Milli Məclisin növbədənkənar iclası keçirilib
14.06.2017 [10:00]
İclasda millət vəkilləri 38 qanun layihəsini müzakirə ediblər
Dünən Milli Məclisin növbədənkənar iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov gündəlikdəki məsələlər haqqında məlumat verdikdən sonra müzakirələr başlanıb.
Əvvəlcə gündəlikdə olan ilk üç məsələ - Cinayət, İnzibati Xətalar məcəllələrində və “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun layihələri uyğunlaşdırma xarakteri daşıdığından ayrılıqda səsə qoyularaq qəbul edilib. “Atçılıq haqqında” qanunda istinad olunan, eləcə də məsuliyyəti müəyyən edən qanunun adının dəqiqləşdirilməsi məqsədi ilə “Atçılıq haqqında” və “Damazlıq heyvandarlıq haqqında” qanuna təklif olunan dəyişikliklər də qəbul olunub.
Sonra “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğunlaşdırma məqsədilə Əmək Məcəlləsində, “Turizm haqqında”, “Təhsil haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Əmək pensiyaları haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni təqdim edərək bildirib ki, dəyişikliyin məqsədi gömrük orqanları tərəfindən valyuta sərvətlərinin transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması izləri aşkar olunduqda bu izlərin tədqiqi və maliyyə monitorinqi orqanına ötürülməsi məsələlərini müəyyən etməkdən ibarətdir.
Sonra Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihəni təqdim edib. Onun sözlərinə görə, sənədin 1-ci və 14-cü maddələrinə dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib. 1-ci maddəyə edilən dəyişikliyə görə, maddənin üçüncü və beşinci abzaslarında “terrorçu” və “terror təşkilatı” anlayışları genişləndirilir və onların izahı daha dolğun şəkildə verilir.
Müzakirələr zamanı çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu gün dünyada terror hadisələri daha da artıb. Terrorizmin xarakterinin də dəyişdiyini deyən millət vəkilinin sözlərinə görə, BMT bu barədə yeni konvensiya qəbul etməlidir. S.Novruzov xatırladıb ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə edib.
Müzakirələrdən sonra qanun layihəsi təsdiq edilib.
İclasda qanunvericiliyin uyğunlaşdırılması və dəqiqləşdirilməsi üçün Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri də təsdiqlənib.
Gündəlikdə olan “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə isə eyniləşdirilməsi həyata keçirilməli olan sığorta fəaliyyəti subyektlərinin dairəsini dəqiqləşdirir.
Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Onun sözlərinə görə, layihənin məqsədi çoxmənzilli binanın (o cümlədən kooperativ binanın) idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsindən, idarəetmədə mənzil mülkiyyətçilərinin daha yaxından iştirakının təmin olunmasından ibarətdir. Qanun layihəsinə əsasən, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək, bu binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanılacaq, eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.
“Təhsil haqqında” qanuna dəyişikliklər məsələsi haqqında isə parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev məlumat verib. Bildirib ki, dəyişikliklər ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun yeni qaydasının tətbiqini - birillik təhsil qrupları vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçiriləcəkdir. Hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.
Müzakirələr zamanı bəzi deputatlar layihə ilə bağlı iradlarını bildiriblər.
Milli Məclisin sədri Oqtay Əsədov isə bu məsələyə aydınlıq gətirib. O deyib ki, layihədə imtahansız universitetə qəbul məsələsi qeyd olunmayıb: “Layihədə qeyd olunub ki, hazırlıq qruplarında kurs keçənlər də həmişəki qayda ilə imtahan verəcəklər. Burada anlaşılmayan nə var? Qanun layihəsini diqqətlə oxusanız, bunu görərsiniz”.
Hər il Azərbaycanda ali məktəbə imtahan verənlərdən 40 min nəfərinin kənarda qaldığını deyən spiker onlardan 20 min nəfərinin xaricə təhsil almağa getdiyini bildirib: “Qanun layihəsi məhz ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq məqsədi daşıyır. Nəyə görə həmin tələbələri ölkəmizdə hazırlıq kursuna cəlb etməyək? Nəyə görə onlar xaricə gedib pullarını orada xərcləməlidirlər. Artıq qanun layihəsinə əsasən, Azərbaycanda 1 illik hazırlıq kursuna getməklə növbəti il də ali məktəbə daxil olmaq mümkün olacaq”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Daha sonra qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Torpaq, Gömrük, Vergi məcəllələrində, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət qulluğu haqqında”, eləcə də “Məhkəmələr və hakimlər haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də təsdiqlənib.
Sonda isə “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Bu barədə məlumat verən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsinin məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Bu qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Qanun layihəsinin 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi vacib sənəddir. Bununla belə, o, layihənin xeyli təkmilləşdirilməsinə ehtiyac olduğunu deyib. Millət vəkili qanun layihəsində işsizlik anlayışının başa düşülən tərzdə verilməsini təklif edib: “Beynəlxalq aləmdə işsizlik sözünün mənası bir formada verilir. Lakin bizdə işsizlik deyəndə başa düşülən anlayış düzgün deyil. Misal üçün, birinin 50 hektar torpağı var, lakin dövlət qurumunda işləmirsə, deyir ki, işsizəm. Bundan başqa, Azərbaycanda istehsal müəssisəsi, kiçik biznesi olanlar da deyir ki, dövlətdən əməkhaqqı almıramsa, demək, işsizəm. Bu, düzgün deyil. Bu baxımdan hesab edirəm ki, qanun layihəsində işsizlik anlayışının mənası ciddi şəkildə qoyulmalıdır və bu anlayışın kimlərə şamil olduğu bildirilməlidir”.
S.Novruzov çıxışı zamanı işsizlərin gələcəkdə pensiya məsələsini də önə çəkib: “Qanunda işsizlərin gələcək pensiyaları ilə bağlı məsələ öz əksini tapmalıdır. İşsizliyin gələcəkdə sığortalanmasının hansı formada keçiriləcəyi açıqlanmalıdır”.
Ünvanlı sosial yardımların verilməsi ilə bağlı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkmilləşdirmə işlərinin aparıldığını qeyd edən komitə sədri xatırladıb ki, əvvəllər nə qədər müraciətlər olsa da, ünvanlı sosial yardım alan şəxslərin siyahısı açıqlanmırdı: “Bəzən deyilirdi ki, bu adların açıqlanması insanların hüquqlarını poza bilər. Biz elə etməliyik ki, insanlar ələbaxım öyrənməsin. Doğrudur, indi çox böyük işlər gedir, ünvanlı sosial yardımın verilməsi işi təkmilləşdirilib. İşsizlikdən sığorta məsələsində də ölçülər düzgün götürülməlidir. Bəzən sahibkarlar işçilərlə müqavilə bağlamırlar. Bu da insanların gələcək təminatında problemlər yarada bilir. Bu baxımdan insanlar bu məsələyə diqqət etməlidirlər”.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

