/ / Fuad Muradov: Heç bir əsası olmayan sənədin qəbul edilməsi məlumatsızlıqdan və qərəzdən irəli gəlir
Fuad Muradov: Heç bir əsası olmayan sənədin qəbul edilməsi məlumatsızlıqdan və qərəzdən irəli gəlir
17.06.2017 [10:22]
“Heç bir əsası olmayan sənədin qəbul edilməsi məlumatsızlıqdan və qərəzdən irəli gəlir. Bu gün bizə də məlumdur ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamaq istəyən qüvvələr var”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Avropa Parlamentində Əfqan Muxtarlı ilə bağlı qəbul olunmuş qərəzli qətnaməni şərh edərkən deyib.
Deputat Avropa Parlamentinin bu qərarını ölkəmizə qarşı növbəti qərəzli addım kimi qiymətləndirib. O, Avropa Parlamenti ilə Azərbaycan arasındakı münasibətlərin bundan əvvəl də hamar olmadığını xatırladaraq bildirib ki, sözügedən qətnamənin belə təcili qəbul edilməsi ikitərəfli əməkdaşlığa kölgə salan məsələdir: “İndiki dövrdə qətnamələrlə, bəyanatlarla hər hansı məsələ həll olunmur. Onların konkret səbəb göstərdikləri məsələ ilə bağlı qətnamə qəbul etmələri doğru hal deyil. Çünki hələ istintaq davam edir. İstintaqın nəticəsi olmadığına görə konkret söz demək mümkün deyil. Təbii ki, istintaq yekunlaşdıqdan sonra fikir irəli sürmək olar. Sadəcə, belə hallar işin gedişinə təsir kimi qiymətləndirilə bilər. Ona görə də indi tələsik qətnamə qəbul edilməsi heç cür başadüşülən deyil”.
F.Muradov bir daha vurğulayıb ki, dialoq hansısa problemin həlli üçün ən yaxşı variantdır: “İstənilən məsələ dialoq çərçivəsində əməkdaşlıq yolu ilə aradan qaldırılmalıdır. Dialoq ən optimal variantdır və buna üstünlük verilməlidir. İndi elə bir zamana gəlib çatmışıq ki, beynəlxalq hüquq da heç bir təşkilata əsas vermir ki, hansısa dövlətlə bəyanat və ya qətnamə dili ilə danışsın”.
Komitə sədri bildirib ki, bütün bunlara baxmayaraq, ilk dəfədir Avropa Parlamenti deputatlarının yarıdan çoxu Azərbaycanla əməkdaşlığa üstünlük veriblər: “İnanmaq istəyirik ki, Avropa Parlamentinin deputatları Azərbaycanla Avropa İttifaqı arasındakı böyük layihələri nəzərə alacaq və ölkəmizə qarşı belə qərəzli əməllərindən əl çəkəcəklər. Onlar istənilən halda seçicilərinin maraqlarına uyğun hərəkət nümayiş etdirməlidirlər”.
Deputat əlavə edib ki, Azərbaycan Avropa İttifaqının üzvü olmadığından Avropa Parlamentinin tələsik qəbul etdiyi həmin qətnamənin hüquqi qüvvəsi də yoxdur: “Heç bir əsası olmayan sənədin qəbul edilməsi məlumatsızlıq və qərəzdən irəli gəlir. Bu gün bizə də məlumdur ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamaq istəyən qüvvələr var. Biz bu məsələni diqqətdə saxlamalıyıq. Ona görə ki, bəzi qüvvələr Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında maraqlı deyillər və münasibətlərin pozulmasının tərəfdarıdırlar. Azərbaycan hüquqi dövlətdir və beynəlxalq təşkilatlarla əməkdaşlığa çalışır. Ölkəmiz bunu yalnız sözdə deyil, apardığı dövlət siyasətində də göstərir. Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirir və dünyanın bütün beynəlxalq təşkilatları ilə əməkdaşlıqda maraqlıdır. Amma qarşı tərəf bu əməkdaşlıqda maraqlı deyilsə, o zaman ikitərəfli münasibətlərin pozulmasında günahkar Azərbaycan deyil. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanla Avropa İttifaqının böyük layihələri var. Mütləq həmin qüvvələr bunu nəzərə almalıdırlar. Başqa alternativ yol yoxdur”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39

