AŞPA Azərbaycana qarşı növbəti dəfə öz qərəzli mövqeyini nümayiş etdirdi
12.10.2017 [10:15]
Qurumun payız sessiyasında Azərbaycanın əleyhinə qəbul olunan ədalətsiz qətnamələr bir daha AŞPA-nın müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrildiyini və konkret sifariş yerinə yetirdiyini təsdiqləyir
Xəbər verildiyi kimi, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentari Alen Desteksin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub. Təəssüf ki, sessiyada bəhs olunan hesabatlar ətrafında müzakirələr heç də konstruktiv əsasda keçməyib. Aparılan müzakirələr bir daha təsdiqləyib ki, AŞPA-da müxtəlif anti-Azərbaycan mərkəzlər, ələlxüsus da erməni lobbisi tərəfindən dəstəklənən deputat qrupları “lövbər” salıblar. Onların əsas məqsədi isə ölkəmizə qarşı şər-böhtan kampaniyası aparmaqdan və bu yolla Azərbaycanın uğurlarına kölgə salmaqdan ibarətdir.
Azərbaycanın müstəqil və prinsipial siyasəti xaricdəki ermənipərəst dairələri ciddi narahat edir
Bəllidir ki, AŞPA-nın sözügedən qətnamələri subyektiv mülahizələrə söykənən, obyektivlikdən uzaq və Azərbaycan reallıqlarına qətiyyən uyğun gəlməyən cəfəng fikirlərlə doludur. Çünki Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarla münasibətlərini qarşılıqlı hörmət prinsiplərinə əsasən qurmağa çalışır. Ölkəmiz o mövqedən çıxış edir ki, beynəlxalq təşkilatlarda, o cümlədən də 2001-ci ildən üzv olduğu Avropa Şurasında üzvlük milli maraqlarımıza, suverenliyimizə qətiyyən xələl gətirməməlidir. Lakin belə görünür ki, Azərbaycanın müstəqil və prinsipial siyasət həyata keçirməsi, milli maraqların keşiyində qətiyyətlə dayanması və öz dəyərlərinə sadiq qalaraq müstəqillik yolunda inamla irəliləməsi, getdikcə daha da güclənməsi xaricdəki antiazərbaycançı dairələri ciddi narahat edir. Onlar erməni lobbisinin dəstəyindən də bəhrələnərək müxtəlif vasitələrlə Azərbaycanın inkişafını əngəlləməyə, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar.
Deyilənlər baxımından AŞPA-nın sərgilədiyi mövqe də diqqəti cəlb edir. Azərbaycan bu qurumda 16 illik üzvlüyü dövründə davamlı olaraq müxtəlif lobbi qruplarının, ələlxüsus da erməni lobbisinin dirijor çubuğu ilə hərəkət edən parlamentarilərin uğursuz təzyiqləri ilə üzləşib. AŞPA-dakı bəhs olunan qruplar zaman-zaman qurumun tribunasından ölkəmizin reallıqlarını təhrif edən iddialar səsləndiriblər. Təəssüf doğuran haldır ki, qurumun hazırkı rəhbərliyi dövründə belə hallar daha kütləvi hal alıb. Belə bir tendensiya açıq şəkildə hiss olunur ki, müəyyən qüvvələr AŞPA-nı müstəqil siyasət həyata keçirən Azərbaycana qarşı təzyiq vasitəsinə çevirməyə və öz şərtlərini diktə etməyə çalışırlar. Yuxarıda bəhs olunan qətnamələrin qəbul edilməsi qurumun ölkəmizə qarşı atdığı növbəti qərəzli addımdır.
Bunu başqa cür qiymətləndirmək də mümkün deyil. Məlumdur ki, son vaxtlarda Avropanın özündə bir sıra neqativ proseslər gedir. Ksenofobiya, islamofobiya, milli-dini-irqi ayrı-seçkilik, insan hüquq və azadlıqlarının pozulması hallarının artması Qərbdə ayrı-ayrı ölkələr üçün heç də yaxşı gələcək vəd etmir. AŞPA-nın hazırkı rəhbərliyi və Azərbaycan sarıdan “narahatlıq” keçirən deputatları hansı səbəbdən belə halları görməzdən gəlirlər? Görəsən, nə üçün onlar “qoca qitə”nin problemlərini müzakirəyə çıxarmaq, vəziyyətdən çıxış yolları barədə düşünmək əvəzinə, Azərbaycandakı hansısa məsələləri qabartmağı özlərinə borc bilirlər? Əgər onlar həqiqi təəssübkeşdirlərsə, əsl demokratdırlarsa, onda gərək ilk növbədə İnsan Haqları üzrə Avropa Məhkəməsinin 10 minə yaxın qərarının icra olunmamasından narahatlıqlarını ifadə edərdilər. Və yaxud başqa bir məsələ. 25 ildən artıqdır ki, AŞPA-nın əsassız yerə tənqid etdiyi Azərbaycanın ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyondan artıq azərbaycanlı doğma yurd-yuvasından didərgin salınıb. Yenə də sual edirik: Nə üçün Krım məsələsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyi halda, işğalçı Ermənistan adekvat tədbirlərdən kənarda qalır? Hanı ölkəmizə qarşı iddialar səsləndirən AŞPA-nın ədaləti? Belə görünür ki, Azərbaycanla əlaqədar məlum hesabatların müzakirəsində açıq-aşkar qərəz, birtərəflilik nümayiş etdirən deputatlarda, ümumiyyətlə, ədalət hissi çoxdan qeybə çəkilib. Əks halda onlar ağa qara deyərək Avropanın fundamental dəyərlərinə bu dərəcədə hörmətsizlik nümayiş etdirməzdilər.
Azərbaycan demokratik dəyərlərə, hüquqi dövlət quruculuğuna sadiq qalan ölkədir
AŞPA-da aparılan şər-böhtan kampaniyasına baxmayaraq, üzv olduğu təşkilatlar qarşısında bütün öhdəliklərini yüksək səviyyədə yerinə yetirən Azərbaycan dünyada demokratik dəyərlərə, hüquqi dövlət quruculuğuna sadiq qalan ölkə kimi tanınır. Respublikamız demokratiyanın daha yüksək səviyyədə inkişafını, aktiv vətəndaş cəmiyyəti quruculuğunu hədəfləyib. Hazırda ölkədə təxminən 4500-ə yaxın qeyri-hökumət təşkilatı fəaliyyət göstərir və onlara dövlət tərəfindən lazımi dəstək tədbirləri göstərilir. Ölkəmizdə mətbuat azadlığı tam təmin olunub. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada müxalifətyönümlü mətbuat da daxil olmaqla bütün KİV-lər dövlət dəstəyindən bəhrələnirlər. Ölkə əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir və birbaşa olaraq dövlət tərəfindən bütün şəhər və qəsəbələrə genişzolaqlı internet çəkilib, ucqar kəndlərdə belə, internetdən azad şəkildə istifadə olunur.
Azərbaycanda, eyni zamanda, genişmiqyaslı hüquq islahatları həyata keçirilir. Ölkədə aparılan hüquqi islahatları, o cümlədən hüquq qanunvericiliyinin inkişaf etdirilməsi, cəzanın humanistləşdirilməsi istiqamətində atılan addımlar müvafiq beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Bütün bunların fonunda AŞPA-nın Azərbaycana demokratiya ilə bağlı hansısa çağırışlar ünvanlaması, hüquq islahatlarına başlanılmasının zəruriliyindən dəm vurması heç bir sağlam məntiqə sığmır.
Qərəzli yanaşmalarla Azərbaycanı öz yolundan döndərmək mümkün deyil
Bu gün Azərbaycan regional və qlobal miqyasda cərəyan edən proseslərə təsir etmək gücünə malik olan dövlətə çevrilib. Beynəlxalq aləmdə respublikamız yüksək hörmətə layiq ölkə kimi tanınır. Demokratiyanın və hüquq islahatlarının dərinləşdirilməsi də Azərbaycanın fundamental seçimidir. Azərbaycan bu yolu kiminsə, hansısa təşkilatın xoşuna gəlmək üçün deyil, ölkənin, xalqımızın inkişafı naminə seçib və bu yoldan heç vaxt dönməyəcək. O ki qaldı AŞPA-nın qərəzli şəkildə qəbul etdiyi bəhs olunan qətnamələrə, bunu yalnız ucuz təhdid vasitəsi kimi dəyərləndirmək mümkündür. Belə təhdidlərlə, qərəzli yanaşmalarla Azərbaycanı fundamental inkişaf yolundan geri döndərmək əsla mümkün deyil! Əksinə, AŞPA tərəfindən bu tipli ədalətsizliklərin davamlı olması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

