/ / ATƏT PA-nın vitse-prezidenti: Terrorizmlə mübarizədə bütün dövlətlər səylərini birləşdirməlidirlər
ATƏT PA-nın vitse-prezidenti: Terrorizmlə mübarizədə bütün dövlətlər səylərini birləşdirməlidirlər
29.08.2017 [10:22]
Xəbər verdiyimiz kimi, Astanada Elm və Ümumdünya Məsələləri üzrə 62-ci Paqouş konfransı keçirilir. Qazaxıstan parlamenti Senatının və Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda konfransda 46 ölkədən 200-ə yaxın nümayəndə iştirak edir.
AZƏRTAC xəbər verir ki, konfransın plenar iclasında çıxış edən Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bir sıra mühüm məsələlərə toxunub.
Hər il Paqouş konfranslarında vacib məsələlərin müzakirə olunduğunu bildirən Azay Quliyev bu cür tədbirlərin beynəlxalq tərəfdaşların sıx iştirakı ilə nüvə silahının yayılmasının qarşısının alınmasına, terrorla mübarizəyə və regional təhlükəsizlik problemlərinin həllinə kömək etdiyini deyib.
Deputat 62-ci Elm və Ümumdünya Məsələləri Konfransında İŞİD terror təşkilatı ilə bağlı ayrıca plenar sessiyanın keçirilməsinin qərara alınmasının təqdirəlayiq olduğunu bildirib. Deputat bu problemin üç ildən çoxdur müzakirə edildiyini, lakin İŞİD-in tamamilə məhv edilməsi üçün konkret nəticələrin olmadığını söyləyib. Azay Quliyev bu terror təşkilatı ilə bağlı məsələlərin beynəlxalq səviyyədə müzakirə edilməli olduğunu vurğulayıb. O deyib ki, ilk növbədə, bu terrorçu qrupun adından başlamaq lazımdır. Bəzən bir çox dövlətlər, xüsusilə BBC, CNN, NBC kimi beynəlxalq media qurumları İŞİD-dən danışarkən “İslam dövləti” adından istifadə edirlər. Bu, yolverilməzdir.
Dünyada baş verən son hadisələrın heç bir ölkənin terror hadisəsindən sığortalanmadığını göstərdiyini deyən deputat vurğulayıb ki, bütün ölkələr mümkün hücumların qarşısını almaq və ekstremizmə qarşı mübarizə aparmaq üçün öz individual maraqlarını kənara qoyub səylərini bir məqsəd - terrorla mübarizə üçün birləşdirməlidir.
Milli Məclisin deputatı terror təhlükəsi ilə mübarizə prosesində beynəlxalq təşkilatların rolunun da vacib olduğunu deyib. O bildirib ki, təhlükəsizlik və əməkdaşlıq təşkilatı olan ATƏT üzv dövlətlərə insan alveri, radikalizm, ekstremizm və terrorizmlə mübarizədə birgə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradır.
ATƏT Parlament Assambleyası çərçivəsində terrorla mübarizə üzrə xüsusi komitə yaradıldığını diqqətə çatdıran vitse-prezident ABŞ, Rusiya və bir çox Avropa ölkələrinin beynəlxalq terrorizmlə mübarizə sahəsində dialoq və əməkdaşlıq üçün ən yaxşı platforma olan bu komitənin fəaliyyətinə cəlb edilməsinin önəmini qeyd edib. O əlavə edib ki, bu komitə ATƏT PA-nın terrorizmlə mübarizə sahəsində səylərini yeni səviyyəyə qaldırmağa çalışacaq. Komitənin əsas məqsədləri parlamentlərarası dialoq və təcrübə mübadiləsi, eləcə də insan hüquqları prinsiplərinə tam riayət olunması şərtilə terrorizmlə mübarizə tədbirlərinin inkişafı çərçivəsində ATƏT PA-nın rolunun artırılmasıdır. Komitə bu məqsədləri həyata keçirmək üçün bütün imkanlara malikdir.
Sonra Azay Quliyev konfrans iştirakçılarının suallarını cavablandırıb və ekspertlərlə fikir mübadiləsi aparıb.
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10

