“Biz Vyetnama çox gözəl təəssüratlarla qayıdacağıq”
13.09.2017 [10:09]
Çionq Txi May: Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr, eyni zamanda, ölkələr və xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir
Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Vyetnam Kommunist Partiyasının nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib. Nümayəndə heyətinin rəhbəri, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi May sentyabrın 12-də jurnalistlərə müsahibəsində səfər təəssüratlarını bölüşüb:
- Mən çox şadam ki, Azərbaycana ilk səfərim məhz Yeni Azərbaycan Partiyasının dəvəti ilə baş tutur. Azərbaycana gəlməmişdən öncə ölkəniz haqqında məlumatlı idim. Lakin səfərim zamanı ölkənizin nə qədər gözəl və inkişaf etmiş olduğunun şahidi oldum. Mən burada dinamik, inkişaf edən ölkə gördüm. Vətəndaşlarınız qonaqpərvər və mehribandır. Mən əminəm ki, Azərbaycan, eləcə də paytaxt Bakı yaxın gələcəkdə daha da inkişaf edəcək.
- Rəhbərlik etdiyiniz nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda oldu. Bu görüş barədə təəssüratlarınız necədir?
- Azərbaycana səfərimiz zamanı biz ilk olaraq Heydər Əliyev Mərkəzinə getdik və Azərbaycanın müstəqil dövlət kimi bu səviyyəyə çatmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rolunun bir daha şahidi olduq. Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşümüzdə Onun Vyetnamla əlaqələrin daha da inkişaf etməsinə böyük diqqət ayırdığını gördük. Biz çox şadıq ki, Prezident İlham Əliyev Vyetnamı Cənub-Şərqi Asiyada Azərbaycanın etibarlı tərəfdaşı hesab edir. Azərbaycan Prezidenti görüş zamanı Azərbaycanla Vyetnam arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin, ticarət dövriyyəsinin artırılmasının önəmini vurğuladı. Həmçinin bildirdi ki, ölkələrimiz arasında mövcud olan tarixi-mədəni əlaqələrin genişləndirilməsi çox vacibdir.
Biz həmçinin səfərimiz zamanı Azərbaycan Milli Məclisində olduq və səmərəli müzakirələr apardıq. Vyetnam Kommunist Partiyası ölkələr, xalqlar arasında münasibətlərin inkişafını mühüm hesab edir. Mən göstərilən qonaqpərvərliyə görə nümayəndə heyətimiz adından Azərbaycan Prezidentinə, Yeni Azərbaycan Partiyasına dərin təşəkkürümü bildirirəm. Biz Vyetnama çox gözəl təəssüratlarla qayıdacağıq. Biz arzu edirik ki, Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr bundan sonra da ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına xidmət etsin. Və belə də olacaq.
- Biz bilirik ki, Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr uğurla inkişaf edir. Əlaqələrin inkişafı baxımından qarşıda hansı perspektivlər var?
- Partiyamızla Yeni Azərbaycan Partiyası arasında 2013-cü ildə əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu sənəd partiyalar arasında əlaqələrin inkişafının əsasını təşkil edir. Lakin ikitərəfli münasibətlər dərin köklərə malikdir. Belə ki, Vyetnam Sosialist Respublikasının ilk Prezidenti Xo Şi Min 1959-cu ildə Azərbaycana səfər edib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev də 1983-cü ildə Vyetnamda səfərdə olub. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini əldə edib. Artıq 1992-ci ildən ölkələrimiz arasında diplomatik əlaqələrin təməli qoyulub. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 25 ili tamam olur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vyetnama dövlət səfəri edib, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının ozamankı Prezidenti cənab Çıonq Tan Şanq Azərbaycanda rəsmi səfərdə olub. Bizim Azərbaycana səfərimiz əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr, eyni zamanda, ölkələr və xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir.
- Bəs Vyetnam Kommunist Partiyası İCAPP çərçivəsində Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığı necə qiymətləndirir?
- Partiyamız Yeni Azərbaycan Partiyasının İCAPP-dakı rolunu çox yüksək qiymətləndirir. Ümumiyyətlə, İCAPP Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığı daim yüksək qiymətləndirir. Biz ümid edirik ki, hər iki partiya İCAPP-ın fəaliyyətinin genişləndirilməsi istiqamətində əlindən gələni edəcək. Bu, beynəlxalq əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Məhz 2013-cü ildə partiyalar arasında imzalanan sənəddə də İCAPP çərçivəsində daimi görüşlərin keçirilməsi nəzərdə tutulub.
- Bildiyiniz kimi, Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunub. Biz Vyetnamın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini öyrənmək istərdik...
- Azərbaycana səfərimiz müddətində keçirilən görüşlərdə də bu məsələ ilə bağlı mövqeyimizi bildirərək qeyd etmişik ki, Vyetnam Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə sülh yolu ilə həllinə tərəfdardır. Biz arzu edirik ki, tərəflər tezliklə problemin həllində ortaq nöqtəyə gələ bilsinlər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

