Evelina Zakamskaya: Azərbaycan xalqına böyük səmimiyyətlə və məhəbbətlə yanaşıram
03.08.2017 [09:56]
“Rossiya 24” kanalının aparıcısı Evelina Zakamskaya Azərbaycan barəsində fikirlərini və hisslərini “Moskva-Bakı” portalının müxbiri ilə bölüşüb.
AZƏRTAC xəbər verir ki, E.Zakamskaya müxbirin “Azərbaycanla sizi nə bağlayır?” sualına belə cavab verib: “Mən Azərbaycanın həyatını izləyirəm, çünki bu ölkə mənim Vətənimdir. Mən Azərbaycan xalqına - onun tarixinə, indisinə və gələcəyinə böyük səmimiyyətlə və məhəbbətlə yanaşıram. Sonuncu dəfə Azərbaycanda 2015-ci ildə olduqca parlaq və yaddaqalan idman tədbiri - Avropa Oyunları zamanı olmuşam.
Mən ölkənin mədəni həyatını da diqqətlə izləyirəm. Bakı Xoreoqrafiya Məktəbinin yetirməsi olan gözəl balerina Anna Antoniçeva Böyük Teatrda prima-balerina statusunda rəqs edir. Bu təhsil ocağında çoxlu gözəl müəllim olub və indi də var. Mən əminəm ki, Azərbaycan teatrın inkişafına bundan sonra da yetərli qüvvə, vəsait və diqqət ayırsa, bu, dünya mədəniyyətinin rifahına xidmət edəcək.
Uşaqlarımın dayəsi azərbaycanlıdır. Biz ikimiz də bir-birimizi heç tanımadan Bakıda böyümüşük. O, artıq 13 ildir bizim ailədədir: böyük qızımı böyüdüb, indi kiçik qızımla məşğuldur. Mənim uşaqlarım bəzi Azərbaycan sözlərini bilir. Mən çox şadam ki, həyat yoldaşımın ailəsi Azərbaycan mədəniyyətinə və ənənələrinə bələd olur.
Növbəti dəfə Bakıya nə vaxt gəlməyə hazırlaşıram? Zənnimcə, bu, işimlə bağlı məsələ olacaq. “Rossiya 24” kanalında populyar “Mneniye” (“Rəy”) layihəsini həyata keçirirəm, dövlət başçılarından müsahibə götürürəm. Əgər mövzu olsa, Azərbaycanın Prezidenti, Birinci vitse-prezidenti tərəfindən dəvət olsa, böyük məmnuniyyətlə gələrəm. Doğma Bakı ilə görüş mənim üçün həmişə əziz və əhəmiyyətlidir”.
Azərbaycan və Bakı haqqında xeyli mehriban və xoş söz deyən E.Zakamskaya fikrini belə tamamlayıb: “Azərbaycan Prezidenti İlham Əliyevlə çox söhbət etmişəm. Ona, ilk növbədə, ölkə lideri kimi baxmışam. Mənim üçün insani keyfiyyətlər və siyasətçi keyfiyyətləri bir-biri ilə sıx bağlıdır. Mən Onda özünə güvənən müdrik siyasi xadim gördüm. Bütün bunlar gözəl yumor hissinə malik intellektual, ağıllı və həssas insanla sıx bağlıdır”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

