Azərbaycan-Türkmənistan tərəfdaşlıq əlaqələrinin inkişafına dair müzakirələr aparılıb
20.07.2017 [09:30]
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın, Türkiyənin və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Rəşid Meredov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməkdən məmnunluğunu ifadə edib, söhbət zamanı faydalı müzakirələr aparıldığını deyib. O, yaxın zamanda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Türkmənistan xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində bundan sonra daha da inkişaf etdirilməsi niyyəti ifadə olunub.
Ölkələrimiz arasında siyasi məsləhətləşmələrin aparılması və beynəlxalq, həmçinin regional təşkilatlar çərçivəsində dialoqun və əməkdaşlığın davam etdirilməsində tərəflərin maraqlı olduğu vurğulanıb.
İki ölkə hökumətləri arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və ümumi maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə nazirlik və təşkilatlararası birbaşa əlaqələrin və səfər mübadilələrinin canlandırılmasının vacibliyi qeyd olunub.
Siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə ikitərəfli əməkdaşlığın təşviqinə yardım edən parlamentlərarası əlaqələrin daha da inkişafının əhəmiyyəti vurğulanıb.
Həmçinin nəqliyyat və energetika sahəsində əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə İşçi Qrupların səfər mübadiləsi razılaşdırılıb və müqavilə-hüquq bazasının genişləndirilməsi müzakirə edilib.
Görüşdə iki ölkənin beynəlxalq məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü və əksər hallarda bənzər olduğu diqqətə çatdırılıb.
Həmçinin Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti 5-ci iclasının keçirilməsinin vacibliyi qeyd edilib.
Azərbaycan və Türkmənistanın turizm sahəsində böyük potensiala malik olduğunu nəzərə alaraq, iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

