Bəxtiyar Əliyev: Azərbaycan və Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir
25.07.2017 [09:17]
Rusiya ilə Azərbaycan arasında dövlət başçıları səviyyəsində mütəmadi görüşlər keçirilir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında iyulun 21-də Soçidə keçirilən görüş bunu bir daha sübut edir ki, iki dövlət arasında münasibətlər ən yüksək səviyyədə qurulub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Bəxtiyar Əliyev deyib.
“Bu yaxınlarda Prezident İlham Əliyev Rusiya mətbuatına müsahibə verərkən xüsusi vurğuladı ki, Rusiya Azərbaycanın strateji tərəfdaşı olaraq onu beynəlxalq səviyyədə dəstəkləyir. Azərbaycan da eyni mövqedən çıxış edir və bu, Rusiya tərəfindən yüksək qiymətləndirilir. Halbuki Rusiya ilə müttəfiq olan digər dövlətlər RF ilə bağlı məsələlərdə biganəlik göstərir, yaxud qeyri-müəyyən mövqe nümayiş etdiriblər”, - deyə Bəxtiyar Əliyev vurğulayıb.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət öz uğurlu nəticələrini verir və ən düzgün siyasət olduğunu təsdiqləyir. Bu balanslaşdırılmış siyasət bəzən əks mövqelərin də bir məxrəcə gətirilməsinə və ümumi layihələrin həyata keçirilməsinə yol açır. Buna sübut olaraq, İran-Azərbaycan-Rusiya, Türkiyə-Azərbaycan-Rusiya münasibətlərində, eyni zamanda, bu dörd dövlətin və qonşu dövlətlərin birgə layihələrdə iştirakı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü təşəbbüslərin dəstəklənməsini misal göstərmək olar.
İki prezident arasındakı şəxsi dostluq münasibətlərinin əhəmiyyətinə toxunan deputat deyib: “Prezidentlərin Soçi görüşü bir daha təsdiqlədi ki, Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir, heç bir xarici qüvvə bu münasibətlərin inkişafına mane ola bilməz. Bu münasibətlər də öz növbəsində həm regionda sülh və sabitliyin, həm də iqtisadi inkişafın çiçəklənməsinə kömək edəcək. Ümidvaram ki, Dağlıq Qarabağ probleminin nizamlanmasında Rusiya öz qəti sözünü deyəcək və münaqişə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həllini tapacaq”.
Xəbər lenti
Hamısına baxElm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Gündəm
01 İyun 10:02
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

