/ / Azərbaycan Avropa Şurası ilə əlaqələrini və bu qurumda üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir
Azərbaycan Avropa Şurası ilə əlaqələrini və bu qurumda üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir
29.09.2017 [10:16]
Avropa dairələrinin həyata keçirdiyi siyasət Ermənistanın işğalçılığına bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdüb
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda həyata keçirilən islahatlar bütün sferalarda uğurların əldə olunmasını şərtləndirib. Sürətli iqtisadi inkişaf, vətəndaşların yüksək həyat şəraiti ilə təmin olunmasına yönəlmiş sosial proqramlar, demokratik inkişaf xəttinə sadiqlik, geniş və effektiv hüquqi islahatlar, beynəlxalq aləmdə hörmət olunan və dəstəklənən, dövlətimizin və xalqımızın ali mənafeyinin müdafiəsinə xidmət edən balanslaşdırılmış xarici strateji kurs müasir Azərbaycanın inkarolunmaz gerçəklikləridir.
Lakin əldə edilən bu uğurlar, həmçinin ölkəmizdə yaradılan demokratik ab-hava, insan hüquq və azadlıqlarına hörmət, xarici siyasət kursundakı müstəqillik bir sıra xarici ermənipərəst, islamofob dairələrin narahatlığına səbəb olur. Belə ki, uzun illərdir Azərbaycanın qazandığı nailiyyətlərə kölgə salmağa çalışan anti-azərbaycançı mərkəzlər demokratik dəyərləri özlərinin manipulyasiya vasitələrinə çevirir, insan hüquq və azadlıqları məsələlərinə “özünəməxsus” baxış sərgiləyərək ölkəmizə qarşı əsassız iddialar irəli sürürlər. Elə Avropa Şurasının Baş katibi Turbyern Yaqlandın son iddiası da istər sözügedən qurumun, istərsə də bu şəxsin ölkəmizə qarşı qərəzli mövqe sərgilədiyini bir daha ortaya çıxarır. Belə ki, Turbyern Yaqland Azərbaycan məhkəməsinin qərarına əsasən məhkum olunmuş, lakin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına rəğmən “siyasi məhbus” kimi qələmə verilən və azadlığa buraxılması tələb olunan REAL təşkilatının rəhbəri İlqar Məmmədov azadlığa buraxılmadığına görə Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb. Sentyabrın 13-də Avropa Şurasına daxil ölkə səfirlərinin iclasında Yaqland Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunmasını istəyib ki, bu, son nəticədə ölkənin Avropa Şurasından çıxarılmasına gətirib çıxara bilər.
Vurğulamaq yerinə düşər ki, bu, 2001-ci ildən Avropa Şurasının üzvü olan və təşkilat çərçivəsində səmərəli fəaliyyəti, bütün məsələlərə dair öz mövqeyi və rəyi ilə seçilən Azərbaycana qarşı ardıcıl şəkildə həyata keçirilən kampaniyanın tərkib hissəsidir. Yəni bəzi xarici dairələrin ölkəmizə münasibətdə ikili standartlara əsaslanmaları bir “ilk” sayılmır.
AŞPA islamofob meyillərin qalib gəldiyi, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasəti yürüdən bir quruma çevrilib
Daha dəqiq desək, bu, bir həqiqətdir ki, quruma üzv olduğu dövrdən Azərbaycan Avropa Şurasında daim təzyiqlə, ikili standartlarla üzləşib. Müxtəlif dövrlərdə Andreas Qross, Andres Herkel, Kristofer Ştrasser və digər bu kimi xüsusi maraqlara xidmət edən məruzəçilərin anti-Azərbaycan fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nümayiş etdirilən ikili standartlar və laqeydlik, qurumdakı müxtəlif qruplar tərəfindən Azərbaycana qarşı aparılan çirkin gözdən salma kampaniyası və digər məsələlər bunun bariz nümunələridir. Hətta BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri belə AŞ-nın qərarlarında işğalçıya qarşı qətiyyət nümayişinə yol aça bilməyib.
Eləcə də, son illər AŞPA açıq şəkildə islamofob meyillərin qalib gəldiyi, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasəti yürüdən bir quruma çevrilib. Türkiyəyə və Azərbaycana qarşı təzyiqlər buna nümunə kimi göstərilə bilər. Yəni bu faktlar ortadadır və təşkilatın həm də müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdən dairələrin mənafeyinə xidmət etdiyi artıq şübhə doğurmur. Özünü “demokratiyanın beşiyi” adlandıran bu cür Qərb dairələri “öz gözlərindəki tiri” görmədən böhtan, yalan dolu qətnamələr qəbul edir, bəyanatlar verirlər. Hər halda T.Yaqlandın və AŞ-nın timsalında Azərbaycana qarşı edilən son əsassız hücum da deyilənləri bir daha təsdiqləir.
Azərbaycana qarşı təşkil olunan belə çirkin kampaniyaların səbəbləri milli maraqlara söykənən müstəqil siyasət kursu yürütməyimizdir
Yəni görünən odur ki, milli dövlətlərə qarşı müxtəlif formalarda təzyiq üsulu formalaşdırıb onları şantaj etməyə cəhd göstərən bu təşkilatlar, konkret olaraq isə AŞ və onun Baş katibi başqa ölkələrin məhkəmələrinin çıxardığı qərarlara hörmətlə yanaşmır, onu şübhə altına alır. Əslində Avropa Şurasının timsalında anti-Azərbaycan dairələrin, dünya erməniliyini qorumağa çalışanların, onun havadarına çevrilənlərin, islamofobiyaya və imperializmə xidmət göstərənlərin hansı səbəblərdən Azərbaycana qarşı hücumlar təşkil etməsi ortadadır:
Əvvəla, birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil siyasəti bəzi Qərb dairələrində və o cümlədən AŞ-da qıcıq doğurur. Prezident İlham Əliyevin BMT-dəki son çıxışı bir daha Azərbaycanın milli maraqlara söykənən müstəqil xarici siyasət kursu yürütdüyünü açıq şəkildə ortaya qoydu, işğalçılığı, imperializmə xidmət göstərənləri ifşa etdi.
Digər tərəfdən, Azərbaycan müsəlman ölkəsi olduğuna görə islamofobiyanın gücləndiyi AŞ-da xüsusi ittiham hədəfinə çevrilir.
Ən əsası isə Azərbaycanın dünyadakı nüfuzu və regionda gedən proseslərə təsiri, gücü, oynadığı rol AŞ-dakı anti-Azərbaycan və ermənipərəst dairələri ciddi narahat edir.
O ki qaldı Avropa İnsan Hüquqları Məhkəməsinə, bu qurumun iş prinsipi də başda Avropa Şurası olmaqla “köhnə qitə”nin digər bir qrup regional və beynəlxalq strukturlarının, o cümlədən bir sıra “insan hüquqları” təşkilatlarının, sözdə mətbuat azadlığı ilə məşğul olan təşkilatların əksəriyyətinin əsas iş prinsipi kimi beynəlxalq imperializmin maraqlarının müdafiəsinə söykənir. Bu gün də həmin imperialist dairələr onlara xidmət edən və fərqli cinayət törədən əlaltılarını müdafiə etməyə çalışırlar. Axı necə ola bilər ki, 10.000 qərarının icra olunmadığı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı bir qərarı ölkənin Avropa Şurasından kənarlaşdırılması proseduruna start verilməsinə səbəb olsun? Heç şübhəsiz bu, AŞ-nın Baş katibi Yaqlandın həm bəzi Qərb dairələri, həm də region ölkələrindən aldığı sifarişin nəticəsidir. Ümumiyyətlə, Yaqland Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, sifarişlə müstəqil ölkələri hədəfə götürməyi sanksiyalaşdıran bir şəxsdir.
Avropa dairələrinin həyata keçirdiyi siyasət Ermənistanın işğalçılığına bəraət qazandırmaq məqsədi güdüb
Nəticə etibarı ilə, Avropa Şurasına tamhüquqlu üzv olmağımızdan ötən 16 illik üzvlük dövründə nələrin əldə olunduğuna nəzər yetirsək, maraqlı bir mənzərə ilə üz-üzə qalırıq. Və bu mənzərə ortaya “hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar” sualını çıxarır. Çünki görünən odur ki, ötən müddət ərzində Avropa dairələrinin həyata keçirdiyi siyasət Ermənistanın işğalçılığına bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdüb. Bəli, postsovet ölkələrində yaranmış digər ərazi münaqişələrindən fərqli olaraq, Qərb ölkələri və qurumları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret və təsirli addımlar atmaqdan yayınıb, yalnız bəyanatlar verməklə kifayətləniblər. Ermənistanın işğal faktını davam etdirməsi və münaqişə ilə bağlı qəbul edilən qətnamələrə fikir verməməsi həmin qurumlar tərəfindən susqunluqla qarşılanır. Bu isə Avropa Şurası kimi qurumların əsl məqsədlərini bir daha ortaya qoyur. Bundan başqa, Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib. Elə isə bu gün İslam dünyasına qarşı aqressiv mövqe nümayiş etdirən, islamofobiya meyillərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə və digər müsəlman ölkələrinə yaxşı nə vəd edə bilər?!
Bütün bunları xatırlatmaqla yanaşı onu da vurğulayaq ki, Avropa Şurasında Azərbaycana qarşı çirkin oyun quranlar yaxşı-yaxşı düşünməlidirlər: Avropa Şurası Azərbaycana çox lazımdır, yoxsa Azərbaycan Avropa Şurasına? Əslində bu sualın cavabı hər kəsə bəllidir. O mənada ki, Azərbaycan bu qurumsuz da yaşayar və daha yaxşı yaşayıb inkişaf edər, Avropa isə Cənubi Qafqaz kimi strateji əhəmiyyət kəsb edən regionda güclü tərəfdaşını və beləliklə öz maraqlarının təminatını itirə bilər. Öz növbəsində AŞ-nın haqsız ədalətsiz hücumlarını hiddətlə qarşılayan Azərbaycan cəmiyyəti bu qənaətdədir ki, Azərbaycan inteqrasiya meyillərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir. Azərbaycan region ölkələri, İslam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidir. Bu gün ölkəmizə əsassız təzyiq göstərənlər bilməlidirlər ki, Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə və ümumiyyətlə İslam dünyasına qarşı ədalətsiz mövqeyini, onları hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

