyi erməni lobbisi adıçəkilən dinləmə təşəbbüsü ilə bir daha işğalçı Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədi güdür.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycana qarşı mövqe tutan Kristofer Smitin hər zaman erməni dəstəkçisi kimi tanındığını deyib. Millət vəkili bildirib ki, məşhur “907-ci düzəliş”in həmmüəllifi, qondarma “erməni soyqırımı” məsələsinin əsas təbliğatçılarından sayılan K.Smit həmişə ermənilərin maraqlarından çıxış edir. Onun sözlərinə görə, son dövrlərdə beynəlxalq aləmdə baş verən bir sıra proseslər K.Smit və onun kimi işğalçı Ermənistana havadarlıq edənləri təşvişə salıb: “Bu mənada ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin BMT tribunasından işğalçı Ermənistana verdiyi mesajlar mühüm əhəmiyyət daşıyır. İstər Kristofer Smit, istərsə də digər erməni yandaşları Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyəti tərəfindən dəstəkləndiyini bilirlər. O cümlədən bu gün hər kəs Azərbaycanın hərbi potensialının ermənilərdən üstün olduğunu dərk etməkdədir. Bu baxımdan K.Smit kimiləri narahat vəziyyətdədir. Fikrimcə, bu təşəbbüs birmənalı şəkildə ermənilərə dəstək nümayiş etdirmək üçün planlaşdırılır. Amma bu cür təşəbbüslərlə heç nəyə nail ola bilməyəcəklər. Azərbaycanın haqlı mövqeyi hər kəsə məlumdur və inanırıq ki, ölkəmizin apardığı xarici siyasət kursu ölkəmizin ərazi bütövlüyünü təmin edəcək”.
Millət vəkili Aydın Hüseynov da ermənilərin sevimlisi olan Kristofer Smitin işğalçı Ermənistana dəstək vermək üçün belə layihələrə müraciət etdiyini vurğulayıb. Millət vəkili qeyd edib ki, bu cür təşəbbüslər narahatlıqdan doğur və bir daha o reallığı ortaya çıxarır ki, Azərbaycan dövlətinin apardığı hücum diplomatiyası, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyəti artıq ermənilərin ifşa olunmasına gətirib çıxarıb: “Erməni lobbisinin işğal faktını gizlətmək və ya bu məsələdə manipulyasiya etmək imkanı yoxdur. Bu mənada, işğalçı Ermənistanı növbəti dəfə düşdüyü vəziyyətdən çıxarmaq üçün Smit kimiləri canfəşanlıq göstərirlər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00

