/ / “Equilibrium Global” portalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərini qətlə yetirməsindən yazıb
“Equilibrium Global” portalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərini qətlə yetirməsindən yazıb
13.07.2017 [09:27]
İyulun 11-də Argentinanın geniş oxucu kütləsinə malik “Equilibrium Global” analitik portalında “Qafqazda faciə: insan hüquqları haradadır?” başlıqlı məqalə dərc olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycan torpaqları kimi tanınan və hazırda Ermənistan tərəfindən işğal olunan ərazilərdə mütəmadi olaraq faciəvi nəticələri olan hadisələr baş verir. İyulun 4-də Ermənistan ordusu tərəfindən dinc əhali atəşə tutulub. Nəticədə mülki əhali arasında ölənlər olub. Məqalədə deyilir: “Anlayırıq ki, belə bir hadisə qınanmalı və onun törədilməsi üçün məsuliyyət daşıyan şəxslərə münasibətdə siyasi nəticələr doğurmalıdır. Ermənistan və Azərbaycan arasındakı münaqişəyə nəzər saldıqda yalnız tərəflərin hüququn aliliyini əsas tutaraq sülhə nail olacağına, belə hadisələrin bir daha təkrarlanmayacağına ümid etmək qalır. Lakin hadisə ilə bağlı hiddətimizi bildirərək özümüzə belə bir sual veririk: bu və digər oxşar hallarda beynəlxalq birliyin insan hüquqlarının qorunması ilə bağlı öhdəliyi haradadır? Niyə beynəlxalq birlik Cenevrə konvensiyaları və beynəlxalq humanitar hüququn digər vasitələrinə uyğun olaraq mülki şəxslərin həyatına təminat vermir?”.
Məqalədə, eyni zamanda, cəbhədəki vəziyyət, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaralanması ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhlərinin tam mətni əks olunub. Bildirilib ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənən şəkildə və qəsdən atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olub. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşan ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən, həmçinin hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır. ATƏT-in Minsk Qrupunun həmsədrləri, beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin, uşaqların qəsdən öldürülməsinə yönələn alçaq və şərəfsiz təxribatlara əl atır.
Məqalənin sonunda xüsusi vurğulanır ki, baş verən hadisə bir daha beynəlxalq hüquqa riayət olunmaması, çoxtərəfli qurumların normalarının sistematik pozulması, beynəlxalq KİV-in Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslərin həyatlarını itirməsi mövzusuna kifayət qədər yer ayırmaması səbəbləri ilə bağlı suallar yaradır. Son olaraq münaqişənin diplomatik yollarla həllinə ümid ifadə olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

